Hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edildi
12-03-2021, 10:32
159

Hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
İdarədən verilən məlumata görə, respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda yağış, qar yağması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə sürücülərə xəbərdarlıq edilib:
"Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı, qəfil tormozlama aparmamağı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edir.
Hazırda Baki-Quba-Rusiya sərhədi yolunun 85-ci km-dən başlayaraq, həmçinin Gəndob-Yalama yolu, Bakı-Şamaxı-Yexlax yolununun 48-ci km-dən başlayaraq, həmçinin Ağsu aşırımında qar yağır, yolların hərəkət hissəsində qar və bəzi yerlərdə buzlaşma var, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun isə 400-cü km-dən başlayaraq qar yağır, hərəkət var.  
Odur ki, qeyd olunan istiqamətlərdə hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunmuş nəqliyyat vasitələrindən istifadə edilməsi, eyni zamanda qarlı hava şəraitində və buzlu yollarda avtomobili idarə etmək bacarığı olmayanların yola çıxmaması xahiş olunur".

Oxşar xəbərlər

DİQQƏT! Buzlu yollarla bağlı rəsmi müraciət edildi
DYP-dən sürücülərə xəbərdarlıq
Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
DYP yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət etdi
Vaqif Əsədovdan sürücü və piyadalara XƏBƏRDARLIQ
Yol polisi hava ilə bağlı sürücü və piyadalara müraciət etdi
DYP-dən sürücülərə daha bir XƏBƏRDARLIQ
Yağış gücləndi, yollarda sürət həddi endirildi -  XƏBƏRDARLIQ
DYP sürücülərə müraciət etdi
Temperatur 5-7 dərəcə enəcək, qar yağacaq - Xəbərdarlıq
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
Bakının bu yollarında sürət həddi endirildi
Sabah havanın tempuraturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Bu gün Bakıya qar yağacaq: Hava kəskin soyudu
DYP-dən sürücülərə xəbərdarlıq - Bunu etməyənlər cərimələnəcək
Yol polisindən XƏBƏRDARLIQ
Bu sürücülər cərimələnəcək - DYP-dən XƏBƏRDARLIQ
Ağsu aşırımı buzlayıb, hərəkət dayanıb
Bu yollarda sürət həddi endirildi
Bakıda sürət həddi endirildi - XƏBƏRDARLIQ
Sürücülərə 10 manat cərimə xəbərdarlığı
Nazirlikdən havayla bağlı XƏBƏRDARLIQ
Dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
Türkiyədə ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
Yol polisi paradla bağlı sürücülərə müraciət edib
Hava şəraitiylə bağlı növbəti XƏBƏRDARLIQ
DYP-dən sürücülərə MÜRACİƏT
DİN avtomobil sahiblərinə müraciət edib
Sabah Bakıda yağış, rayonlarda qar yağacaq
Bakının əsas yollarında sürət həddi endirilib