"Xəstəxananın rəhbər heyəti başda olmaqla bütün tibb işçiləri icbari tibbi sığortanın ölkəmizdə tətbiqinin əhəmiyyətini anlayır və bu prosesə dəstək vermək üçün əlimizdən gələn dəstəyi göstəririk”.
Bu sözləri akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov bildirib.
Məlumat üçün deyək ki, klinikanın adlarının çəkilməsini istəməyən bir qrup həkimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşlarından narazılıq edir. Onların sözlərinə görə, Agentliyin əməkdaşları klinikanın işçilərinə qarşı kobud davranır.
"Həkimlər üçün yer müəyyən edilmədən onlar otaqlarından çıxarılır, bahalı tibbi avadanlıqlar dəhlizlərə atılır. Bu da klinikada narazılığa səbəb olub”, - deyə həkimlər iddia edir.
Telman İbadov bu iddialarla bağlı bildirib ki, tibb müəssisəsində aparılan işlərdən narahat olan şəxslərə həm Agentliyin nümayəndələri, həm də xəstəxananın rəhbər heyəti tərəfindən açıqlamalar verilib. "Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və beynəlxalq normalara uyğunluğunun təminatı baxımından bu dəyişikliklərin vacibliyi bildirilib. Aparılan işlərin həm tibb işçiləri, həm də əhali üçün faydalı olacağını nəzərə alaraq, müvəqqəti çətinliklərə hər kəsin səbr və təmkinlə yanaşmasını xahiş edirik”, - deyə baş həkim vurğulayıb.
O, görülən işlərin vacibliyinə də toxunub. Telman İbadov deyib ki, icbari tibbi sığorta əhalinin keyfiyyətli tibbi xidmətlər əldə etməsini, vətəndaşları sağlamlıqları ilə bağlı maliyyə risklərindən qorunmasını təmin edir: "Eyni zamanda, icbari tibbi sığortanın səhiyyənin maliyyə imkanlarının artırılmasında, tibb işçilərinin rifahının yaxşılaşdırılmasında və onların fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasında rolu danılmazdır. 1 aprel tarixindən Bakıda icbari tibbi sığortanın tətbiqi ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında bir sıra optimallaşdırma işləri həyata keçirilir. Tibb müəssisəsində elektron informasiya sisteminin qurulması, kompüter avadanlıqları ilə təchizatı, müxtəlif otaqların tibbi xidmətin təşkili ilə bağlı təyinatı üzrə bölüşdürülməsi işləri aparılır. Eyni zamanda, stasionar və poliklinikada fəaliyyət göstərən həkimlərin ambulator-poliklinik xidməti təşkil etməsi məqsədilə otaqların, tibbi avadanlıqların və tibbi heyətin köçürülməsi işləri uğurla icra olunur.
Qeyd etmək istərdim ki, beynəlxalq qaydalara əsasən, stasionarda ambulator-poliklinik xidmətlər göstərilə bilməz. Bundan sonra Respublika Klinik Xəstəxanasının konsultativ poliklinikasında ambualtor-poliklinik xidmətlərin təşkili həyata keçiriləcək.
Məlumat üçün bildirim ki, ambulator yardım vətəndaşın xəstəxanaya yerləşdirməsi tələb olunmayan tibbi xidmətdir. Stasionar tibbi yardım vətəndaşın xəstəxanaya yerləşdirilməsi tələb olunan tibbi xidmətdir”./Hit.az/
Respublika Klinik Xəstəxanasında nə baş verir?
19
mart
15:18

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Tibbi Sığorta Agentliyindən qəribə ŞİKAYƏT
Semaşko təmirə bağlanır? - İşçilər deyir "hə", TƏBİB deyir "yox"...
“Semaşko”da həkimlərin maaşları verilmir - ŞİKAYƏT
Təcili tibbi yardıma müraciət edənlərin sayı 82 faiz artıb
Samuxun qəsəbə sakinlərinin xəstəxana narazılığı - VİDEO
Nə TƏBİB, nə də nazirlik onlara sahib çıxmır - SOS: Bir azdan həkim tapmayacağıq!
Zakir Həsənov agentliyin sədrini təltif etdi
Bu xidmətlər özəl klinikalarda ödənişsiz olacaq
Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradıldı
Yanvarın 1-dən bu şəhər və rayonlarda icbari tibbi sığorta tətbiq ediləcək
Azərbaycanda peyvəndlənənlər arasında allergiya olanlar var
Bu şəxslər 2024-cü ilə qədər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır - RƏSMİ
“6 aydır maaş əlavələrini almırıq” - ETİRAZ
Prezident qanunu təsdiqlədi: Yanvarın 1-dən...
Yanvar ayının 1-dən etibarən maaşınızdan pul tutulacaq - RƏSMİ
Professora TƏBİB-də vəzifə verildi - Foto
Respublika Klinik Xəstəxanası adlı BAZAR... - İTTİHAM
Rüşvət və koronavirus yuvasına çevrilən Respublika Klinik Xəstəxanası – Burda hərənin öz qiyməti var(ARAŞDIRMA)
Ağdaşda baş həkim özbaşına qalıb... - Bir nəzarət edən yoxdurmu?
Koreyadan Azərbaycana koronavirusu müayinə köşkləri gəldi
Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızı Türkiyədə vəfat etdi
Bu gündən Xocalı və Xocavənddə bu qanun qüvvəyə minir - RƏSMİ
Bu aydan bütün işçilərin maaşından tutulacaq (RƏSMİ)
Nikaha daxil olmaq istəyən şəxslərin nəzərinə
“Bəzi şəxslər süni şəkildə dərman qıtlığı yaradırdlar”
Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edildi - FOTO
Pandemiya xəstəxanalarında tibb işçiləri eyni geyimdə neçə saat qala bilər?
İsraildən gələn həkimlər qazimizə protez göz köçürdü - Foto
İcbari tibbi sığorta haqları bu qaydada alınacaq
Tibb işçilərinə, könüllülərə müddətli əlavə və mükafat ödənilib
- Türkiyə Qara dənizdə idarə olunan raket sistemini sınaqdan çıxarıb - VİDEO
- Ukraynanın daha bir şəhərində SSRİ bayrağı qaldırıldı - YENİLƏNİB
- Güləşçilərimiz Fransada 3 medal qazandı
- Polis əməkdaşı yol qəzasında ÖLDÜ
- Mingəçevirdə it sahibini PARÇALADI
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Yük maşını yol kənarına aşdı
- "Yargı"da daha bir ayrılıq - FOTO
- Ukrayna Lisiçansk şəhərinə nəzarəti itirir
- Narkotiklə şərlənən şəxsin təqsirsizliyi üzə çıxdı -PROKUROR NARKOTİKİN EVƏ NECƏ QOYULMASINI ARAŞDIRACAQ
- Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
- ABŞ-da atışma olub, iki nəfər ölüb
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Misirdə akula turist qadını parçaladı - Video
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Bazar günü hava necə olacaq?
- "Təxribatların qarşısını almağa hazır olun" - Zakir Həsənovdan generallara TAPŞIRIQ