“AGBank”da yarım milyonluq mənimsəmə - sabiq deputatın adamları hakim qarşısında
23-03-2021, 18:08
287

“AGBank”da yarım milyonluq mənimsəmə - sabiq deputatın adamları hakim qarşısında

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun dostu, sabiq deputat Çingiz Əsədullayevin yaxın adamları hakim qarşısına çıxarılıb. Onlar külli miqdarda mənimsəmədə ittiham edilirlər.

Musavat.com xəbər verir ki, "AĞBank" ASC-də külli miqdarda mənimsəmədə təqsirli bilinən vəzifəli şəxsləri Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılır. Onlar Ruslan Quliyev, Pərviz Fərzəliyev və Namiq Həmidovdur. Məhkəmə araşdırması hakim Azər Paşayevin sədrliyi ilə davam edir.

Məlumata görə, Namiq Həmidov Ukraynada saxlanılaraq Azərbaycana ekstradisiya olunub. Adı çəkilən üç şəxs barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılıb. Onların "AĞBank" ASC-nin 2012-2016-cı illər ərzində vəzifəli şəxslər olublar. Bu müddətdə öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək “AG Bank” ASC-yə ciddi maddi ziyan vurublar.

Onların tamah məqsədi ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə, öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.
Hər üç şəxs barəsində həbs qətimikan tədbiri seçilib. Onlar ümumilikdə, 536 min 428 manat mənimsəmədə təqsirli bilinir.

Qeyd edək ki, “AGBank”ın rəhbəri Çingiz Əsədullayevdir. Əsədullayev Ağdaş seçki dairəsinin deputat idi. Eldar Mahmudov işdən çıxarılandan soran Əsədullayev də mandatını itirdi.

Oxşar xəbərlər

10 milyonluq mənimsəmə - Həbs edilən direktor hakim qarşısında
Həbs edilən idarə rəisi bəraət aldı - məhkəmə zalından azadlığa çıxdı
Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir
Bakıda məktəb direktoruna yarım milyon manatlıq ittiham: Cinayət işi açıldı
Cəlilabadın sabiq icra başçısının ittihamları məlum oldu - külli miqdarda rüşvət almaqda təqsirləndirilir
XİN-in sabiq vəzifəli şəxslərinin ev dustaqlığının müddəti uzadıldı
Sabiq hakim Lətif Nəbiyev yarım milyon manatı niyə alıb? – Təfərrüat
Həbsdə olan sabiq icra başçısının məhkəməsi başlayır
Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçildi
Vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Tanınmış vəkil məhkəmə zalında həbs edildi
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin məhkəməsi başlayıb
Prokuror hökumət əleyhinə çağırışlar edən Elvin İsayevə cəza istədi
Rasim Məmmədov bu gün məhkəmə qarşısına ÇIXARILACAQ
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
Daha bir sabiq nazir HƏBS EDİLDİ
"Zaminbank"ın həbs edilən rəhbərindən XƏBƏR VAR
Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək - TƏFƏRRÜAT
İki milyondan çox pul mənimsəyən direktorun işi məhkəmədə
Rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında
Azərbaycanda milyonları mənimsəyən bankirin əmlakının üzərinə həbs qoyulmadı — ŞOK QƏRAR
Vüqar Səfərli ilə birgə həbs olunan Nadir Məmmədov apelyasiya şikayəti verdi
Vidadi Muradovla bağlı daha bir İDDİA... - Belə deyirlər...
DSMF-nin 7 vəzifəli şəxsi hakim qarşısında
Ceyhun Cəfərov məhkəməyə gətirildi
Həbsdə olan sabiq icra başçısının məhkəməsinin vaxtı məlum oldu
Sabiq icra başçısının məhkəməsi başladı
Bacanağını öldürən Mahmudovun məhkəmə işi - arvadını qısqanırmış
Həbs olunan daha bir yüksək vəzifəli məmur YAP-dan çıxarıldı