Bakı, Sumqayıt və Abşerona giriş-çıxış DAYANDIRILIR?
19-03-2021, 10:53
94

Bakı, Sumqayıt və Abşerona giriş-çıxış DAYANDIRILIR?

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir.
Bu məqsədlə martın 20-də saat 00:00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.
Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir.
Sumqayıt və Abşeron istisna olmaqla ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılır.
Ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına fasilə verilir.
Ticarət əlaqələrinin saxlanması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə bütün nəqliyyat vasitələri ilə yükdaşımaları sərbəstdir.
Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq. /Hit.az/

Oxşar xəbərlər

Bu şəhər və rayonlara giriş-çıxış DAYANDIRILIR
Rayonlara giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
Bu ərazilərə giriş-çıxış dayandırılır
“BakuBus” avtobuslarının hərəkəti dayandırılır? - RƏSMİ AÇIQLAMA
Bu gündən sentyabrın 21-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək - Diqqət!
Sabahdan bu şəhər və rayonlara da giriş-çıxış dayandırılır
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Azərbaycanda xüsusi karantin rejimi bu tarixədək qədər uzadıldı
Bakı, Sumqayıt və Abşeronda pensiyalar bu tarixdə ödəniləcək
Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək - RƏSMİ
Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər qüvvədə qalır
20 minə yaxın avtomobil postlardan geri qaytarılıb
Sabahdan Bakının girişindəki postlar yığışdırılır - Rəsmi açıqlama
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunmur
Bu gündən bütün ölkə sərt karantinə keçdi - QAYDALAR
İctimai nəqliyyatın fəaliyyəti ikigünlük dayandırılıb
Bakı, Sumqayıt və Abşeron ərazisində həftəsonu repetitor xidməti fəaliyyət göstərməyəcək
Diqqət: Sabahdan rayonlara gediş-gəliş bərpa olunur
Bu gün əyani dərsə başlayan şagirdlərin sayı açıqlandı
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
Sabahdan uşaq bağçaları açılır - bu rayon və şəhərlər istisna olmaqla
DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA
Karantin rejimi yumşaldıldı: Rəsmi qərar
Sumqayıt-Bakı yolunda tıxac yarandı
Avqustun 31-dək qüvvədə olan qadağalar
Rayonlara gediş-gəliş açıldı - sərnişin daşınmasına cəhdlər oldu
Karantin qaydalarını pozan 12 sürücü həbs olundu
Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi - RƏSMİ
Giriş-çıxışına qadağa qoyulan rayonlarda dəfn mərasimi necə keçirilir? - AÇIQLAMA