Anons

Сегодня, 17:00- Azərbaycanda it itə yedizdirilib

Сегодня, 16:00- "Söyüş söyənlərin başında Əli Kərimli dayanır"

Сегодня, 15:00- İrandan gələn iş adamı gömrükdə “ilişdi”

Сегодня, 14:00- “Evdə qal”ıb döyülənlər: Sığınacağa nə qədər qadın aparılıb?

Сегодня, 13:11- Komitənin qarşısından ucalan qarğışlar

Сегодня, 13:00- Dünya təcriddən çıxır: Ölkələr sərhədlərini açır - Azərbaycan 15 iyunadək gözləyəcək?

Сегодня, 12:30- Vüqar Səfərli ayrılan pulları necə yeyibsə...

Сегодня, 12:00- "Bu il dünyada neftə tələbat 9-15% azala bilər"

Сегодня, 11:27- Bakıda məhkəmə sədrinin evi yanır-VİDEO

Сегодня, 11:00- Əli Kərimlinin qəzəbinin pərdəarxası…

Сегодня, 10:30- "Kənd təsərrüfatında gənc kadrlar yetişməlidir" - deputat

Сегодня, 10:00- İtaliyada idman zalları, fitnes klubları və hovuzlar açıldı

Сегодня, 09:00- Azərbaycanda kişinin təmirə pulu olmadı, qonşuların evlərini soydu

Вчера, 23:00- Avropadan Bakıya müharibə üçün “yaşıl işıq”

Вчера, 21:00- Koronavirusa yoluxan idmançı 23 kilo ARIQLADI - FOTO

Вчера, 20:00- 17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər

Вчера, 19:00- Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO

Вчера, 18:00- “Yuventus” argentinalı ulduzunun satış qiymətini açıqladı

Вчера, 17:00- Önümüzdəki 10 il işğal ərazilərinin ermənilərlə məskunlaşma illəri olacaq

Вчера, 16:00- “İcra başçıları var ki, məmnuniyyətlə vəzifəsindən gedərdi”

Neçə icra başçısının başı ağrıyacaq

Tarix:23-05-2020, 16:00 Baxış Sayı:34

Neçə icra başçısının başı ağrıyacaq Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan ödənişli ictimai işlər proqramı sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğuna dəstək verilməsində mühüm rola malikdir. Proqramın icrasında şəffaflığın və güclü nəzarətin təmin olunması barədə dövlət başçısının göstərişinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür.

DİA.AZ xəbər verir ki, nazirliyin tabeliyindəki “DOST İş Mərkəzi” işsiz və işaxtaran şəxslərin ictimai işlərə qəbulu, əmək haqlarının ödənişi, yerlərdə ictimai işlərin təşkili ilə bağlı vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqləri davam etdirir.

Rayon (şəhər) icra hakimiyyətləri tərəfindən təqdim edilmiş işsiz şəxslərin siyahıları əsasında həmin şəxslər ictimai işlərə (abadlaşdırma, yaşıllaşdırma, təmizlik, ictimai yerlərə qulluq, hazırkı dövrdə dezinfeksiya və s.) cəlb olunur, onlarla “DOST İş Mərkəzi” arasında əmək müqaviləsi bağlanır. Hər bir işçi üçün əməkhaqqı kartı sifariş olunur və kartı yalnız şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə bankdan götürür.

İcra hakimiyyətləri, onların tabeliyindəki icraçı qurumlarla (kommunal təsərrüfat idarə və birlikləri) “DOST İş Mərkəzi” arasında bağlanmış Sazişə əsasən, işçilərin nizam-intizamına və gündəlik fəaliyyətinə icraçı qurumlar birbaşa cavabdehlik daşıyır. Hər ayın sonu onların təqdim etdiyi davamiyyət cədvəllərinə əsasən ictimai işçilərin əməkhaqqları onların kartlarına köçürülür.

Ötən il “DOST İş Mərkəzi” tərəfindən 25 faizi Bakıda, qalanları bölgələrdə olmaqla 38 min haqqı ödənilən ictimai iş yeri yaradılıb. Həyata keçirilmiş monitorinq, nəzarət və digər tədbirlər nəticəsində 38 min ictimai iş yerindən əlavə 9 min şəxsin də məşğulluğu təmin olunub, bununla yanaşı 25,7 mln. manat büdcə vəsaitinə qənaət edilib.

2020-ci ildə isə pandemiya ilə əlaqədar məşğulluğa dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, bu iş yerlərinin sayının 90 minə çatdırılması işləri aparılır. Artıq 61 mindən çox belə iş yeri yaradılıb.

“DOST İş Mərkəzi” tərəfindən ictimai iş yerlərində keçirilən monitorinqlər zamanı ötən il 5 mindən çox, bu il isə 1100-dən çox ictimai işçinin iş yerində olmadığı aşkar edilib. Onların ümumiyyətlə işə cıxmadıqları barədə şübhələr yarandığı üçün müəyyən olunan faktlar rəsmiləşdirilərək aidiyyəti üzrə təqdim edilib.

Nazirliyin digər fəaliyyət sahələri üzrə olduğu kimi, ödənişli ictimai işlərin təşkili ilə bağlı da ictimai aşkarlığın və bu sahədə ictimai nəzarətin təmin olunması üçün ictimai işçilərin şəhər və rayonlar üzrə adlı siyahıları qurumun rəsmi internet səhifəsində açıqlanıb və mütəmadi yenilənir.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ