Əhməd Əhmədzadənin 2 manatlıq şirkətlə sövdələşməsi - Şübhəli tenderlər
22-03-2021, 13:54
145

Əhməd Əhmədzadənin 2 manatlıq şirkətlə sövdələşməsi - Şübhəli tenderlər

Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində fəaliyyət göstərən Xızı Suvarma Sistemləri İdarəsi toplam dəyəri 299 312.77 AZN olan iki satınalma müqaviləsi imzalayıb.

Gündəlik Bakı xəbər verir ki, müqavilələrdən biri "Körpü-Bina Construction” MMC, digəri isə fərdi sahibkar Fərzəliyev Sabir Təvəl oğlu ilə bağlanıb. "Körpü-Bina Construction” MMC ilə imzalanan və maliyyə dəyəri 249707.93 AZN  təşkil edən müavilədə cari təmir işləri üçün mal-materialın, Sabir Fərzəliyevlə bağlanan 49604.84 AZN-lik müqavilədə isə nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Körpü-Bina Construction” MMC 23 sentyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Beyləqan rayonu Eyvazallar kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Nəsirli Tural Vasif oğludur.

Açıq mənbələrdə nə şirkət, nə də onun qanuni təmsilçisi barədə məlumat var.
Araşdırmalarımız zamanı o da bəlli olub ki, “Körpü-Bina Construction” MMC ilə eyni ünvanda daha bir şirkət yerləşir. Bu, “AKB Construction” MMC-dir. Şirkət 5 avqust 2020-ci ilə tarixdə qeydə alınıb. Nizamnamə kapitalı 4 AZN-dir.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin, onun tabeliyində olan qurumların keçirdiyi satınalma müsabiqələrində adətən bu tip şirkətlər qalib gəlir. Bu da tenderlərin şəffaf, qanunamüvafiq şəkildə keçirilmədiyi barədə şübhələri artırır.

Onu da qeyd edək ki, ASC sədri Əhməd Əhmədzadə oliqarx məmurlardan hesab edilir. Yaxın ətrafı onu “Baron” adlandırır. /Hit.az/

VÜQAR

Oxşar xəbərlər

İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
Neftçalada Hacı Qurban RÜZGARI... - Milyonlar belə yeyilir...
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Nazirlik 48 min manata bayraq aldı
Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə
"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
Eldar Əzizov quzunu qurda tapşırdı - Meriyadan yarım milyonluq tender
Qoşqar Təhməzovun 50 minlik piarı - İLGİNC FAKT
İsmayıllı icra başçısından “parlaq” tender – Faktlar
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
“Babək-CK” MMC niyə belə matah olub... - ŞÜBHƏ...
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
Sahil Babayevin “Avalon”u – Yaxud dövlət qurumunun iri məbləğli şübhəli tenderləri
Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər
BNA 2.8 milyonluq “zapçast” alır
Mehdiyev AMEA-da da oturub yeyir... - İLGİNC FAKT
BNA rəhbərinin 3 milyonluq şübhəli tenderi: Dövlətin pulu dəniz...
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
Əhmədzadə son 3 gündə 2 dəfə qanunu kobud şəkildə pozdu
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
Əhmədzadədən daha bir şübhəli tender: 10 manatlıq şirkətə 300 min manat…
Azərbaycanda İpəkqurdu toxumu zavodu tikilir – Nazirlik 30 minlik müqavilə imzalayıb
Fond rəhbəri 19 milyonluq müqavilə bağladı – Bakıda məcburi köçkünlərə bina tikilir
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət...
Qazaxda tender pozuntusu: Ata və oğulun şirkətləri
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
Nazirlik 154 minə iki maşın alacaq - Tender
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
Bir gündə eyni idarədən 4 tender alan "Tender kralı"nın şirkətini kim himayə edir?