Həbs olunan məmurlar: “Yatıb çıxanlar" da var, hökm gözləyənlər də... - İLGİNC ARAŞDIRMA
15-03-2021, 13:19
144

Həbs olunan məmurlar: “Yatıb çıxanlar" da var, hökm gözləyənlər də... - İLGİNC ARAŞDIRMA

Korrupsiya, rüşvət, büdcə vəsaitlərinin talanması və digər əməllərinə görə saxlanılan məmurların hələ də istintaq prosesi davam edir. Xüsusilə də son dönəmlər həbs olunan icra başçıları və onların müavinləri ilə bağlı da hələlik konkret məhkəmə hökmü yoxdur.

Qeyd edək ki, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı sabiq Nizaməddin Quliyev, Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev, Yevlax İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev, Kürdəmir rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və onların sabiq müavinləri, bir sıra əməkdaşları Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Onlardan yalnız İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin və Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevin istintaq müddətinin uzadılması ilə bağlı məhkəmə qərar var. Digərləri ilə bağlı da istintaq prosesi davam edir və hələlik yekun məhkəmə hökmü verilməyib.

DTX-nın əməliyyat keçirdiyi Mədəniyyət Nazirliyinin həbs olunan əməkdaşları ilə bağlı məhkəmə hökmü yoxdur. Qeyd edək ki, Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov həbs edilərək istintaqa cəlb olunub.

Həbs olunan sabiq məmurlardan hökm alanlar, hətta həbs cəzası çəkib azadlığa çıxanlar da, hələ də cəzasını çəkənlər də var.

Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev hazırda həbs cəzası çəkənlər arasındadır.

Xatırladaq ki, C.Hacıyev külli miqdarda valyutanın ölkədən qanunsuz çıxarılmasına görə ittiham olunurdu və məhkəmə qərarı ilə o 16 il 6 ay həbs cəzası aldı.

Ölkə gündəminə “Rabitə işi” kimi düşən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbs olunan əməkdaşlarına da Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunmuşdu.

Belə ki, eçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin keçmiş baş mühasibi Anar Mustafayev, "AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt" MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin keçmiş direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin keçmiş rəisi Namazəli Məmmədov və "Aztelekom" MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə istintaqa cəlb olunmuşdu.

Məhkəmədə Vidadi Zeynalov 13 il müddətinə, Beytulla Hüseynov 13 il, Namazəli Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il müddətinə azadlıqdan məhrum olunublar.

Digər adı çəkilən şəxslər isə şərti cəza alaraq məhkəmə zalından azad olundular.

“MTN işi” adı ilə aparılan istintaq prosesində də saxlanılanlarla bağlı məhkəmə hökmü çıxarıldı. Belə ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşı haqqında məhkəmə hökm çıxardı. Hökmə əsasən Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Orxan Osmanov və Akif Əliyevin hər biri 5 il müddətinə azadlıqdan məhrum edildi.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. A.Çovdarov Prezident İlham Əliyevin 2020-nin aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla əfv olunub, hazırda azadlıqdadır.

Oxşar xəbərlər

DTX-nın həbs etdiyi sabiq icra başçısı vəkilindən imtina etdi
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
“Qara maskalı”lar icra başçılarını yenə “ziyarət edəcək”: - “Dövlətin qaydalarına əməl etmirlər”
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
Sabiq məmur vəfat edib
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Həbs olunan icra başçısının köməkçisi dünyasını dəyişdi
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
Həbsdə olan sabiq icra başçısının məhkəməsi başlayır
Həbs olunan daha bir yüksək vəzifəli məmur YAP-dan çıxarıldı
Vilyam Hacıyevə rüşvət verən şəxs necə oldu təkrar vəzifəyə qaytarıldı... - İLGİNC FAKT
Sabiq icra başçısının həbs müddəti daha 2 ay uzadılıb
DTX-nin həbs etdiyi icra başçısı məhkəməyə çıxarılır
Həbs olunan daha bir icra başçısının oğlu müstəntiq təyin edildi
İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
İcra başçısının həbs müddəti artırılır
DTX Vilyam Hacıyevi belə həbs edib - VİDEO
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Həbs edilən başçının kadrları eyni gündə öldü
Koronavirusdan ölən icra başçısı dəfn olundu
"Balaca padşah"ların yeni QÜRUB DÖNƏMİ... - Bu dəfə kimlərin "başı kötüyə qoyulacaq"...