Xalq artisti: “Erməni müğənni mənə zəng etdi, bax Yerəvanda nəyə qulaq asıram"
24-03-2021, 14:04
234

Xalq artisti: “Erməni müğənni mənə zəng etdi, bax Yerəvanda nəyə qulaq asıram"

"Ermənilər arasında bizim musiqini sevənlər çoxdur. Nyu-Yorkda mükafat alanda, salonun yarısı erməni idi. Səhnə arxasında yaxınlaşırdılar. Hətta biri dedi ki, sənə qulaq asıb müğənni olmuşam. Başladı "Getmə" oxumağa. Eyni mənim kimi oxuyurdu. Bizimkilər isə məndən öyrənib, deyir, Zeynəb Xanlarovaya, Müslim Maqomayevə qulaq asmışam. Bizə düşmən olsalar da, etiraf edirdilər. Sadə xalq pis siyasətçilərin qurbanı olub".
Bu sözləri Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Bəhram Bağırzadə ilə "Instagram"da canlı yayımda deyib. Müğənni ona zəng edən ermənidən söz açıb:
"Hayiko adlı erməni müğənni mənə zəng etmişdi. Norveçdə idim. Deyirdi ki, Yerevandayam, bax nəyə qulaq asıram. Qoydu "Külək niyə belə əsirsən". Deyir ki, qoy, bir nəfər desin niyə qulaq asırsan? Bəzən onların sənət insanlarını qınamıram. Biri Azərbaycanın yaxşılığına danışan kimi yüz nəfər ona hücum edir".
Dadaşova karantində toysuz və səhnəsiz qalmasından danışıb:
"Rusiyada, Türkiyədə mənə yaxşı müqavilələr təklif edilirdi. Amma vətənimə bağlıyam, gəldim bura. Burda tək gəlirimiz toydur. Yaxşı müğənni olmaq istəyirsənsə, ya sponsorun, ya da yaxşı maaşın olmalıdır. Bahalı sənətdir. Toylar yoxdur. Maaşım yaxşı olsa toy olmasa da olar. Sənətimə pul xərcləməliyəm. Çalışdım karantində də nəsə edim, boş qalmayaq, sənət yaşasın. Özfəaliyyət indi baş alıb gedib. Pandemiya, pulsuzluq bunun üstünə gəlir və pis olursan".  
Müğənni insanların imkansızlıqdan şikayət etməsini qınayıb:
"Vaxt var idi, küçədə dayanardın, yarım saatdan bir bir maşın keçirdi. Heç kim də demirdi, kasıbıq, ölürük acından. İndi çıxırsan küçədə milyon dənə maşın, tıxac, hamı da şikayət edir. Hamının əlində telefon, interneti var, ancaq deyir, acından ölürük. Əvvəl camaatın nə maşını, nə telefonu var idi. Heç kimdə demirdi, acından ölürük. Şükür etmək lazımdır. Biz musiqiçilər bir ildir işləmirik, amma nəyisə satırıq, dolanırıq. Ailəmdə 3 nəfərik, amma bacılarıma da baxıram. Onların nəyinin olub-olmadığını bilməsəm, yata bilmərəm".

Oxşar xəbərlər

“Miri Yusif müğənni deyil” - Roza Zərgərli
Brilliant Dadaşova jurnalistin bostanına “daş atdı“ - “Paşinyan kimi danışır“
"Maşın Şou" - 18 nəfər mübarizəyə başladı - ADLAR
“Ermənilər artıq bir-birlərini yeməyə başlayıb” – Gülər Əhmədova
"Sənə sonda medal verəcəklər?"
Xalq artisti şəhid oğlundan danışdı: “9-cu sinifdə oxuyanda...“
Lalə Dadaşova bu görkəmi ilə hamını kövrəltdi - Foto
Kərim Abbasov: “İki ay dəlixanada yatmışam”
Əməkdar artistə 110 min dollarlıq avtomobil bağışlayıblar
Yalçın Rzazadə niyə Bakıda dəfn olunmadı?
“Yeni nazirimiz deyib ki, fonoqram oxuyanlara niyə fəxri ad verirsiz..?”
“190 manatı versinlər, evimizi satası deyilik” - Maral Tahirqızı + Video
Zöhrə canlı yayımda müğənnini BİABIR ETDİ: "Alt paltarında efirə gəlmisən"
“Ona heç vaxt halallıq verməyəcəm“ - Əməkdar artist
Xalq artisti Yalçın Rzazadə dünyasını dəyişib
“Ürəyi partladı, dözmədi” - Röya
Xalq artisti: "Çox ağır vəziyyətdə məni Türkiyəyə çatdırdılar"
“Bibimin kəfəni hələ saralmayıb“ - Xalq artistinin qohumları dalaşdı
“İt günündə dolanıram“ - Xalq artisti
“Rusiyada həyat davam edir, paxıllığım tutur” - Tünzalə Ağayeva + Video
“Eyyub Yaqubov erməni mahnıları oxuyurdu, amma fəxri ad alıb“ - QALMAQAL
"Şuşa mənim qəlbim və nəfəsimdir"
Xalq artisti adadan ev aldı
Flora Kərimova həmkarı ilə barışdı - Video
“Hamı zəng edib soruşur ki, Nailə xanım koronovirusdan ölüb?“
Aqil Abbas deputatların təkliflərinə qarşı çıxdı: “Bu qədər vəsait haradan ayrılsın?”
“Mən müğənni deyiləm, müğənnilərin qənimiyəm“ Əli Mirəliyev
Tanınmış meyxanaçı evini satır - Səbəb
Faiq Ağayev deputat olmağa razılıq verdi - Video
Xərçəngdən əziyyət çəkən müğənni: “Dedim ki, xəstəliyimi qohumlarım bilməsin“