"Dünyanın heç bir ölkəsində drondan istifadə qadağan deyil. Rusiya kimi bir ölkədə belə insanlar dronlardan istifadə edə bilirlər"
Bunu açıqlamasında hüquqşünas Aslan İsmayılov deyib. O bildirib ki, Azərbaycanda bu cinayət məsuliyyəti yaradır:
"Cinayət Məcəlləsindən həmin maddə çıxarılmalıdır. Əgər biz açıq cəmiyyət istəyiriksə, drondan istifadə qadağan edilməməlidir. Həm də qanun olmasına baxmayaraq, ölkədə hər kəs drondan istifadə edir. Toylarda, yaxud da kimlərinsə adamı varsa o istifadə edə bilir.
Qanunla bu cinayətdir. Mehman Hüseynovun drondan istifadə etməsi qadağan olsa da, o deyə bilər ki, bundan hamı istifadə edir. Ya drondan istifadə edən hər kəs cinayət məsuliyyətinə cəlb olunsun, ya da bu qadağa ləğv edilsin."