Tanınmışlardan Nazpəri Dostəliyevaya dəstək: “Sözüm bitib, dilim quruyub“
23-03-2021, 14:33
161

Tanınmışlardan Nazpəri Dostəliyevaya dəstək: “Sözüm bitib, dilim quruyub“

Xalq artisti Nazpəri Dostəliyevanın oğlunu qəfil vəfatından sonra sənət dostları, digər tanınmış simalar sosial şəbəkələrdə paylaşım edərək müğənniyə səbr diləyib.
Aparıcı Elgiz Əkbər kədərini belə bölüşüb: “Nazpəri xanım, Allah rəhmət eləsin! Axır qəminiz olsun. Allah sizə güc-qüvvət versin, siz güclü qadınsınız!”.
Xeyriyyəçi Hacı Nuran: “Nazpəri Dostəliyevanın böyük oğlu Əli Quliyev 41 yaşında vəfat edib. Ruhu şad olsun. Allah rəhmət eləsin!”.
Müğənni Afət Fərmanqızı: "Sözün bitdiyi an... Bu acı xəbər hamı kimi məni də çox sarsıtdı. Xəbəri eşidən kimi bu ağır günündə Nazpəri xanımın yanında olmaq istədim. Gülərüzlü Nazpəri xanımdan əsər-əlamət qalmayıb. Allah heç bir anaya bala dağı göstərməsin. İnanmaq ağırdır, amma heyf ki, gerçəkdir. Allah rəhmət eləsin".
Televiziya aparıcısı, prodüser Tarix Əliyev (Tolik): “Nazpəri xanım, Allah sizə səbr versin. Ana üçün ağır dərddir. Allah oğlunuza rəhmət eləsin! Məkanı cənnət olsun!”.
Müğənni Nadir Qafarzadə: "Bu gün eşitdiyim ən şokedici xəbər oldu. Sizə təsəlli verməkdə çox acizəm. Sözüm bitib, dilim quruyub. Dünən bir yerdə dedik, güldük. Bu gün bu xəbər məni dəli etdi. Allah sizə səbr versin. Böyük dərddir. Allah heç bir valideynə bala dərdi göstərməsin".
Şairə Nazilə Səfərli: "Nazpəri xanım, acınız böyükdür. Sizi təsəlli edə bilmərik. Analar arzu edər ki, oğul çiynində son mənzilə yollansın, amma bala dağı görməsin. Allah oğlunuza rəhmət eləsin. Acınızı paylaşıram, Allahdan sizə səbr diləyirəm".
Aparıcı Zaur Baxşəliyev: “Allah heç bir valideynə övlad acısı göstərməsin. Allah rəhmət eləsin!”.
Xanəndə Elnarə Abdullayeva: Allah heç bir valideyni övladı ilə sınağa çəkməsin. Allahdan sizə səbr, övladınıza rəhmət diləyirəm”.
Qeyd edək ki, Xalq artistinin 41 yaşlı oğlu ötən gün ürək tutmasından dünyasını dəyişib. 

Oxşar xəbərlər

Nazpəri Dostəliyevanın oğlu ölüb
Aygün Brilliantı paylaşıb “Allah rəhmət eləsin” yazdı - Video
Oğlunu itirən Nazpəri Dostəliyevadan ilk AÇIQLAMA: "Balam quş kimi uçub getdi"
Fəxrəddin Manafova ağır itki üz verdi
Rey Kərimoğlunun anası vəfat edib
Kərimə ağır itki
“Əmim oğlu Vətən müharibəsində şəhid oldu“ - Nazpəri Dostəliyeva
Nailə İslamzadə Xalq artistindən yazdı: “Gözəl qadınların bəxti olmur“
Ermənilərin yaşadığı evdən Nazpərinin şəkli tapıldı - Video
Tanınmış aktyor Ramiz Hüseynzadə vəfat edib
Yüksək vəzifəli şəxs vəfat etdi
Deputatın atası vəfat etdi
Əməkdar artist vəfat etdi
İlham Əliyev Ərdoğana başsağlığı verib
Jurnalist Ənvər Börüsoy vəfat etdi
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi
Sahibə Qafarovaya ağır itki
Xalq artistinin oğlu Şuşa uğrunda döyüşlərdə ŞƏHİD OLDU
Ermənilərin yaşadığı evdən Aygün Kazımovanın şəkli çıxdı - FOTO
Nazir müavininə ağır itki üz verib
Tanınmış yazıçı vəfat etdi
İş adamına itki üz verdi
Əli Həziquliyevə AĞIR İTKİ
“Allah onların bəlasını versin!” - Afət Fərmanqızı
Nadir Nailə Mirməmmədlinin ölümündən yazdı: “Sənə nifrət etdiyim qədər...”
Azərbaycanda partiya funksioneri vəfat etdi
Tanınmış azərbaycanlı musiqiçi vəfat etdi
Tənzilə Rüstəmxanlıya ağır itki
İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi
Tarixçi Dilavər Əzimli dünyasını dəyişdi