Xaçmazda dam örtüklərini satan sabiq başçı “DAMLANIR”-Xanbabayev HƏBS EDİLİR
5-03-2021, 15:25
79

Xaçmazda dam örtüklərini satan sabiq başçı “DAMLANIR”-Xanbabayev HƏBS EDİLİR

5 il Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı olmuş Şəmsəddin Xanbabayev də həbs ediləcək sabiqlər sırasındadır.
Gündəlik Bakı xəbər verir ki, onun adı Xaçmaza rəhbərlik etdiyi dövrdə çeşidli qanunsuzluqlara, korrupsiyaya və hətta sifarişlə adam öldürmə cinayətinə belə qarışıb. “Heykəl korrupsiyası” isə Şəmsəddin Xanbabayevin ən sevimli məşğuliyyətlərindən olub. Xaçmaz şəhəri ərazisindəki parklarda dağ keçisindən tutmuş dəvəyə qədər, hətta iki Şəmsəddin Xanbabayev hündürlüyündə olan qorilla heykəli belə qoyulub.
Bu heykəllər büdcədən rayonun abadlığı üçün ayrılan vəsaitlər hesabına hazırlanıb. Növbənöv daş heykəllər şəhərin ərazisini bəzədiyi günlərdə şəhərdaxili yollar bərbad olub, sakinlər ciddi şəkildə işsizlikdən əziyyət çəkiblər. Qəbuluna gedən xaçmazlılara “iş yoxdur” deməklə yola salan başçı daha çox özünə işləyib, varidatını artırmaqla məşğul olub.
“Yeni Müsavat” qəzeti də daxil olmaqla bir çox KİV-lər həmin günlərdə Şəmsəddin Xanbabayevin əməllərindən yazıb, Xaçmazdakı vəziyyət haqda reportajlar hazırlayıb. Lakin ictimai nəzarət belə Şəmsəddin Xanbabayevi öz cibini doldurmaq həvəsindən çəkindirməyib. Şəmsəddin Xanbabayev 15 il ərzində torpaqları qarış-qarış satıb. Xaçmaza köhnə “VAZ 2106”-da gələn Xanbabayev, vəzifəsindən 10 milyonlarla ölçülən varidat sahibi kimi ayrılıb. Bu gün Xaçmazda səkilər, piyada yolları demək olar ki, yoxdur.
Xanbabayev satmaq üçün torpaq tapmayanda isə şeytanın ağlına belə gəlməyəcək hiylələrə əl atıb. Satdığı torpaqlarda obyekt tikən sahibkarlara bildirib ki, obyektlərinin damlarının üstünü də satır.
Bunun üçün yanına bir-iki adam salıb obyektlərə gedir, sahibinə: “bu adamlar obyektinin damını satın alırlar”,-deyirmiş. Naəlac qalan sahibkar öz obyektinin damını Şəmsəddin Xanbabayevdən satın alırmış.
Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı postunda olduğu müddətdə rayon ərazisində bir neçə sifarişli qətl törədilib.
Belə qətllərdən biri 15 sentyabr 2010-cu ildə baş verib. Həmin gün Xaçmaz bazarının sahibəsi, “Arzu” MMC-nin təsisçisi və direktoru Nəcimə Babayeva yaşadığı evdə qəsdən öldürülüb. Bundan dərhal sonra cinayətin ört-basdır edilməsi istiqamətində addımlar atılıb. Nəcimə Babayevanın qətlində yaxınlarının əlinin olması haqda yalan məlumatlar dövriyyəyə buraxılıb.
Lakin Nəcimə Babayevanın övladları analarının sahibəsi olduğu bazara görə qətlə yetirildiyini ortaya çıxara biliblər. İşdə Şəmsəddin Xanbabayevin fiqurant olduğu haqda xəbərlər üzə çıxandan sonra Nəcimə Babayevanın övladlarına qarşı son dərəcə total, bir mərkəzdən idarə edilən hücumlar başlayıb. Bu hücumlar haqında Nəcimə Babayevanın qızı Gülnara Həbibova “Yeni Müsavat”a illər öncə müsahibəsində bu sözləri demişdi.
Onun dediklərindən sitat:
“Xaçmazda qalıb yaşamağımız mümkün deyil. Anamın əlindən bazarı ala bilməyənlər neçə illik fasilədən sonra yenidən hərəkətə keçiblər. Bizə təzyiqlər göstərilir, bazarın əlimizdən alınması üçün barəmizdə saxta, əvvəlcədən hazırlanmış şəxslər vasitəsilə ittihamlar irəli sürülür. Bu adamlar istəyirlər ki, tərəzinin bir gözünə bizim yaxınlarımızı, bir gözünə isə bazarı qoyub alver etsinlər. Anamla bacarmadılar, indi də məni yaxınlarımla sınağa çəkmək istəyirlər. Bəli, anam 2006-cı ildə Şəmsəddin Xanbabayevin qəbulunda olmuşdu, ona demişdi ki, bazarı satır. Bundan sonra anama hər tərəfdən hücumlar başladı. YAP-dan qovulan Azad Yaqubov 2007-ci ilin yanvarında təcili Xaçmaz Kooperativlər Cəmiyyətinə sədr təyin olundu. 1 iyun 2007-ci il tarixdə bazar yandırıldı. Təşkil edilmiş yanğına görə anamı çağırıb, barəsində cinayət işi başlayacaqlarını deyirdilər. Həmin günlərdə rayon rəhbərliyi ortaya yol planını atdı.
Dedilər ki, ticarət mərkəzinin ərazisindən yeni yol salınacaq. Xəbər göndərdilər ki, ticarət mərkəzinin boşaldılması üçün fəaliyyətə başlanılır. Xanbabayevin sağ əli olan birinci müavini Akif Mərdanov və Rasim Məlikovu da bu işə qoşdu. Anamı rayon prokurorluğuna çağıraraq əvvəl onu həbslə hədələyərək bazarın ərazisini xoşluqla verməsini tələb etdilər. Heç nə alınmadı. Bundan sonra Akif Mərdanov o dövrdə rayon prokuroru olan Rasim Məlikova adi vətəndaş kimi məktub yazdı. Eyni zamanda 1 qrup öyrədilmiş şikayətçi isə Şəmsəddin Xanbabayevə kollektiv və anonim ərizə yazdılar. Hər 2 müraciətin məğzi eyni idi – tələb olunurdu ki, ticarət mərkəzi anamın əlindən alınsın və ərazidə yeni ticarət mərkəzi tikilsin. Paralel olaraq Vergilər Nazirliyi tərəfindən ticarət mərkəzində yoxlama təşkil olunmuşdu. Lakin bütün səyləri boşa çıxdı”.
Nəcimə Babayevanın qətl işi 20 sentyabr 2010-cu ildən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb. Bu günə qədər cinayət dosyesi məntiqi sonluğuna çatdırılmayıb.
Böyük sərvət sahibi Şəmsəddin Xanbabayevin adı dalandarların, süpürgəçilərin pulunu ələ keçirməkdə də keçirdi. 2019-cu ildə Xaçmazda 600 nəfərin bu işlərə cəlb edilməsi üçün kvota ayrılmışdı. Xaçmazda küçələrdə faktiki 30 nəfər işləyirdi. Qalanlarının isə adları işdə gedirdi. Lakin özləri işə çıxmırdılar. 520 kart Şəmsəddin Xanbabayevin, yerdə qalanlar məşğulluğun direktoru Ayazın, MKT-nin direktoru Qalibin arasında bölünmüşdü. Təkcə bu maxinasiya Şəmsəddin Xanbabayevə ayda təxminən 125 min manat qazandırırdı. Həmin günlərdə bəlli olmuşdu ki, 520 fəhlənin pulunu cibinə qoyan Şəmsəddin Xanbabayev heç nə olmamış kimi Şimali Qafqaz kurortlarının birinə istirahətə yollanıb.
Belə məlumatlar var ki, bütün bu və digər faktlar toplanaraq sabiq başçının əməlləri ilə bağlı araşdırmalar aparılıb. Onun həbs ediləcəyi də istisna deyil.
mənbə: musavat.com

Oxşar xəbərlər

XAÇMAZDA ŞOK MƏNİMSƏMƏ ÜSULU:Nazim Ağayev antivirusa 10 min 426 manatı necə xərcləyib?
35854 başlıq qoyun ferması və 300 minlik Range Roveri olan icra başçısı da həbs oluna bilər
Təhsil Şöbəsinə yeni müdir təyin olundu
Gənc icra başçısı üçün də sakinlər önəmli deyil... - GİLEY
Ramiz Mehdiyevin kürəkəni Novruz Novruzovla birləşərək iş adamının torpağını əlindən alıb - İTTİHAM
Həbs olunan icra başçısının köməkçisi dünyasını dəyişdi
Şəmsəddin Xanbabayevin adamı Xaçmazda hələ də özbaşınalıq edir? – PREZİDENTƏ MÜRACİƏT
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Sabiq icra başçısının həbs müddəti daha 2 ay uzadılıb
Şəhid əsgərimiz dəfn olundu
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
DTX-nın həbs etdiyi sabiq icra başçısı vəkilindən imtina etdi
Xaçmazda gənc qadın intihar etdi
Həbs təhlükəsi olan İcra başçıları quda oldular
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Qayınana və qayınatasını ov tüfəngi ilə güllələdi - Xaçmazda DƏHŞƏT - YENİLƏNİB
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi
Goranboy İcra Hakimiyyətində yeni TƏYİNATLAR
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
İcra başçısı şikayət edən sakinlərlə görüşdü – Fotolar
İcra başçısı şikayət edən sakinlərlə görüşdü – Fotolar
Abşeron icra hakimiyyətində yeni həbslər...- İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
Leysan Xaçmazda 20-dən çox evi dağıdıb, avtomobil körpüləri yararsız vəziyyətə düşüb
“Mənə görə döyüşməmisən” – Abşeronun başçısı iş istəyən qaziləri – Video
Biləsuvarda başçının həbsi heç nəyi dəyişməyib... - Köhnə hamam, köhnə tas...
Vəzifəli şəxsin oğlu piyadanı vurub öldürdü - Xaçmazda
Şirvan RİH-in başçısı İlqar Abbasov rayonlara  “arenda”  kimi baxır…-İlqar Abbasov  25  il  harada olub?-VİDEO