Dövlət Xidməti Əhmədzadənin keçirdiyi 210 min manatlıq şübhəli tenderi ləğv etdi
9-03-2021, 14:32
108

Dövlət Xidməti Əhmədzadənin keçirdiyi 210 min manatlıq şübhəli tenderi ləğv etdi

Sabirabad Mexaniki Suvarma İdarəsinin 09.01.2021-ci il tarixdə Tikinti materiallarının satınalınması ilə əlaqədar keçirilmiş açıq tender ləğv edilib.

Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin 04.03.2021-ci il tarixli, AİBVD1015/015/3768 nömrəli məktubuna əsasən ləğv edilən tenderin yenidən keçirilməsi məqsədəmüvafiq hesab edilib.

Açıqlanan məlumatda tenderin hansı səbəbdən ləğv edildiyi bildirilməyib.

Sözügedən 210 min 881 manat 3 qəpik məbləğində olan tenderin qalibi fiziki şəxs Rahib Ağamulla oğlu Əkbərov olub.

Rahib Əkbərov son bir ildə Meliorasiya və Su Təsəsrrüfatı ASC-nin tabeliyində olan qurumların keçirdiyi satınalmalarda davamlı olaraq qalib elan olunur. Adıçəkilən fiziki şəxs ötən ilin 26 və 28 fevral tarixlərində Mərkəzi-Muğan Kollektorlarının İstismarı İdarəsinin cari təmir işləri üçün tikinti materiallarının satın alınması (275814.45 AZN) və əsaslı təmir işləri üçün tikinti materiallarının satın alınması (95397.03 AZN) tenderlərinin qalibi olub. Həmçinin, İmişli Suvarma Sistemləri İdarəsinin 24/02/2020 tarixində keçirdiyi və məbləği 287 min 244 manat 54 qəpik olan əsaslı və cari təmir üçün mal-materialların satın alınması müsabiqəsinin qalibi Rahib Əkbərov elan olunub.

Tenderin şərtlərinə görə, 1000 m metal künclük 50×50, 450 şifer (dəmir) 2,0×0,90, 11 ton dəmir list 5 m/m, 25 qapı 2,0×0,90, 1000 kq elektord 4.0, 6 ton şveller F-14, 30 m(3) taxta 5×15: 3×15, 30 ton metal boru F-1020, 15 ton metal boruF-530, 3 ton rifli dəmir list 6 m/m, 2 ton dəmir list 12 m/m, 8 ton dəmir list 6 m/m, 1500 m(3 ) çınqıl beton 500 kq mismar 100: 150, 10 ton armatur, 10 ədəd pəncərə 1,50×1,50, 25 ədəd pəncərə 1,0×0,80, 350 kq boyaq ağ-qara, 200 ton sement 400 marka tədarük olunmalı idi.

Mediada yayılan məlumatlara görə, Rahib Əkbərov Sabirabad Rayon Maliyyə İdarəsinin müdiri Hüseynağa Gülüşovun bacısı oğludur. Onun tenderlərdə qalib gəlməsinin də səbəbi yüksək vəzifəli şəxsin qohumu olması ilə izah edilir.

Oxşar xəbərlər

Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender
Antiinhisar Xidməti "Aztelekom"un 3 tenderinin nəticələrini ləğv etdirib
Aqrar Xidmətlər Agentliyinin ŞÜBHƏLİ TENDERİ... - Rəsmən ləğv olundu
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
Xaçmazda bulanıq tenderlər... - İLGİNC FAKTLAR
Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı
Şair Alxasovun ŞÜBHƏLİ TENDER ORTAQLARI - İLGİNC
Yevlaxda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
4 yaşlı “tender canavarı” “Bakı Şəhər İşığı”nda... - ARAŞDIRMA
Azərbaycanda 10 minlik yeyintiyə görə bu rəis işdən çıxarıldı
Keçmiş nazirə ağır zərbə: Qazandığı tenderlərin nəticələri ləğv olundu
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Dövlət qurumu milyonluq vergi borcu olan şirkəti qalib etdi
Qobustanın icra başçısı büdcə pullarını kimə ötürür... - İLGİNC
Əhməd Əhmədzadə sevimli “Sevinc-96”sına bu dəfə 30 milyon manat ayırdı - Hacı Qurban kimdir?
Dövlətə borcu olan daha bir MMC tender “udub” - Əlaqədar qurumlar hara baxır?...
İmişlidə başçı dəyişsə də, tender oyunbazlığı davam edir... - FAKT
AMEA zibillərin daşınmasına 1 milyon manatdan çox pul xərcləyir
"Aztelekom" MMC-də şübhəli tenderlər - Vergi borcu olan MMC-lər qalib oldu
Milyonluq vergi borcu olan şirkət tenderdə necə qalib olub? - AÇIQLAMA
Əhmədzadədən daha bir şübhəli tender: 10 manatlıq şirkətə 300 min manat…
Göygöldə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi - 1.9 milyon manat…
Yusif Yusifov Dövlət Xidmətinə belə meydan oxuyur - İLGİNC FAKTLAR
Dövlət Vergi Xidməti 3 milyon manatlıq tenderi yekunlaşdırıb
Tərtərdə tenderləri kimlər udur? - SİYAHI
Məşğulluq Agentliyi Şamaxıda ofis üçün 90 min manat icarə haqqı verəcək