Öz qanunsuz əməlləri ilə dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan vəzifəli şəxslərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan bildirilib ki, belə tədbirlərdən biri kimi, Xızı rayonunun inzibati ərazisində fəaliyyət göstərən “Cənnət bağı” Altıağac istirahət mərkəzinin istifadəsinə verilmiş torpaq sahəsində ağac və kolların qanunsuz kəsilməsi və məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.
Aparılmış istintaq zamanı Xızı rayonunun ərazisində fəaliyyət göstərən Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin direktoru Əliyev Cahangir Ramiz oğlunun Azərbaycan Respublikasının Altıağac Milli Parkı arasında bağlanmış müqaviləyə əsasən istirahət mərkəzinin istifadəsinə verilmiş torpaq sahəsini mühafizəsiz qoymaqla ağacların və ot örtüyünün zədələnməsinə səbəb olmasına, 2039 ədəd müxtəlif növdə ağacları, kolları və digər yaşıllıqları qanunsuz olaraq kəsməsinə, habelə müxtəlif tikinti və qazıntı işləri aparmaqla torpağın münbit qatını qəsdən korlayaraq, bununla da təbiətə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə ümumilikdə 63 min manat məbləğində mühüm ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə o, Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə öz qulluq mövqeyindən istifadə etməklə törədilməklə), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədilməklə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, cinayət işi üzrə ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
"Cənnət Bağı"nın rəhbərinə cinayət işi açıldı
16
mart
19:52

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Cənnət bağı”nda minlərlə ağac kəsilib - Cinayət işi başlandı
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
“Sədərək Yusif” həbs edilə bilər: - Üç maddə ilə cinayət işi açıldı
Daha bir vəzifəli şəxsə cinayət işi AÇILDI
Qəbələdə ağacların kəsilməsinə görə cinayət işi açıldı
Ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
Bələdiyyə sədrinə cinayət işi başlanıldı
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Bələdiyyə sədrinə cinayət işi açıldı
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Kamran Əliyevdən yeni TƏYİNAT
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Özünü məmur kimi təqdim edib dələduzluq edən şəxs HƏBS EDİLDİ
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən həbs olundu
Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
Xızıdakı insidentlə bağlı cinayət işi BAŞLANILDI
“Zaminbank”ın həbs edilən vəzifəli şəxsindən XƏBƏR VAR
Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi
“Semaşko”da yoxlamalar aparılır? - Baş Prokrorluqdan açıqlama
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
Bakıda qanunsuz işlərlə məşğul olan vəzifəli şəxslər SAXLANILDI
Dələduzluq edən "vəzifəli şəxs" SAXLANILDI
Şirkət direktoruna cinayət işi açıldı
Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - Anbaan video
“VTEK“ əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
- Bu ölkədə skuter qadağan edildi
- "Bozbash pictures"in dağılma səbəbi
- "Liderlər əsl kişi xarakterini nümayiş etdirirlər və təslim olmurlar" - Putin
- Baş nazir: “Hindistan 25 ildən sonra inkişaf etmiş ölkəyə çevriləcək”
- "Ukraynada xüsusi əməliyyatı BMT Nizamnaməsinə uyğun keçiririk" - Putin
- Bilal Əliyevdən onu “TikTok”a görə təhqir edənlərə: “Hamısını məhkəməyə verəcəyəm”
- Rusiya müharibənin Ukraynanın hansı bölgəsində bitəcəyini açıqladı
- Şirvan Olimpiya İdman Kompleksində nələr baş verir..? - Kompleksin üzgüçülük hovuzları susuzluqdan çartlayır..
- Bakıda QƏZA: 3 avtomobil toqquşdu
- Quba və Şabran rayonlarının meşə ərazisində YANĞIN
- Azərbaycan-Rusiya dövlət sərhədində 186 ədəd sərhəd nişanı quraşdırılıb
- GEM-in direktoru Sara Həsənovanın arxasında hansı icra başçısı dayanır..? - Sara Həsənova barəsində “KİRPİ” jurnalı yazsaydı...
- Dilarə Əliyeva: "Onun dərdindən 18 yaşında ərə getdim" (VİDEO)
- "Diriliş Ertuğrul"un aktyoru evləndi - FOTOlar
- Türkiyə ordusu şəhid verdi
- Ağdam sakini Bakıda tutuldu - Üzərindən 9 kq marixuana çıxdı
- “Müğənnilər toylara getməsə, yamaqlı şalvarda gəzərlər” – Akif İslamzadə
- İrandan Azərbaycana narkotik keçirməyə cəhd etdilər
- Abşeronda ər arvadını bıçaqladı
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın daha 7 tankı məhv edilib"
- Bakıda bir ailənin 6 üzvü plovdan zəhərləndi
- Ermənistanda qaçhaqaç: ermənilər ölkələrini belə tərk edir - VİDEO
- Daha bir quru yük gəmisi Ukrayna limanını tərk edib
- Hirkan Park Otel xanım müştəriyə qarşı tərbiyyəsizlik