Xuliqanlıqda təqsirləndirilən müğənni Elnar Xəlilov və dostu Müşfiq Ələkbərovun cinayət işi üzrə Xəzər Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb.
Modern.az xəbər verir ki, sonuncu iclasda ittiham olunan şəxslərə hökm oxunub.
Hökmə əsasən, E.Xəlilova bəraət verilib, M.Ələkbərov isə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bundan narazı qalan iş üzrə zərərçəkmiş Anar Qurbanov apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.
Hazırda şikayət və protestə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə baxılır. İlk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə prosesi aprelin 1-də davam etdiriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, müğənni E.Xəlilov yerli televiziya kanallarının birində hava limanında özünün də iştirakçısı olduğu bir faktı təhrif edərək ictimailəşdirib: “Həmin verilişin tamaşaçıları arasında çaşqınlıq yaranmaması üçün müğənninin qeyd etdiyi insident barədə məlumat verməyi zəruri hesab edirəm. Belə ki, 2019-cu il oktyabrın 22-də gecə saat 02:30-da Elnar Xəlilovla dostu Müşfiq Ələkbərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındakı dayanacaqda avtomobillərini park edərkən digər sürücü Anar Qurbanovla aralarında yaranmış mübahisə nəticəsində əlbəyaxa dava ediblər. Bu zaman Elnar Xəlilov və Müşfiq Ələkbərov Anar Qurbanovun baş və sifət nahiyəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq ediblər”.
Faktla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
E.Xəlilova və M.Ələkbərova qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunub və barələrində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib.
Məhkəmə müğənniyə bəraət verdi
24
mart
13:36

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Tanınmış müğənniyə cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı
Dələduz, saxta general azadlığa buraxıldı
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi AZADLIQDA - ÖZƏL
Vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Həbs edilən idarə rəisi bəraət aldı - məhkəmə zalından azadlığa çıxdı
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
Bakıda avtobus sürücüsü heroin qəbul edib, piyadanı vurub öldürdü
Prokurorluq 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimlə bağlı protest verdi
Generalın şikayəti təmin edilməyib
Gəncə Apellyasiya Məhkəməsinin 9 hakimi koronavirusa yoluxdu – MƏHKƏMƏ İŞİNİ DAYANDIRMALI OLDU
Tanınmış vəkil məhkəmə zalında həbs edildi
Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır - İMAN NAĞIYEV DÖNƏMİ BİTİR
Bakıda ŞOK OLAY: Həkim müalicə üçün gələn qadına təcavüz etdi
Rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında
Baş prokuror protest verdi: Vəzifəli şəxsin hökmü ləğv edildi - TƏFƏRRÜAT
“Kedicik”lərin sahibinə fantastik cəza
Hamilə arvadını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başladı
Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin məhkəməsi başlayıb
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Nazir məhkəmə sədrinə TÖHMƏT VERDİ
Prokuror hökumət əleyhinə çağırışlar edən Elvin İsayevə cəza istədi
Sevgilisini öldürən Günelə hökm oxundu - 10 il cəza verildi
AXCP üzvünə hökm oxundu –Məhkəmə
Bacanağını öldürən Mahmudovun məhkəmə işi - arvadını qısqanırmış
Sabiq icra başçısının məhkəməsi başladı
İlqar Məmmədova 234 min kompensasiya ödənildi
“Xəzər Dəniz Gəmiçiliyi” cərimələndi
- Tokayev Aİ-yə Qazaxıstan neftini almağı təklif edib
- “Qarabağ“lı Rüstəm Əhmədzadə “Zirə“yə keçdi
- Roza: “Məni çox adam istəyə bilər, hələ cavanam“
- “2018-ci ilin hadisələrinə hüquqi qiymət verilməlidir“ - Erməni deputat
- Türk ordusu daha 9 terrorçunu zərərsizləşdirdi
- "Rusiyanın ölü və yaralı hərbçilərinin sayı 115 minə çatıb" - Podolyak
- BMqT: "Müharibə başlayandan 12 minədək azərbaycanlı Ukraynadan təxliyə olunub"
- Bir avro 64 rubla çatdı
- Dolların məzənnəsi sabit qaldı
- Məşhur film ulduzu Ukraynadakı müharibədə ağır yaralandı
- İrəvanda Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirilir - VİDEO
- Ali təhsilin ACINACAQLI VİLAYƏTİ... - İTTİHAM VAR!
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?