TƏBİB rəsmisindən qapanma ilə bağlı açıqlama
18-03-2021, 11:20
106

TƏBİB rəsmisindən qapanma ilə bağlı açıqlama

"Son günlər dünyada və eləcə də ölkəmizdə COVID-19-a yoluxma hallarının artmasının "üçüncü dalğa” adlandırılmasını doğru hesab etmirəm. Çünki ilk dalğa, var olan infeksiya bütün dünyada davam edir. Virusa yoluxma tamamilə sıfırlanmır və yenisi yaranmırsa, bu elə birinci dalğanın davamıdır. Sadəcə prosesə insan faktoru təsir göstərir”.
Bunu dünyada COVİD-19-a yoluxmada "üçüncü dalğa” və Azərbaycandakı vəziyyətlə bağlı Modern.az-a danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib.
V.Əliyev bunun səbəbini qapanmalara gedildikdən sonra yoluxma sayının tamamilə yox olmaması ilə izah edib:
"Qapanmalara gedildikcə yoluxma sayı azalır, amma tamamilə yox olmur, infeksiyanın yayılması az da olsa davam edir. Təbii olaraq yumşaldılmalara gedildikcə, insanlar arasında təmaslar artdıqca yoluxma sayı da artır. Bu da normaldır, üçüncü dalğa deyil. Var olan baryerin götürülməsilə infeksiyanın artmasıdır.
Avropa ölkələrində yoluxma sayı artmaqdadır, buna həmin yerlərdə qeydə alınmış mutasiyalar da təsir edir. Eyni zamanda, qapanma sonrası yoluxma sayındakı azalma ilə yumşaldılmalara gedilməsi daha sonra xəstə sayının artımına səbəb olur. Məhdudiyyətlərin aradan qaldırılması insanlarda arxayınlığa, tələb olunan qaydalara əməl etməmələrinə gətirib çıxarır. Nəticədə virus da artmağa başlayır. Proses Azərbaycanda da belədir, bu, üçüncü dalğa yox, var olan infeksiyanın mərhələli gedişatıdır.
Əvvəlki təcrübələrdən də məlum olduğu kimi yumşaldılmara gedildikcə xəstəliyin artacağı gözlənilən idi. Bunu daha əvvəl də yaşamışıq, ona görə say artımı sürpriz olmadı. Məsələ burasındadır ki, qapanmaların uzunmüddətli tətbiqi bütün sahələrə mənfi təsir edir. Amma insan sağlamlığı əsas götürüldükdə qapanmalar qaçılmaz olur”.
İnfeksionistin sözlərinə görə, xəstəxanalarda COVID-19 xəstələrinin müalicəsilə bağlı müəyyən təcrübə formalaşıb:
"Bir ildən artıqdır ki, xəstəxanalar COVID-19 xəstələrinin qəbulu, müalicəsilə məşğuldurlar. Bununla bağlı bəlli təcrübələr toplanıb, sistem formalaşıb, həkimlərin bu sahədə məlumatları artıb. Bu baxımdan hazırda xəstəxanalarda çarpayı sayı, həkim çatışmazlığı kimi hansısa problem yoxdur”.
V.Əliyev qarşıdan gələn bayram günlərində vətəndaşları daha məsuliyyətli olmağa çağırıb:
"Bir həkim kimi tövsiyəm odur ki, daha əvvəl yaşadığımız qapanmaları yaşamamaq üçün mütləq şəkildə yaxın təmasdan uzaq olmalıyıq. Yaxşı olar ki, insanlarımız bayramı öz evlərində qeyd etsin, bir-birinin evinə qonaq getməsin, kütləvi toplaşma olmasın. Qapanmaların olub-olmayacağı yoluxmanın dinamikasından və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq.
Biz TƏBİB olaraq qapanma və açılmalarla bağlı qərar vermirik. Qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargahda təmsil olunan qurumların birgə təkliflərinə əsasən verilir. Verilən qərarlar isə ümumi vəziyyət qiymətləndirilərək və insanların sağlamlığı əsas götürülərək qəbul edilir”. 

Oxşar xəbərlər

Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
Yoluxma artsa, qaydalar sərtləşə bilər - TƏBİB-dən xəbərdarlıq
Koronavirusdan sağalan insan təkrar bu xəstəliyə yoluxa bilərmi?
Həkim-infeksionist: “İkinci dalğa qaçılmazdır, daha çox yoluxma...”
Virusla bağlı kritik məqam: - “Azərbaycanda ilk dalğa hələ bitməyib”
Yoluxanlar artır: Həkim çatışmazlığı var? - TƏBİB-dən AÇIQLAMA
ÜST-dən COVID-19-la bağlı açıqlama: Ardıcıl altı həftədir azalma var
SMS icazə ilə bağlı VACİB XƏBƏR
Azərbaycanda koronavirusun ikinci dalğası olmaya bilər
“Yoluxma halları daha çox yas mərasimlərində olur” - Vasif Əliyev
“Yoluxma iki dəfə artacaq” - ÜST rəsmisindən xəbərdarlıq
“Koronavirusa yoluxma indiki sayın 2-3 qatına qədər arta bilər“ - TƏBİB rəsmisi
Üçüncü dalğanın astanasındayıq - Həkimdən XƏBƏRDARLIQ
İkinci dalğa gələrsə: - Azərbaycanda koronavirus xəstəxanalarında boş yer var?
Gündəlik yoluxma sayı 4 mini ötəcək - İnfeksionistdən HƏYƏCAN TƏBİLİ
Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı azalır
SMS icazə yenidən tətbiq edilə bilər? - AÇIQLAMA
ÜST: Dünyada son bir həftədə koronavirusa yoluxmada rekord artım qeydə alınıb
ÜST: Pandemiyanın üçüncü dalğası istisna olunmur
Bir gündə 16 mindən çox yoluxma qeydə alındı
Koronavirusla bağlı son RƏQƏMLƏR
Azərbaycanda virusun üçüncü dalğası yarana bilər - XƏBƏRDARLIQ
ÜST: “Koronavirusa yoluxma və ölüm hallarının sayında azalma var”
Rayonlara gediş-gəliş açıldı; daha hansı qadağalar götürülə bilər - açıqlama
Vəziyyət artıq kritikdir, SMS icazə gündəmdə...
Dünyada koronavirus qurbanlarının sayı 2,5 milyon nəfəri ötdü
Dünyada koronavirusa yoluxanların sayı 86 milyonu ötdü
Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub?
"Bu, TƏBİB-in rəsmi mövqeyi deyil" - Nəzrin Mustafayeva
Son bir həftədə dörd milyona yaxın yoluxma halı aşkar edilib