“Köhnə qvardiya”nın sonuncu qalası da dağıdıldı – Artıq YAP-da da söz sahibi deyillər...
7-03-2021, 09:54
89

“Köhnə qvardiya”nın sonuncu qalası da dağıdıldı – Artıq YAP-da da söz sahibi deyillər...

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı ciddi dəyişikliklərlə yekunlaşdı. Partiyanın kollegial orqanı olan Siyasi Şura ləğv edildi, İdarə Heyətinin tərkibi genişləndirilərək, üzvlərin sayı 20 nəfərdən 40 nəfərə qədər artırıldı. Habelə, partiyada yeni qurum - Veteranlar Şurası yaradıldı.
Partiyanın vitrinində də ciddi yenilənmənin şahidi olduq. Tanınmış isimlərdən AMEA prezidenti Ramiz Mehdiyev, deputat Siyavuş Novruzov, Prezidentin keçmiş köməkçisi Əli Həsənov, Baş nazirin sabiq müavini Əli Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov və s. şəxslər YAP rəhbərliyindən kənarlaşdırıldılar.
Hakim partiyanın İdarə Heyətinə yeni seçilən isimlərdən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun, UNEC rektoru Ədalət Muradovun, deputat Pərvin Kərimzadənin, parlamentin Energetika, təbii sərvətlər və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun, deputatlar Elşad Mirbəşirli, Kamal Cəfərov, Tahir Mirkişili və başqalarının adlarını çəkmək olar.
YAP İcra katibiliyi də ləğv olunub, onun rəhbəri Əli Əhmədov sədrin müavini təyin olunsa da, İcra Aparatına Tahir Budaqov rəbərlik edəcək. Beləliklə, Ə.Əhmədov partiyanın cari idarəçiliyindən faktiki olaraq uzaqlaşdırılıb.
Yekunlara diqqət etdikdə, YAP-ın pandemiya ilində demək olar, yarımməxfi şəkildə növbədənkənar qurultaya getməsinin səbəblərini aydınlaşdırmaq mümkün olur. Son ana qədər tədbir haqqında mətbuata hər hansı açıqlama verilmədi, partiya yetkililəri də birmənalı şəkildə müzakirələrdən, açıqlamalardan yayındılar.
İlk növbədə qeyd etmək lazımdır ki, ötən prezident seçkilərindən sonra YAP hakimiyyətdə aparılan struktur və kadr dəyişikliklərindən, yeni islahatlar kursundan kənarda qalmışdı. Partiya bu prosesdə demək olar, iştirak etmirdi və onun ictimai-siyasi arenada iştirakı zəifləmişdi. 
Paralel olaraq, hakim partiya üzvü olan yüksək çinli məmurların, icra başçılarının vəzifədən qovulması və həbs edilməsi də təşkilatın imicinə ciddi zərbə kimi qiymətləndirilirdi. Vətən müharibəsindən əvvəl və sonra ölkədə cərəyan edən hadisələrdə də YAP aparıcı mövqeyə sahib ola bilmədi. Cəmiyyətdə müsbət qarşılanan bütün pozitiv təşəbbüslər ölkə rəhbərliyindən, ayrı-ayrı dövlət qurumlardan, ictimai fəallardan gəldi. Nəhayət, siyasi rəhbərlik bu mənfi tendensiyanı dayandırmaq, YAP-ı ölkədəki proseslərə adaptasiya etmək üçün hərəkətə keçdi.
Hakim partiyanı fövqəladə qurultaya aparan ikinci mühüm amil də ölkədə cərəyan edən ictimai-siyasi hadisələrlə bağlıdır. Məlumdur ki, ayrı-ayrı hakimiyyət nümayəndələri, deputatlar xarici qüvvələrə bağlı "beşinci kolon"-un fəaliyyətindən ciddi narahatlıq ifadə edirlər. Ramiz Mehdiyev, Əli Həsənov, Nurlana Əliyeva və s. şəxslər bu qruplaşmanın əsas nümayəndələri kimi təqdim edilir və onların ölkədə gedən islahatları sabotaj etdikləri vurğulanır. 
Şərti olaraq "köhnə qvardiya" adlandırılan bu qruplaşmanın liderləri və əsas üzvləri hakimiyyət postlarından kənarlaşdırılıb. Amma onlar YAP-ın kollegial qurumlarına nəzarəti davam etdirirdilər. Məsələn, qurultayda ləğv olunan Siyasi Şurasının tərkibində onların çoxsaylı tərəfdarları vardı. Bu şəxslərin nümayişkəranə şəkildə Şuradan çıxarılması, başqa üzvlərin seçkili quruma gətirilməsi potensial narazılıq mənbəyi idi. Ona görə də Şuranı yerli-dibli ləğv edildi və onun 20-ə yaxın üzvü İdarə Heyətinə gətirildi.
Beləliklə "beşinci kolon"-un hakim partiyadakı dayaqlarına da ciddi zərbə vuruldu. Doğrudur, Mehdiyev komandasını YAP-dan tamamilə kənarlaşdırmaq mümkün deyil. Total təmizlənmə əks reaksiyalara, narazılıqlara gətirib çıxara bilər ki, bu arzuolunmaz situasiya yaradardı. 
Amma bu gedişlə əsas məqsədə nail olunub: arzuolunmaz şəxslərin siyasi proseslərə təsir imkanları tamamilə məhdudlaşdırılıb. İndi onların istər hakimiyyətdə, istərdə də YAP-da strukturlaşmış gücü yoxdur. 
Ramiz Mehdiyevin mətbuata açıqlamasını da bu məğlubiyyətin etirafı saymaq mümkündür. Mehdiyev "beşinci kolon" ifadəsinin Prezidentə yaxın şəxsləri "vurmaq" üçün istifadə olunduğunu dilə gətirsə də, özü haqqında keçmiş zamanda danışması diqqət çəkdi.
"Hakimiyyətdə Prezidentə sədaqətli olmayan məmurlar varmı" sualına cavabında AMEA rəhbəri "istər bizim zamanımızda, istərsə də indi, belə şəxsləri tanımıram" deyə cavab verib. 
O, YAP-da yeni yaradılan və üzv seçildiyi Veteranlar Şurasını "möhtəşəm qurum" adlandırmaqla özünə və tərəfdarlarına təsəlli verməyə, onların tamamilə ətrafından dağılmasının qarşısını almağa çalışdı. Halbuki partiyada İdarə Heyəti, Nəzarət Təftiş Komissiyasından başqa rəhbər strukturlar yoxdur.
Yeni yaradılan qurumu isə siyasi postlardan təcrid olunmuş "köhnə qvardiya" üçün yaradılmış daldalanacağa bənzətmək daha doğru olar. 83 yaşlı akademik həm də dağınıq fikirləri, zəif səslə danışması və solğun görkəmli ilə diqqətdən qaçmayıb.
Yekunda qeyd edək ki, YAP-ın növbədənkənar qurultayı Azərbaycanda bir mərhələnin sonuncu akkordu idi. Daha iqtidarın apardığı siyasətə təsir edə, yönləndirməyə cəhd edəcək heç bir qruplaşma qalmayıb. Onların sonuncu nümayəndələri də bu imkandan məhrum edilərək ömürlük istirahətə göndərildilər. /Azpolitika

Oxşar xəbərlər

YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin - TAM SİYAHISI
Yeni YAP...
YAP-ın gizli qərarı: bu həftə islahat qurultayı olacaq
Əli Əhmədov YAP-dakı vəzifəsindən uzaqlaşdırılacaq
YAP-ın İdarə Heyətindən çıxarılanlar: Ramiz Mehdiyev və...
Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?
Hacıbala Abutalıbov Bakıdan köçüb - Kənddə yaşayır
Bahar Muradovaya YAP-da yüksək vəzifə verildi
YAP-ın "qocaman" üzvləri - Yaşı 70-dən çox olanlar
Aydın Hüseynov Novruzovun digər vəzifəsini də tutacaq?
Siyavuş Novruzovla bağlı YAP-dan açıqlama
İlham Əliyev YAP-ın qurultayında çıxış etdi - YENİLƏNİB
YAP İdarə Heyətinin yeni üzvləri - SİYAHI
Siyavuş Novruzovun boş qalan yerinə İlham Əliyev təqdimat verəcək - Açıqlama
İlham Əliyev videokonfrans vasitəsilə qurultaya qoşuldu
Siyavuş Novruzov YAP-ın qərargahını TƏRK ETDİ
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Siyavuş Novruzovun istefası qəbul edildi RƏSMİ
Azərbaycanda bu partiyanın adı dəyişdirildi
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiqləndi
YAP bu gün toplanır - Tam məxfi qurultay
Hacıbala Abutalıbova ağır itki üz verdi
YAP-ın idarə heyətinin yeni üzvləri - SİYAHI (YENİLƏNİB)
YAP-ın qəzeti və saytı qurultayla bağlı niyə xəbər vermir? - FOTO
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib
YAP-da Ağsaqqallar Şurası yaradıldı - Sədri isə...
Nazirlərin “sarsılmaz” “QUDALIQ MODELİ” - “Araşdırmaq lazımdır, bəlkə...”
Siyavuş Novruzovu kim əvəz edəcək? – Ad açıqlandı
Siyavuş Novruzov İSTEFA VERDİ
Ramiz Mehdiyevin qızı kimdir? - Fotolar