Komitə sədri məhkəməyə verildi — 57 750 manat tələb olunur
24-05-2020, 16:49
307

Komitə sədri məhkəməyə verildi — 57 750 manat tələb olunur

İsmayıllı rayon bələdiyyəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Komitənin Mənzil İstismar Departamentindən 57 min 750 manat tələb edir.

 

Gündelik-baku.com-un xəbərinə görə bu tələb icarə haqqı ilə bağlıdır.
 

Belə ki, bələdiyyə Komitəyə icarəyə verdiyi torpaq sahəsinə görə ödənməli olan icarə haqqını tələb edir.
 

Bələdiyyə tərəfindən məhkəməyə təqdim edilən iddiada yazılır ki, İsmayıllı bələdiyyəsi 2010-cu ildə mülkiyyətində olan 9 hektar torpaq sahəsini 99 il müddətinə komitəyə icarəyə verib.
 

Müqavilənin şərtinə əsasən, icarə haqqı hər il üçün 8250 manat məbləğində müəyyən edilib.
 

Komitə hər il icarə haqqı olaraq 8250 manat məbləğində vəsaiti bələdiyyənin hesabına köçürməli olmasına baxmayaraq, son 5 il 7 ay müddətdə icarə haqqı ödəməyib. Bu səbəbdən cavabdehin 57750 manat borcu yaranıb.
 

Eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi İsmayıllı bələdiyyəsinə qarşı iddia ilə məhkəməyə müraciət edib. Komitə isə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsini tələb edir.
 

Komitə iddiasını belə əsaslandırır ki, icarə müqaviləsi Komitənin tərkibində olan Mənzil İstismar Depratamenti ilə bağlanıb. Komitə deyir ki, müqavilə məhz onların özü ilə bağlanmalı imiş.
 

Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilib ki, müqavilə İsmayıllı bələdiyyəsi ilə Qaçqınların və Məcburi Koçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Depratamenti arasında bağlanıb.
 

Həmin ərazidə məcburi köçkünlərin müvəqqəti yaşamaları üçün yaşayış məntəqəsi salınıb.

 
Maraqlıdır ki, ödəniş bir neçə il olunsa da, Komitə icarə haqqını ödəməkdən son 6 ilə yaxın bir müddətdə imtina edib.
 

Məhkəkəmə tərəfləri dinlədikdən sonra belə qənaətə gəlib ki, icarə müqaviləsi Komitə ilə bağlanmalı olduğu halda Mənzil İstismar Departamenti ilə bağlanıb.

 
Məhkəmə hesab edib ki, iddiaçı ilə cavabdeh Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında öhdəlik münasibətləri yaranmadığından, digər cavabdeh Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağlanmış müqavilə isə əhəmiyyətsiz olduğundan iddiaçı onlardan əhəmiyyətsiz müqaviləyə istinadən pul tələb edə bilməz.
 

Məhkəmə müqaviləni əhəmiyyətsiz hesab edib və bələdiyyənin iddiasını təmin etməyib.(Musavat.com)

Oxşar xəbərlər

“Binə” və “Sədərək”də nə baş verir? – İşləməyənələrdən də icarə haqqı tələb olunduğu deyilir
Bələdiyyə sədrinə cinayət işi açıldı
Komitənin qarşısından ucalan qarğışlar
İcra başçısı məhkəməyə verildi
İmişlidə ÖZBAŞINALIQ... - "...mən öz haqqımı sonuna qədər tələb edəcəm"
Bu rayonun bələdiyyə sədrinə cinayət işi açıldı
“Azəriqaz”dan vətəndaşa qarşı məhkəmə iddiası
Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
“Qonşu kəndin sakinləri bələdiyyə ilə əlbir olub örüş sahəmizi hasarlayıb” - Ağdaşda NARAZILIQ...
Dövlət Komitəsi haqqında yayılan məlumatlara cavab verdi
Ekspertdən VACİB TƏKLİF: 250 manat maaş alanlar bu aydan etibarən...
Gizli restoran işlədən şəxs 3 100 manat cərimələndi
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
Bələdiyyə sədri cərimələndi
Deputat bələdiyyə sədrləriylə bağlı sərt tədbirlərə çağırdı: “Torpaq qalmayıb, hamısını satıblar”
“Mançester Yunayted” İqalo ilə müqaviləni uzatdı
Azərbaycanın dövlət büdcəsində kəsir yaranıb
Azərbaycanın sığorta bazarı 11% böyüyüb
Hökməli bələdiyyəsi cəzalandırıldı
Vidadi  Zeynalovun yenidən  həbsi  gözlənilir
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək