Biz onun anasını ağlatdığı Bakıda sürünürük, o isə İlusuda kef edir
8-03-2021, 11:27
124

Biz onun anasını ağlatdığı Bakıda sürünürük, o isə İlusuda kef edir

Qanunlar ədalətli cəmiyyət qurmaq, azğın insanları çərçivəyə salmaq üçündür. Qanunlar olmasa, cəmiyyətdə hərc-mərclik hökm sürər, anarxiya, özbaşınalıq ölkəni bürüyər.
Qanunu pozan adamları ona görə cəzalandırırlar ki, başqaları onun yoluyla getməsin. Cinayət cəzasız qalanda, bu, mənfi presedentə çevrilir. Cəzasız qalacağını bilən adam İspan öküzünə çevrilir. Belələrini o qədər görmüşük ki...
Şübhəsiz, Azərbaycanda qanunları ən çox vəzifəli şəxslər pozurlar. Hüquq dilində buna vəzifə səlahiyyətlərindən sui-istifadə etmək deyirlər. Əvvəllər də yazmışam: Azərbaycanda ən fağır adamı da vəzifəyə təyin edəndə dönüb olur canavar. Qanunlar canavarın dişlərini tökmək üçündür.
Azərbaycan Avropaya inteqrasiya kursu seçmiş hüquqi dövlət olduğu üçün “canavarlar” özlərini meşədəki kimi azğın apara bilmirlər. Xüsusilə son 2 ildə qanunlar öz sərt üzünü onlara tez-tez göstərir. Əgər belə olmasaydı, vaxtilə icra başçısı işləmiş 7 nəfər indi məhbus həyatı yaşamazdı. Bu siyahıya bir naziri və bir nazir müavinini də əlavə edəndə, ortaya maraqlı tablo çıxır. Tablonun görünməyən tərəfi görünən tərəfindən daha cəlbedicidir. Biz daha kimlərin zindanın dəmir qapılarını aralayacağını bilmirik. Amma bunu çox istəyirik. Dövlətin malını dədəsinin malı kimi talan edən adamların hamısı cəzalandırılmalıdır. İndikilərin öz sələflərinin aqibətindən ibrət götürmələri üçün bu çox vacibdir.
İki-üç gün əvvəl oxudum: Baş nazirin sabiq müavini, BŞİH-nin keçmiş başçısı Hacıbala Abutalıbov Qax rayonunun İlusu kəndinə köçüb. Ağıllı adamdır. Mənim kimi işə gecikməmək üçün taksidən düşüb piyada getməkdənsə, İlusuya getmək yaxşıdır. İlusu Azərbaycanın dilbər güşələrindən biridir. Pandemiyadan əvvəl İlusuda ailəlikcə gecələmək üçün 100 manatdan aşağı ev tapmaq mümkün deyildi. Hacıbala müəllim bunu bildiyi üçün vaxtilə orda gözəl bir villa inşa etdirib. İndi biz onun anasını ağladıb aradan çıxdığı Bakıda sürünürük, o isə İlusunun başı qarlı dağlarında xizək sürür...
İki-üç il əvvəl Əhməd adlı bir quşbaz mənə keçmiş İqtisadiyyat naziri Heydər Babayevin 10 min göyərçin saxladığını demişdi. Ondan bu qədər göyərçinin Heydər müəllimin nəyinə lazım olduğunu soruşanda, belə cavab vermişdi: “Ürəyi istəyəndə uçurdub zövq alır”.
Vaxtilə bu barədə yazdığım üçün onun sözlərini olduğu kimi xatırlayıram: “"Kasıbın uşaqları yavan çörək yediyi kimi, kasıb adamın quşları da quru buğda ilə qidalanır. Amma Heydər Babayev göyərçinlərinə yaxşı baxır. O, quşlarına buğda ilə yanaşı, qarğıdalı, tum da verir. Buğdanın bir kiloqramı 50 qəpik, qarğıdalı 60, yaxşı tumun kilosu 2 manatdır. Heydər müəllim birdəfəyə 30-40 ton buğda, 20 ton qarğıdalı, 20 ton tum alır".
Vəzifədən gedəndən sonra ərəb şeyxlərinə xas həyat yaşayan, ən müxtəlif əyləncələrlə başını qatan təkcə Heydər Babayev deyil. Yəqin ki, Ziya Məmmədovun Novxanıdakı bağında delfin saxladığını eşitmisiniz. O vaxt quşbaz Əhməd mənə demişdi ki, başqa bir məmur da timsah saxlayır. Əhmədin sözləridir, ömrümün axırına kimi yadımdan çıxmaz: “Onun timsahı bir quzunu birdəfəyə udur”.
Hamımızın təmiz adam kimi tanıdığımız Artir Rəsizadə isə it həvəskarıdır. Eşitdiyimə görə, Bilgəhdəki bağında cins itlər saxlayır. Bir qohumu danışırmış ki, Artur müəllimin itləri ayda 3-4 ton ət yeyir.
Taleyin ironiyasına bax: vəzifədə işlədikləri vaxt xirtdəyə kimi rüşvət və korrupsiyaya bulaşmış bu adamlar indi öz villalarında şellənirlər, onların zəlil etdiyi insanlar isə bir parça çörək tapmaq üçün zibilliklərdə eşələnirlər...
Seymur VERDİZADƏ

Oxşar xəbərlər

“Vəzifəyə, pula, şöhrətə görə anasını da satar”
Məmurların “qara günləri” başlayır
Rasim Balayev: “Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı?”
“Onlara inzibati deyil, ciddi qanunlar tətbiq edilməlidir” - Sabiq baş nazirdən ÇAĞIRIŞ
Beyləqanda sahibkarlar dad deyir... - GİLEY
“Məmur həbslərinin çox ciddi əhəmiyyəti olacaq”
“Azərbaycan xain və düşmənlərə qarşı amansız mübarizə aparır” - Tahir Mirkişili
“Əhalinin maaşlarını mənimsəyən məmur, komitə sədri, nazirlər...”
“Oxumağınız da başınıza dəysin, heç olmasa qanuna riayət edin...”
Azərbaycanda məhkəmə sistemi rəsmən iflas edib... - "Məni o qədər alçaltdılar, o qədər yordular ki..."
"Hakim partiya kadr islahatlarından kənarda qalmayıb” – YAP katibi aydınlıq gətirdi
Oliqarx məmur oğlunu icra başçısı göndərir - İddia
“Bu həftədən “SMS icazə” sisteminə keçirilə bilər” - AÇIQLAMA
Rusiyada kütləvi etirazların nəticələri: "Xalq azadlıq uğrunda savaşa hazırdır"
Diqqət: Azərbaycanda maska taxmayanlar bu məbləğdə cərimə olunacaq
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
Dəhşət: Bələdiyyə sədrini oğurlayıb öldürdülər
“İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır” - Prezident
Sabiq icra başçısı və birinci müavininin məhkəməsi başlayır
“Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır” - İlham Əliyev
"Belə çıxır ki, dövlətin qanunları BNA-ya şamil olunmur?" - Əlil maşınlarına kəsilən cəzlar
Sabiq icra başçısının məhkəməsi başladı
Putin məmur təyinatında yaş həddini ləğv edir
“Kölgə iqtisadiyyatı”nın baş memarı da həbs olunacaq? - İzlər Fazil Məmmədova aparır...
“Xalq artisti”, “Əməkdar artist” lüt soyunub ekrana çıxır”
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
“Əliyev və Ərdoğana qarşı sanksiya...” - Baydendən ilk tələb
"20 ilə yaxındır ki, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edirik" - Dövlət başçısı
Sahil Babayevin işçilərinin DƏFN PULU özbaşınalığı... - NARAZILIQ...
DTX tərəfindən saxlanılan icra başçısından XƏBƏR VAR