“Camaatın ailəsi dağılır”, “Rəhmətə gedən oldu, toy qaldı”, “100 ofisiant işsiz qalıb”
19-05-2020, 18:30
434

“Camaatın ailəsi dağılır”, “Rəhmətə gedən oldu, toy qaldı”, “100 ofisiant işsiz qalıb”

Dünya 3 aydan çoxdur ki, koronavirusla savaşır.
Hər gün yoluxma və ölüm sayının artmasıyla bağlı yaranmış vəziyyət insanların həyat və fəaliyyətinə ciddi təsir göstərir. Mart ayından etibarən pandemiya ilə əlaqədar toy, nişan, ad günü və yas mərasimlərinin təşkili təxirə salınıb. Zaman-zaman karantin tədbirləri yumşaldılsa da, bəzi qadağalar götürülsə də toy, nişan və yas mərasimlərlə bağlı qadağa hələ də qüvvədədir.
Bu isə bir neçə ay əvvəl şadlıq saraylarına toy və nişanla bağlı sifariş verən, beh ödəyən, amma virusa görə mərasimi təxirə salınan vətəndaşları da, işsiz qalan məkan sahiblərini də ciddi narahat edir. Artıq restoranlara verilən behi geri götürənlər var. Toyların sentyabr ayına qədər təxirə salınacağı ilə bağlı xəbərlər isə toy sahiblərini tamamilə ümidsiz qoyub.
Cebhe.info son vəziyətlə bağlı restoran və şadlıq sarayları arasında sorğu keçirib.
Cavabları təqdim edirik:
“Arena Hall: “Bu məsələdə bir irəliləyiş yoxdu. Sifarişlərini geri götürənlər olmasa da, insanlar çox narahatdır. Sadəcə, zəng edib soruşurlar ki, toy gününü istədikləri zaman dəyişə bilərlərmi? Biz də əlbəttə, etiraz etmirik. Hamı ümid edir ki, iyun ayında toy və nişan mərasimlərinin keçirilməsinə icazə veriləcək”.
“Gilavar” Saray: “Vallah, çox bərbad vəziyyətdir. Özümüz də belə qalmışıq. Camaatın ailəsi boşanır. Zəng vurub şikayət edirlər ki, biz də toylara getmişik, nə edək? Məgər koronavirusa yalnız toy problem yaradır? Elələri var idi ki, çoxdan sifariş yazdırmışdı, rəhmətə gedəni oldu, toy bir neçə ilə qaldı. Heç kim sifarişini geri götürməyib. Sadəcə, tarixi təzələməklə gözləyirik. İnsanlar 20 gün qabaqcadan bilməlidir ki, toylara icazə verilsə, dəvətnamələrini paylasınlar. Biz şadlıq evlərinin yiyələri də bilmirik ki, insanlara nə cavab verək. Elələri var ki, nişanı pozulub. Toy mövsümü iyun və iyul aylarıdır. Avqust ayından Məhərrəmlik ayı girir. Bizim şadlıq sarayında 100 ofisiant, xadimələr işləyir. Gündəlik işləyən bu şəxslərin durumu həddindən artıq pisdir. Restoranları, kafeləri saat 18:00-a qədər açıblar. Orucluq ayında saat 6-ya qədər ora kim gedəcək? Camaat ya iftar açanda, ya da ondan sonra belə yerlərə gedir. Metroda məgər insanlar sıxlıq içində deyil? Karantini yumşaldırlar, amma toy məsələsinə baxılmır. Toy mərasimlərində də insanlar məsafə ilə əyləşib, şadyanalıq keçirə bilərlər. Fürsətdən istifadə edib sizin vasitənizlə müraciət edirəm. Bu məsələni işıqlandırın ki, rəsmi qurumlardan cavab gəlsin. Biz də insanlara cavab verə bilək”.
“Nazlı” Saray: “Bu gün sifarişləri geri götürmək gündəmdə deyil. Sadəcə, toy günlərinin vaxtı oktyabr, hətta dekabr ayına qədər uzadılır. Amma bəzilərinin toy etməsi vacibdir. Qız toyunu edib, oğlan toyunu gözləyənlər var. Gün ərzində 100-ə yaxın zəng gəlir ki, məsələ nə yerdə qaldı? Biz də bu məsələdə gözləmə mövqeyindəyik və 99 faizində yalnız tarixi uzatmışıq. Mart ayındakı toylar aprelə, apreldəkilər isə iyuna keçirilib”.
“Neptun” Saray: “Düzü, toyların sentyabr ayına qədər təxirə salınacağını eşitməmişəm. Düzdür, toy sahibləri arasında təşvişə düşənlər var. Amma toy sifarişlərini geri götürənlər yoxdur. Hətta onların arasında mart ayından yazılanlar var idi ki, iyun və iyul aylarına keçirilib. Ard-arda zəng edirlər”. Gözləyirik ki, bizim üzümüzə nə vaxt günəş doğacaq.

Oxşar xəbərlər

İyun ayına şadlıq evlərində boş yer yoxdur - VİDEO
Yaponiya qasırğanın təsirinə məruz qalan bölgəyə on minlərlə əsgər göndərib
"Biz rusuq ki, 50 nəfərlik toy keçirək?"
Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
Azərbaycanda daha bir vəzifəli şəxs qızına nişan mərasimi keçirdi - VİDEO
Balakəndə nişan mərasimi keçirən 8 nəfər saxlanıldı - FOTO
Virusla bağlı kritik məqam: - “Azərbaycanda ilk dalğa hələ bitməyib”
Dərs ili sentyabrda başlamayacaq?
Məhərrəmlikdə dini ayinlər necə yerinə yetiriləcək? - Hacı Şahindən açıqlama
Davos forumu gələn ilin yayınadək təxirə salındı
Şadlıq sarayları açılsın! - Deputatdan təklif
Azərbaycanda dərslər noyabrda başlayır? - RƏSMİ CAVAB
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Türkiyə futbolu təcriddən çıxır- QƏRAR
“Google” yeni əməliyyat sisteminin təqdimatını təxirə salıb
“Evdə qal”ıb döyülənlər: Sığınacağa nə qədər qadın aparılıb?
Ağdam Rayon Təhsil Şöbəsinin Müdirəsi Karantin Rejmin Pozdu Nişan Və Toy Mərasimi Keçirib – FOTO
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
Toy və nişanla bağlı qadağa qüvvədədir
Gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Sentyabrın 1-dən "mall"lar açılır - Açıqlama
Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR - Hələ 5-6 ay...
UEFA Avropa çempionatlarını təxirə saldı
Karantin rejimi sentyabrın 1-dən ləğv edilir? (VİDEO)
Koronavirusdan sonrakı qorxu: - "İnsanlar toy, yas məclislərindən uzaq qalacaqlar"
AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı
"Bir qrup mafiozun əlində qalmışıq"
Azərbaycanda vəzifəli şəxs karantində qızına nişan etdiyi üçün cəzalandırıldı - VİDEO
Koronavirusa görə bayram namazı evlərdə qılınacaq
Bu qadağa da aradan qaldırıldı