Bir gündə 1.5 milyon manat: Pulla “suvarılan” şoran torpaqlar...
12-03-2021, 12:15
112

Bir gündə 1.5 milyon manat: Pulla “suvarılan” şoran torpaqlar...

Neftçala Suvarma Sistemləri İdarəsi bir gündə 7 tenderin qalibini elan edib.
“Yeni Sabah” xəbər verir ki, elan olunan tenderlərin ümumi məbləği 1.5 milyon manatdan çoxdur.
İdarənin 3 nov kanalının əsaslı təmiri işlərinin satın alınması tenderini "Sabirabad Dəmir Beton" ASC qazanıb. İşin maaliyyə dəyərinin 200 min 993 manat olduğu qeyd edilib. Uzunbabalı nov kanalının əsaslı təmiri işlərinin satın alınmasını da eyni şirkət qazanıb və bu işə görə idarə tərəfindən 177 min 997 manat ödəniləcək.
289 min 229 manatlıq suvarma kanallarının və çay məcralarının lildən təmizləmə işlərinin satın alınmasını isə Neftçala Melioservis İdarəsi əldə edib.
2 aqreqatlı Xoltəzəkənd nasos stansiyasının (n/st binası, təzyiq qurğusu, giriş –çıxış boru xətti) əsaslı təmiri işlərinin satın alınmasını (71 min manat), Cari və əsaslı təmir işləri üçün tikinti materialları və dəmir məmulatlarinin satın alınmasını  (234 min 767 manat), Nasos, mexaniki və elektrik avadanlıqlarının təmiri üçün ehtiyat hissələri və materialların satın alınmasını (285 min 054 manat), Mexanizmlər və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələri və materialların satın alınması (280 min 345 manat) tenderlərinin qalibi isə "Sevinc-96" MMC elan edilib. "Sevinc-96" MMC bir gündə ümumilikdə 871 min manatlıq tender udub.
Aparıcı fəaliyyət sahəsi kənd təsərrüfatı olmayan bir rayonda bir gündə suvarma sistemləri ilə bağlı ümumi məbləği 1.5 milyon manatdan çox olan 7 tenderin keçirilməsi müəyyən şübhələr yaradır. 
Xatırladaq ki, prezident İlham Əliyev son çıxışlarında dövlət satınalmalarında şişirdilmələrə yol verildiyini deyib və bu sahəyə ciddi nəzarətin olması haqda tapşırıq verib.
Onu da xatırladaq ki, Neftçala rayonunun keçmiş icra başçısı İsmayıl Vəliyev bir il bundan əvvəl korrupsiya ittihamı ilə öz xidməti kabinetində həbs olunub. Onunla bərabər rayonda bir sıra vəzifə sahibləri də qandallanaraq paytaxta gətirilmişdi.

Oxşar xəbərlər

Dövlət Xidməti Əhmədzadənin keçirdiyi 210 min manatlıq şübhəli tenderi ləğv etdi
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD - 167 min manatlıq tenderin qalibi oldu
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
“Meliorasiya”dan 1 milyonluq tender udan Rövşən Əliyev kimdir?
Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı
“Azərsu” 1 ilin şirkətini 768 min manatlıq tenderin qalibi etdi
Ekologiya nazirliyini “ESE”MMC ilə başqa nələr bağlayır?
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
Xaçmazda bulanıq tenderlər... - İLGİNC FAKTLAR
Azərbaycanda sensasion tender: Universitet binası 8.2 milyona təmir olunacaq
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi - 1.9 milyon manat…
Prezident sərəncam imzaladı: büdcədən 2,2 milyon manat ayrıldı
"BakuBus" yarım milyon manatlıq geyim ALIR
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
Əhmədzadədən daha bir şübhəli tender: 10 manatlıq şirkətə 300 min manat…
Tərtərdə tenderləri kimlər udur? - SİYAHI
“Babək-CK” MMC niyə belə matah olub... - ŞÜBHƏ...
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Ramiz Mehdiyev Ağalar Vəliyevi özünə partnyor seçdi - Milyon yarımlıq tender
Bir manatlıq şirkətə milyonluq tender verildi
Nazirlik 1 milyon manatlıq dərman alır
Yevlaxda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Antiinhisar Xidməti "Aztelekom"un 3 tenderinin nəticələrini ləğv etdirib
Təhsil Nazirliyinin 10 milyonluq müəmmalı “tenderi” – Yumşaq dəstə görə…
Bakı Baza Tibb Kolleci "GÜL VURUR"... - 3-4 aylıq MMC-lərlə işbirliyini davam etdirir