Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı
13-03-2021, 17:09
150

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Bakı küçəsində fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Şahin Müzəffər oğluna məxsus çörək istehsalı sexində yoxlama keçirib.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı sexin sanitariya norma və qaydalarına, qida təhlükəsizliyi sahəsində qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə riayət edilmədiyi məlum olub.
 
Belə ki, sexdə çörək istehsalı zamanı istifadə edilən un və duzun birbaşa döşəmə üzərində saxlanıldığı, xammal olaraq istifadə edilən unun kənar qarışıqlardan təmizlənmədiyi, sexin girişində dezbaryerlərin qurulmadığı, divarların vaxtaşırı olaraq təmizlənmədiyi aşkar edilib. Sexə baxış zamanı məlum olub ki, anbarda temperatur və nisbi rütubətə nəzarət edən nəzarət-ölçü cihazları yerləşdirilməyib, çirkab suların yığılması, həşərat və yad cisimlərin girişinin əngəllənməsi məqsədilə heç bir tədbir görülməyib, həmçinin sexdə dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmayıb.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Qeyd edək ki, AQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

Oxşar xəbərlər

Qanunsuz işləyən qənnadı müəssisəsi aşkarlandı
Abşeronda kolbasa və sosiska sexinin fəaliyyəti dayandırıldı
Süd və saçaqlı pendir hazırlanan müəssisələrdə xoşagəlməz mənzərə - FOTOLAR
Tərtərdə pendir istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
"Şirvanşah” restoranın rəhbəri inzibati məsuliyyətə cəlb olundu
Abşeronda qanunsuz fəaliyyət göstərən bal emalı sahəsi aşkarlandı - FOTO
İrandan Azərbaycana idxal edilən duz yararsız çıxdı
AQTA 155 obyektdə pozuntular aşkarladı
“Oba” market malların istehsal tarixlərini dəyişirmiş – AQTA rəsmən açıqladı
Yenə yararsız at satışı - Qarşısı alındı
“Black Star Burger Baku” qaydaları pozdu
Beyləqanda istehlakçıları aldadan süd istehsalçıları kimə arxayındırlar? - AQTA hara baxır?
29 ictimai iaşə müəssisəsi barəsində inzibati tədbirlər görülüb
26 ictimai iaşə obyekti barəsində inzibati tədbir görülüb
"Qədim Qəbələ" restoranı cərimələndi
AQTA 33 obyekti cərimələdi - TAM SİYAHI
Bu müəssisələrlə bağlı cinayət işi başlandı - Rəsmi
Bərdədən Bakıya yararsız ət gətirmək istədi
Qaydaları pozan kafe və restoranlar cərimələndi - SİYAHI
Restoran sahiblərinə xəbərdarlıq edilib
28 müəssisə kobud pozuntulara yol verib
“1 manatlıq” dönərxanlar bazardan çıxarılır - RƏSMİ
"Sumakh” və “Pakdad” restoranları cərimələndi
Karantin tələblərini pozan obyektlər CƏRİMƏLƏNDİ
31 obyektdə pozuntular aşkarlandı
Rusiyanın qoyduğu qadağa araşdırılır - AQTA
55 obyektdə pozuntular aşkarlandı
Prezident 2 fərman imzaladı: bu qurumların vəzifələri artırıldı
Daha 13 müəssisəsi Rusiyaya pomidor və alma ixrac edəcək
Bakıda bu kafe və restoranlarda nöqsanlar aşkarlandı - SİYAHI