Azərbaycanda mal və qoyun əti ucuzlaşdı
15-03-2021, 13:12
179

Azərbaycanda mal və qoyun əti ucuzlaşdı

2021-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-fevral aylarına nisbətən 103,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin fevral ayına nisbətən 104,2 faiz təşkil edib.
2021-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 105,2 faiz olub. Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, yumurtanın, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən mal və qoyun ətinin qiymətlərində müşahidə olunub.
Rəsmi məlumata görə, digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2021-ci ilin fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin fevral ayına nisbətən 103,7 faiz təşkil etmişdir. Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtaların, sementin, kərpicin, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2021-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,0 faiz, əvvəlki ilin fevral ayına nisbətən 103,3 faiz təşkil edib. Cari ilin fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması əhali qrupu üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması, habelə paltarların təmiri, ictimai iaşə, tibbi və stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Oxşar xəbərlər

Azərbaycanda bahalaşmanın səbəbi AÇIQLANDI
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
Azərbaycanda hansı məhsullar bahalaşıb? - Foto
Ermənistanda ərzaq məhsullarının qiyməti kəskin bahalaşdı
Azərbaycanda bu məhsulların qiyməti bahalaşdı
Ərzaq və kənd təsərrüfatı məhsulları bahalaşacaq - Gözlənti
Azərbaycanlılar vəsaitinin 50 faizə qədərini ərzağa xərcləyib - RƏSMİ
Azərbaycanda gələn il qiymət artımı olacaq? - Mərkəzi Bank açıqladı
İnflyasiya əhalinin gəlirlərindəki artımı silib
Azərbaycan əhalisi pullarını ən çox hara xərcləyir?
Azərbaycanda bu şəxslərin əmək haqqları artdı - RƏSMİ
Pensiyaçılara ŞAD XƏBƏR: fevral ayı...
Azərbaycan əhalisi avqustda dərman və tibbi ləvazimatlara 56 mln. manatdan çox xərcləyib
Aprelin 1-dən xüsusi karantin rejimi ləğv ediləcək? - Əks halda...
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI
Bakıda ən çox yoluxma bu rayondadır
Bakıda koronavirusa ən yüksək yoluxma bu rayondadır - Statistika
Əhali banklardakı pulları geri çəkir: Nə baş verir?
Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır
Azərbaycanda bu xidmətlərin qiyməti bahalaşdı
Azərbaycanda sərnişin və yük daşınması kəskin azalıb - RƏSMİ
Əhalimiz daha çox hansı nəqliyyatdan istifadə EDİR?
«Günaybank» iflas həddinə yaxınlaşır - 4 QAT AZALMA
Bu il ümumi daxili məhsul istehsalı azalıb
Ermənistanda iqtisadiyyat çökür
Bu il Azərbaycanda istehsal edilən avtomobillərin sayı açıqlandı
Azərbaycanda orta aylıq əməkhaqqı neçə manatdır?
Azərbaycanda əmək haqqı 22 faiz artıb
“SOCAR Polymer” ixracını 33 faiz artırıb
Həftəsonları ictimai nəqliyyatla bağlı qadağanın müddəti UZADILDI