Yoluxma sayı 500-ü ötsə, karantin sərtləşəcək - Həyəcan təbili
7-03-2021, 19:55
70

Yoluxma sayı 500-ü ötsə, karantin sərtləşəcək - Həyəcan təbili

Koronavirusa gündəlik yoluxma sayı 500 nəfəri keçərsə, bu, həyəcan təbili çalınmasına işarədir.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə müsahibəsində həkim İmran Mirizadə deyib.

Hazırkı vəziyyətin kritik olmadığını qeyd edən həkim gündəlik göstəricilərin 500-ü keçəcəyi təqdirdə aidiyyəti qurumların karantinin sərtləşməsi barədə qərar qəbul edəcəyini bildirib.

İ.Mirizadə bayram günlərində yoluxma sayında çoxalma ehtimalı olacağı üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın mart ayındakı qeyri-iş günlərində də müəyyən qadağalar tətbiq edə biləcəyini qeyd edib.

Həmçinin İ.Mirizadə hələlik vaksin olunan şəxslərin sayı az olması səbəbindən bunun yoluxma sayına ciddi təsir etmədiyini bildirib:

“Hazırda peyvənd olunanların sayı əhalinin 3.5-4 faizini təşkil edir. Bu rəqəmlərin yoluxmanın qarşısının alınmasında ciddi təsir edəcəyini düşünmürəm. Növbəti aylarda vaksinasiya prosesinin daha da güclənəcəyi və bunun effektini də görəcəyimizi düşünürəm”.

Oxşar xəbərlər

Nazirlər Kabineti rəsmisi həyəcan təbili çalır: “Yoluxma yenidən artır”
Yoluxanlar artır: Həkim çatışmazlığı var? - TƏBİB-dən AÇIQLAMA
Növbəti yumşalma hansı sahədə olacaq? – HƏKİM RƏYİ
Millət vəkilindən nəqliyyatda sıxlıqla bağlı HƏYƏCAN TƏBİLİ
Azərbaycanda koronavirusa 988 yoluxma sayı ilə yeni rekord qeydə alındı
“Novruz bayramı ərəfəsində qısamüddətli sərt karantin tətbiq edilə bilər” - Deputat
Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı azalır
Sentyabrda COVID-19-a yoluxma sayı hamı üçün həyəcan siqnalı olmalıdır - ÜST
TƏBİB rəsmisi xəbərdarlıq etdi: “Karantin sərtləşdirilə bilər” - Video
ABŞ-da bir gündə 1800-dən çox insan koronavirusdan ölüb
Dekabrın 24-dən sonra Azərbaycanda ən yüksək yoluxma
Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər (AÇIQLAMA)
Kafe və restoranların fəaliyyəti bu şərtlə bərpa oluna bilər - AÇIQLAMA
Azərbaycanda karantinin sərtləşdirilməsi ilə bağlı xəbərdarlıq
Azərbaycanda bir həftə çölə çıxmağa qadağa qoyula bilər...
Koronavirusa yoluxanların sayı 61 milyonu keçdi
Bir gündə 16 mindən çox yoluxma qeydə alındı
Peyvənd olunanlar virusa yoluxanların sayını ötdü
Dekabrın 31-də "SMS icazə" sistemi ləğv ediləcək? - AÇIQLAMA
Sərt katantin arzuolunmazdır, lakin yoluxma kəskin artarsa... - Deputat
Toylar bu şərtlə KEÇİRİLƏ BİLƏR - AÇIQLAMA
Çində yoluxma sayı yenidən artdı
Virus da Ermənistanı məhv edir: Sensasion yoluxma sayı
İri ticarət mərkəzləri və "Mall"larla bağlı AÇIQLAMA - mart ayından etibarən
“Sədərək” və “Binə” ilə bağlı açıqlama - Gələn ay...
Azərbaycanda yoluxma sayı yenidən artdı - 30 nəfər öldü
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı
Rusiyada 14 mindən çox yeni yoluxma qeydə alındı
Gündəlik yoluxma sayı 4 mini ötəcək - İnfeksionistdən HƏYƏCAN TƏBİLİ
Bakıda koronavirusa yoluxmanın ən çox olduğu rayon açıqlandı