Dilbər Sultanovanın şəriki Fateh Mustafayev vəzifəsindən qovuldu
5-03-2021, 19:16
136

Dilbər Sultanovanın şəriki Fateh Mustafayev vəzifəsindən qovuldu

Holcim ASC-də ( keçmiş Qaradağ  sement zavodu )  baş  verən qanun pozuntuları, vergidən yayınma, gəlirlərin gizlədilməsi, zavodun guya rentabelli olmaması səbəbi ilə səhmdarlara  dividentlərin verilməməsi və digər neqativ hallarla bağlı NUH.az   saytı  olaraq  məlumat vermişdik.
 
Təsəvvür edirsiniz, Azərbaycanın ən böyük sement zavodlarından biri guya  rentabelsiz-gəlirsiz işləyir. Görəsən zavodun direktoru fransız Frederik Guimbal bəs hansı pullarla Bakıda çox bahalı eyş-işrət məclisləri keçirir, az qala hərəmxana saxlayır ?
 
Görəsən, səhmdarlara  divident olaraq  “qəpik-quruş”  verməyən zavodun  Maliyyə direktoru Dilbər Sultanova az vaxtda Bakıda “kirayə evlər kraliçası”na necə çevrilib ?
Bu xanım Bakının müxtəlif rayonlarında xeyli  sayda mənzil alıb kirayəyə verib.
Dilbər Sultanova “obnaliçka şirkətləri”  ilə maxinasiyaya girərək  “əmtəəsiz əməliyyatlar”  keçirərək  zavodu böyük məbləğdə  vergidən yayındırıb. 
Bu barədə mediada kifayət qədər yazılıb. 
 
NUH.az  saytının son araşdırması zamanı  "Holcim"in  Maliyyə direktoru Dilbər Sultanovanın qanunsuz əməlləri ilə bağlı yeni faktlar ortaya çıxıb. 

Araşdırma zamanı məlum olmuşdur ki,  Dilbər Sultanova  Dövlət Vergi Xidmətinin Audit Baş İdarəsinin rəis  müavini  Fateh Mustafayevlə əlbir olaraq  "Holcim Azərbaycan" ASC-nin vergidən yayınmasına şərait yaratmışdır.
 
Beləki  MƏNFƏƏT VERGİSİ-nin  azalması üçün Dilbər Sultanova  sement  altlıqlarının  (paletlərin)  1  ədədini  ƏDV daxil olmaqla 28.32 azn dəyərində göstərmiş, əslində isə faktiki altlıqların 1 ədədini  11 azn  dəyərində  özünə məxsus olan şirkətlərdə hazırlatmışdır.
 
Eyni zamanda sement məhsullarının çatdırılma ünvanlarını  uzaq rayonlar göstərərək nəqliyyat xərclərini süni qaydada şişirtmiş  və əldə olunan gəlirləri mənimsəmişdir.
 
   Dilbər Sultanova  sement istehsalında istifadə olunan xammal alışında da  özünə məxsus şirkətlərlə müqavilələr bağlamış  və  sementin maya dəyərini kəskin şəkildə artırmış, vergi yayınmalarını təmin etmişdir.
 
Bu işdə  ona Dövlət Vergi Xidmətinin Audit Baş İdarəsinin müavini Fateh Mustafayev yardım etmiş, əldə olunan gəlirlərin bir hissəsini isə Fateh Mustafayevə vermişdir.
 
Vergilər Nazirliyinin Daxili təhqiqat idarəsinin araşdırması nəticəsində Fateh Mustafayevin əməlləri ifşa olunmuş və ötən ay vəzifəsindən kənarlaşdırılmışdır.
 
   Digər sement zavodlarının istehsal etdiyi sementin maya dəyərinə diqqət etdiyimiz zaman şahidi oluruq ki,  "Holcim Azərbaycan" ASC sement məhsullarının maya dəyərini həddindən artıq şişirtmişdir. Həmçinin Dilbər Sultanova vaxtı keçmiş sement məhsullarının da satışını həyata keçirmişdir. Dilbər Sultanovanın qanunsuz əməlləri bununla bitmir. Onun həmçinin  "obnaliçka"  şirkətləri ilə əlbir olması, nağdsız maliyyə əməliyyatları aparması sonda Dilbər Sultanovanın külli miqdarda varlanmasına və böyük sayda əmlaklar əldə etməsinə səbəb olmuşdur.
 
    Yuxarıda qeyd etdiyimiz faktların araşdırılması üçün İqtisadiyyat naziri  cənab  Mikayıl Cabbarova müraciət edərək yoxlamaların daha dəqiq aparılmasını xahiş edirik. 
Araşdırmamız  davam edir. 

Oxşar xəbərlər

"Holcim"in direktoru Frederik Guimbal qovuldu, qaldı Dilbər Sultanova
"Holcim"in maliyyə direktoru Dilbər Sultanovanın qanunsuz əməlləri
"Holcim"in rəhbərliyi ilə bağlı ilginc iddialar... - "Gözün üstündə qaşın var" deyən yoxdur...
Qaradağ sement zavodunun direktoru ilə bağlı İLGİNC İDDİA - Frederikin kef məclisi
Nazir Mikayıl Cabbarov Holcim ASC-də baş verənləri nəzarətə götürdü
Holcim ASC barədə cənab nazirə müraciət
Zəfər günü “Holcim”in direktorundan Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik
Ramiz Mehdiyevin biznes ortağı həbs oluna bilər
Güney Azərbaycanda etiraz aksiyası keçirən zavod fəhlələrindən ikisi saxlanılıb
Mərkəzi Bank “Holcim Azərbaycan”a cərimə protokolu yazıb
Azərbaycanda İpəkqurdu toxumu zavodu tikilir – Nazirlik 30 minlik müqavilə imzalayıb
144 saylı məktəbin direktoru müəllimləri yalana məcbur edir-VİDEO
"Toyota" zavodlarını bağlayır - SƏBƏB
İlham Əliyev iki zavodun təməlini qoydu - FOTO
45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
Neft emalı zavodları bağlanır
Mehdiyevin “qara kassası” niyə həbs olundu? – Pərdəarxası
İlqar Qurbanov vəzifəsindən azad edildi
Təhsil idarəsi rüşvətxor direktoru müdafiə edir
Gəncə Alüminiüm zavodu iflas olub? - QALMAQAL
“ZAVODU TALAN EDİB, HARASA DAŞIYIRLAR...”
“MedEra Hospital”da ağzımı elə tikdilər ki, dodaqlarım açıq qalır  yumulmur ...-ŞİKAYƏT
SOCAR və AZƏRSU-ya xüsusi geyim hazırlayan ALYANS TEKSTİL şirkəti kimindir ?
Kirayə mənzil qiymətləri artacaq - SƏBƏB
Ramiz Mehdiyevin kürəkəninə arxayın olanlar dövlətə meydan oxuyur - Saxta sement mafiyasının işləkləri
Zülfüqarlı qardaşlarının vergidən 10 milyonlarla manat gizlətdikləri üzə çıxdı, cinayət işi açıldı - Qardaşlar ölkədən qaçmaq istəyirlər
Rasim Məmmədovun Suraxanıda gizli zavodu üzə çıxdı
Mədət Quliyev onu vəzifəsindən azad etdi
144 saylı məktəbdə əsgərə yardım adı altında pul yığılır
Xırdalanda zavodda uçqun - Fotolar