Kafe və restoranlar yenidən bağlanır? - AÇIQLAMA
9-03-2021, 15:30
127

Kafe və restoranlar yenidən bağlanır? - AÇIQLAMA

"Hesab edirəm ki, kafe və restoranların yenidən bağlanılması yanlış addım olardı. Bu, çıxış yolu deyil. Pandemiya dövründə bütün qaydalara və verilən göstərişlərə əməl edilməlidir. Bu yolla virusun yayılmasına şərait yaradılmayacaq".
Bu sözləri  millət vəkili Fazil Mustafa bildirib. Onun sözlərinə görə, kafe və restoranların yenidən bağlanılması sahibkarların belini qırmaq, yoxsullaşdırmaq deməkdir: "Belə olan təqdirdə həmin sahədə çalışan işçilər sıradan çıxacaq. Bu insanlara gərək aldıqları məvacib qədər pullar verilsin ki, evlərinə çörəkpulu apara bilsinlər. İndiki vaxtda belə bir addımı yanlış hesab edirəm.
Bütün bunlara rəğmən məhdudlaşdırmalar aparmaq mümkündür. Amma əvvəlki təcrübədə olduğu kimi 20:00-a kimi deyil, 23:00-a qədər məsafə saxlamaqla məhdudlaşdırmalar aparıla bilər. Əgər insanlar axşam yeməyini haradasa yemək istəyirsə, buna maneə yaratmaq düzgün olmazdı".
Deputat həmçinin karantin postlarının qurulmasına da münasibət bildirib: "Digər tərəfdən tətbiq olunacaq məhdudlaşdırmalara postların qurulması da daxildir. Lakin burada belə bir məsələ var ki, hamıya sms-lə hərəkət etməyə icazə verildiyi halda, postlarda polis əməkaşları böyük zülm çəkirlər. Bu postlarda avtomobil tıxacları yaranır, vətəndaşların gecikməsi baş verir. Bizdə avtomobil yolları o qədər geniş deyil ki, bir yol saxlanılsın, rəsmi icazəsi olanlar rahat keçə bilsin. Bütün avtomobillər yoxlanılarkən isə böyük bir kütlə əziyyət çəkir.
Yaxş olardı ki, yol polisləri şübhələndiyi avtomobili saxlayıb, icazəsinin olub-olmadığını yoxlasın. Əgər qanunvericilik pozulubsa, həmin şəxslər də cəzalandırıla bilər. Digər halda tıxac yaranmaqla problemi həll etmək olmur.
Həmçinin Novruz bayramı ərəfəsində vətəndaşların rayonlara getməsinə şərait yaratmaq lazımdır. Bu yolla şəhər boşala bilər. Digər tərəfdən rayonda məsafə saxlamaq daha rahat olur. İnsanlar buna əməl etməyə məcburdurlar və orada da nəzarət mexanizmi var. Nəzarət güclənsə, bu periodu da az itkilərlə keçə bilərik". / BAKU.WS

Oxşar xəbərlər

Kafe və restoranlar açılmalıdır — Rəsmi açıqlama
Azərbaycanda kafe və restoranlar yenidən bağlanır? - AÇIQLAMA
Kafe və restoranların fəaliyyəti nə vaxt bərpa olunacaq? – DEPUTATDAN AÇIQLAMA
Deputat Operativ Qərargaha çağırış etdi: Vaksinasiyanı gücləndirmək lazımdır
Bakıda kafe və restoranlarda qiymətlər artdı - Video
"Toylara dərhal icazə verilməlidir, yoxsa..." - Həkim detalları açıqladı
Qapalı xidmət göstərən kafe və restoranların da fəaliyyəti bərpa edilsin - Deputat
Kafe və restoranlarda qiymətlər niyə bahalaşıb? - AÇIQLAMA
“Müəyyən məhdudiyyətlərlə toylara icazə verilə bilər” - Zülfüqar Yusifov
SMS icazə yenidən tətbiq edilə bilər? - AÇIQLAMA
“İnsanları hədsiz məhdudiyyətlə qapamaq olmaz” - Fazil Mustafa
Kafe və restoranların fəaliyyəti dayandırıldı
SMS icazə ilə bağlı AÇIQLAMA
Bu deputatlar cərimələrin artırılmasına QARŞI ÇIXDI
Gözəlik salonları və bərbərxanalar yenidən bağlanır? - AÇIQLAMA
“Sədərək” və “Binə” açılır? - Deputatdan açıqlama
Karantin rejimini sərtləşdirmək lazım deyil - Qapanma ilə bağlı AÇIQLAMA
Novruzda karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA
Məktəblər yenidən bağlanır? — Təhsil Nazirliyindən AÇIQLAMA
Şadlıq sarayları açılsın! - Deputatdan təklif
Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər - AÇIQLAMA
Bakıdakı restoranların adına ETİRAZ: “Mamajon” və “Foqalyan” - Ermənilərlə əlaqəsi var ?
Bakı metrosu yenidən bağlana bilər? - Açıqlama
“Sərt karantin tətbiq edilib-edilməməsi hər birimizdən asılıdır” - deputat
“Onlara inzibati deyil, ciddi qanunlar tətbiq edilməlidir” - Sabiq baş nazirdən ÇAĞIRIŞ
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
Azərbaycanda qadağalar geri qayıdır... — Bu iş yerləri bağlana bilər
Azərbaycanda toylara icazə ilə bağlı açıqlama
“Bu necə vəzifəli şəxsdir ki, kafe işlədir?!” - Vitse-spiker
“Koronavirus təhlükə olaraq qalır”