Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
18-05-2020, 14:30
499

Biləsuvarda qaçıb gizlənən məmur kimdir?

…Biləsuvar rayon icra Hakimiyyətinin başçısı Mahir Quluyevin pul kəsən maşını kimi tanınan Maliyyə idarəsinin rəisi Eldar Təhməzov nə üçün məsuliyyətdən kənarda qalıb?

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələrinin Biləsuvar rayonu İcra Hakimiyyətinin binasında keçirdiyi xüsusi əməliyyat nəticəsində icra başçısı və bir neçə müavini saxlanılıb. Əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olub. Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin, rayonun bələdiyyə sədri, mərkəzi xəstəxananın baş həkimi, MİS sədri və başqa bir neçə nəfər saxlanılsa da təssüflər olsun ki, Biləsuvar maliyyə şöbəsinin rəisi və İcra başçısı Mahir Quluyevin pul kəsən maşını kimi tanınan Eldar Təhməzov nədənsə məsuliyyətdən kənarda qalıb.

Özünü Biləsuvar RİH-nin işçisi kimi təqdim edən R.S (şərtidir) tərəfindən “Təzadlar”ın redaksiyasına göndərilən məktubda bildirilir ki, Eldar Təhməzov əvəllər Cəlilabad rayonun vergi idarəsində işləyibmiş. İş fəaliyyətində ciddi qanun pozuntularına yol verdiyi üçün tutduğu vəzifəsidən kənarlaşdırılmışdır. Yuxarıda əyləşən havadarlarının vasitəsi ilə Cəlilabad rayonun Maliyyə Şöbəsinin rəisi təyin edilmiş, sonradan isə Ekalogiya və Təbi Sərvətlər Nazirliyində maliyyə idarəsi işlər üzrə müavin işləmişdir. Hazırki iş yeri isə həbs edilmiş Biləsuvar rayon icra hakimiyyətinin rəhbərliyi altında rayon maliyyə şöbəsinin rəisi vəzifəsini icra edir.

Əldə etdiyimiz məlumata görə Biləsuvar rayon İcra başçısı Mahir Quluyev və onu bir qrup cinayətkar komandası həbs edilsə də Eldar Təhməzov məsuliyyətdən kənarda qalmışdır. Hətta həmin vaxtdan onu işdə görən yoxdur. Söz- söhbət gəzir ki, Eldar Təhməzov qaçıb gizlənib.
Rayon İH-nə ötən günlərdə dəfələrlə zəng edilsə də hələki cavab verən yoxdur.
Əlavə məlumat veriləcək.

Gundemxeber.Az

Oxşar xəbərlər

İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
“Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq”
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
İcra başçısı həbsindən əvvəl “əliəyriləri” belə asıb-kəsirdi - Video
DTX bu icra hakimiyyətinin binasına girdi - FOTO
Yeni icra başçısı İTV-nin əməkdaşı olub
Prezident iki rayona icra başçısı təyin etdi - Sərəncam
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız" - İlham Əliyev
Azərbaycanda polisə xəsarət yetirilib - RƏSMİ
Saatlıya təyin olunan icra başçısı kimdir?
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
"Yardımlı rayonuna yardım edin, bizi Mirzəyev klanından qurtarın..." - Sakinlər müraciət etdi...
Biləsuvarda özünü ağa kimi aparan məmur kimdir? – Yeni İcra başçısının diqqətinə
Deputat icra başçılarını tənqid etdi
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Ceyhun Cəfərov məhkəməyə gətirildi
Nizaminin başçısı Arif Qasımovun vəzifəsindən azad olunacağı və həbs ediləcəyi iddia olunur
Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanıldı
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Prezident: "Bütün kəndləri bir-bir gəzib problemləri həll etməlisiniz"
DTX Vilyam Hacıyevi belə həbs edib - VİDEO
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
"DTX Yardımlıda əməliyyat keçirmək istəsə..." - Müraciət...
Vilayət Eyvazov onu rəis müavini təyin etdi