İlham Əliyev pakistanlı həmkarını təbrik etdi
22-03-2021, 15:55
142

İlham Əliyev pakistanlı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə təbrik məktubu göndərib. 
Təbrikdə deyilir: 
"Hörmətli cənab Prezident,
23 mart − Pakistan Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı əlaqələr ortaq tarixi, dini, mədəni köklərə malik qardaş xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllər üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətlərimizin hazırkı yüksək səviyyəsi böyük məmnunluq doğurur.
Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı Pakistanın nümayiş etdirdiyi qəti və birmənalı mövqe, haqq işimizə göstərdiyi tərəddüdsüz dəstək və həmrəylik xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir.
Mən Azərbaycan ilə Pakistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Əminəm ki, qarşılıqlı etimad, dəstək və həmrəyliyə əsaslanan dövlətlərarası münasibətlərimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Oxşar xəbərlər

İlham Əliyev əfqanıstanlı həmkarına məktub göndərdi
Prezident İlham Əliyev Braziliya Prezidentini təbrik edib
İlham Əliyev iki həmkarına təbrik məktubu göndərdi
Azərbaycan Prezidenti braziliyalı həmkarına məktub göndərib
Prezident İlham Əliyev İspaniya kralını təbrik edib
İlham Əliyev Roma Papasına məktub yazıb
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
İlham Əliyev portuqaliyalı həmkarına məktub göndərdi
Prezident İlham Əliyev Emoməli Rəhmona təbrik ünvanlayıb
İlham Əliyevdən Ərdoğana ad günü TƏBRİKİ
İlham Əliyev Nazarbayevə məktub göndərdi
Prezident İlham Əliyev Yaponiyanın Baş Nazirini təbrik etdi
İtaliya Prezidenti İlham Əliyevi təbrik edib
Pakistan prezidenti Azərbaycan xalqını və hökumətini təbrik etdi
Gürcüstanın Baş nazirindən İlham Əliyevə MƏKTUB
Azərbaycanla Pakistan arasında saziş imzalandı
Zelenski İlham Əliyevi təbrik etdi
İlham Əliyev Baş naziri təbrik etdi
Prezident Tomas Baxı təbrik etdi
İlham Əliyev Moldova Prezidentini təbrik etdi
Şahzadə İlham Əliyevi təbrik etdi
Səfir Bakı meriyasında - FOTO
İlham Əliyev Murad Kajlayevi təbrik etdi
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
"Pakistan ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutlarına qoşulacaq" - Ali Baş Komandan
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Azərbaycan Kəşmir məsələsində Pakistanı dəstəklədi
Qardaş Azərbaycan xalqını təbrik edirik - Pakistan XİN-dən açıqlama
Putin Mehriban Əliyevanı təbrik etdi
Abdullah Gül İlham Əliyevə təbrik məktubu göndərib