Gömrük Komitəsi kimin marağını güdür - Dövlətin, xalqın, yoxsa komitə rəhbərliyinin?
24-03-2021, 12:26
80

Gömrük Komitəsi kimin marağını güdür - Dövlətin, xalqın, yoxsa komitə rəhbərliyinin?

Dövlət Gömrük Komitəsi xalqı təəccübləndirməkdə və hiddətləndirməkdə davam edir. Ölkə iqtisadiyyatını günbəgün bataqlığa çəkən komitənin iş prinsipinin analoqu yoxdur. Martın əvvəllərində keçirdiyi mətbuat konfransında Səfər Mehdiyev dedi ki, ölkəyə gətirilən malların təxminən yarısı gömrük rüsumlarından azaddır. Ancaq hansı malların rüsumlardan azad olunmasının siyahısını açıqlamadı. Və mən bu məlumatı dəqiqləşdirmək üçün DGK-nın “Customs.gov.az” portalında 2 saat axtarış apardım. Amma bununla bağlı heç bir məlumat tapmadım. Və belə qənaətə gəldim ki, ya Səfər Mehdiyev səhv məlumat verir, ya da idxal zamanı gömrük rüsumlarından azad olan malların siyahısı qəsdən xalqdan gizlədilir. Yəqin ki, ikinci ehtimal daha doğrusudur.

Çünki məlumatsız vətəndaş məcburdur ki, gömrük əməkdaşının dedikləri ilə razılaşsın. Əks təqdirdə gətirdiyi məhsullar elə sərhəd-keçid məntəqəsində məhv olub gedəsidir. Ona görə də mən Səfər Mehdiyevin söylədiklərinin təkzibi üçün bir neçə arqument söyləyəcəm.

Məsələn, Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, idxal olunan istehsal avadanlıqlarına gömrük rüsumları tətbiq edir. Eləcə də istehsalda istifadə olunan xammala da gömrük rüsumu tətbiq edən yeganə ölkə Azərbaycandır.

Beynəlxalq təcrübədə qayda belədir ki, ancaq birbaşa satış məqsədilə gətirilən məhsullara, yəni hazır məhsula rüsum tətbiq olunur. Bizdə isə hər növ məhsullara gömrük rüsumları tətbiq edilir. Belə ki, ixtiyari şəxs öz avtomobilinə hansısa ehtiyat hissəsi və yaxud fərdi təsərrüfatı üçün 20-30 kiloqram quş yemi gətirəndə də gömrük rüsumu ödəməlidir. Çünki gömrük orqanları dövlət qanunları ilə deyil, Səfər Mehdiyevin qaydaları ilə işləyir. Belə olmasaydı, gətirilən mala və yaxud məhsula ikiqat əlavə dəyər vergisi hesablanmazdı. Hələ onu demirəm ki, əlavə dəyər vergisi bəyannamədə qeyd olunan qiymətlə deyil, gömrükçülərin müəyyən etdiyi qiymətlərlə təyin edilir. Məsələn, Almaniya istehsalı olan və ilkin alış qiyməti 6 min ABŞ dolları, mühərrikin gücü 2700 k/sm olan avtomobilə DGK-da aşağıdakı kimi rüsumlar tətbiq edilir:

Aksiz vergisi 4100 AZN
Mühərrikin işçi həcminə görə tutulan gömrük rüsumu 5508 AZN
Əməliyyat haqqı 120 AZN
Vəsiqə haqqı 30 AZN
ƏDV 3592.44 AZN
Elektron gömrük xidmətinin göstərilməsinə görə 30 AZN
Elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV 5.4 AZN
Cəmi 13385.84 AZN
Bu hesablama “Customs.gov.az” portalının gömrük ödəniş hesablanması səhifəsindən götürülüb. Amma bu, son qiymətlər deyil. Çünki gömrük işçiləri alış qiymətinə görə deyil, həmin avtomobilin Azərbaycandakı qiymətinə uyğun ƏDV tətbiq edirlər. Belə hesablanma isə dünya praktikasında görünməyib. Çünki bir məhsula üç cür verginin tətbiqi absurddur.

Hələ onu demirəm ki, bürokratik sənədləşmə üçün də xeyli vəsait tələb olunur. Yuxarıdakı qrafikdə göründüyü kimi, əməliyyat haqqı 120 manat, vəsiqə haqqı 30 manat, elektron gömrük xidmətinin göstərilməsi üçün 30 və elektron xidmətə görə ƏDV 5.4 manat vəsait ödənişi tələb olunur. Beləcə, köhnə bir avtomobil gətirən şəxs 3 növ vergidən əlavə 190 manat ödəməli olur. Hələ sərhəd-gömrük məntəqəsində tutulan vəsaiti bura əlavə etmirəm. Bu qədər ödənişə görə şikayət edən şəxsə isə qapını göstərirlər. Adını da qoyurlar ki, “səndən rüşvət istəyən yoxdur ki, hesaba ödəyirsən”. Hesab kimin hesabıdır, onu da deyən yoxdur.

Baxmayaraq ki, qanunvericilik dövlət orqanının bu şəkildə subyektiv davranmasına icazə vermir. Gömrük Komitəsində qiymətqoyma komissiyası yaradılıb. Rəsmi sənədlərlə idxal edilən malların invoys dəyəri xoşlarına gəlmədikdə və ya şübhə yaranan hal varsa, gömrük dəyərini bazar qiymətlərinə baxıb müəyyənləşdirirlər (?). Avtomobil gətirən tanışlarım dəfələrlə mənə deyiblər ki, gömrük dəyəri daxili bazarda olan qiymətlər əsasında müəyyənləşdirilir. Xaricdən ona görə avtomobil gətirilir ki, daxili bazardan daha ucuzdur. Amma komitə rəsmi invoysdakı qiyməti kənara qoyur, daxildəki qiymətlə yeni invoys qiyməti müəyyənləşdirir. Bu, özbaşınalıqdır. Qanunvericilik bu qaydada gömrük dəyərini müəyyən etməyə yol vermir. Qanunda belə bir tələb yoxdur, komitə bu cür qiymətləndirməni yalnız daxili təlimatla həyata keçirir.

Surxay Atakişiyev,

KONKRET.az

Oxşar xəbərlər

AzTV-nin əməkdaşını avtomobillə gömrük generalının qardaşı oğlu vurub öldürüb
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Gömrük Komitəsi iş adamlarını belə soyur – Ekspert talan mexanizmini izah etdi
Sifarişlərlə bağlı qərar 3 günə qüvvəyə minəcək - DGK
Gömrük Akademiyasının sözçüsü koronavirusa yoluxub
Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər müsadirə olundu
Səfər Mehdiyev necə olur ki. MÖVQELƏRİNİ QORUYUR... - İDDİA
5-ci kalonun gömrükdəki görünməz siması deyilən Səfər Mehdiyev YOLA SALINDI – SON DƏQİQƏ
Hökumət bu məhsulları gömrük rüsumundan azad etdi
Xaricdən sifariş verənlərin nəzərinə! - VİDEO
Səfər Mehdiyev deputata savaş açır..
Səfər Mehdiyevin "kor" dediyi xalq nəyi görmür? — ƏTRAFLI
Nazirlər Kabineti vaksinlə bağlı məlumat yaydı
Səfər Mehdiyev ha əsaslandırmağa çalışsa da... - NARAZILIQ...
Səfər Mehdiyev də bacarmadı, köhnə niyyətə QAYIDIŞ... - İLGİNC MƏQAM
Prezident sərəncam imzaladı: Bu şəxslərə general-mayoru verildi
Səfər Mehdiyev əgər tezliklə YOLA SALINMASA... - Sahibkarla bir siif kimi məhv ola bilər!
Səfər Mehdiyev gömrüyü hardan haraya daşıyıb... - QƏRAR VERİLMƏLİDİR...
Ölkəyə qanunsuz yollarla siqaret keçirilməsinin qarşısı alındı
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
İstanbuldan Bakıya qızıl sikkələr gətirən şəxs tutuldu - Video
“Yuyucu toz” yükü gətirən avtomobildə “İphone” markalı telefonlar aşkar edildi
Səfər Mehdiyevin yeni inhisarçı komandası... - DGK sistemi nədən dəyişə bilmir?
Gömrükçülər 16 ədəd "İphone" markalı mobil telefonlar aşkarladı
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
Səfər Mehdiyev varidatını xaricə köçürür... - İDDİA
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Gömrük Komitəsinin qarşısında aksiya başladı  - Video
“Gömrük elə işləsin ki, ölkəmizi xaricilərə rüşvətxor və talançı yer kimi təqdim etməsin”
Gömrük şefi 30 milyonluq binada oturacaq, Rusiyada isə – Foto