Dünya təcriddən çıxır: Ölkələr sərhədlərini açır - Azərbaycan 15 iyunadək gözləyəcək?
26-05-2020, 13:00
225

Dünya təcriddən çıxır: Ölkələr sərhədlərini açır - Azərbaycan 15 iyunadək gözləyəcək?

Ötən ilin dekabrında ortaya çıxan koronavirus infeksiyasının sürətlə yayılması və ölümlərə səbəb olması ölkələri fövqəladə vəziyyət qərarı almağa və sərhədləri bağlamağa məcbur edib.

Lakin hazırda virusun səngiməyə başlaması ilə həmin ölkələr yavaş-yavaş sərhədləri açmağa və turistləri qəbul etməyə hazırlaşır.

Cebhe.info həmin ölkələri təqdim edir.

*İyul ayından etibarən İspaniya sərhədlərini xarici turistlərə açacaq. Bu barədə İspaniyanın Baş naziri Pedro Sançez deyib. "Bildiyiniz kimi, İspaniya ildə 80 milyondan çox turist qəbul edir. İyul ayından etibarən İspaniyanın təhlükəsizlik baxımından xarici turizmə açılacağını elan edirəm. Xarici turistlər tətillərini ölkəmizdə planlaşdırmağa başlaya bilərlər. İspaniyanın turizmə ehtiyacı var və turizm üçün də təhlükəsizlik vacibdir. Turistlərin heç bir risklə üzləşməyəcəyinə və ölkəmizə heç bir risk gətirməyəcəyinə zəmanət verəcəyik. Bu gün hər kəsə bir mesaj göndəririk: İyuldan etibarən İspaniya sizi gözləyir", -deyə Baş nazir qeyd edib.

O, həm də ölkə vətəndaşlarını İspaniyada tətil planlamağa çağırıb. Baş nazir dəqiq tarix və ya tətbiq edilə biləcək hər hansı qaydaların təfərrüatı barədə məlumat verməyib. P. Sançez La Liqada futbol matçlarının iyunun 8-dən sonra davam edə biləcəyini də əlavə edib.

Qeyd edək ki, İspaniya hökuməti mayın 4-də ölkədə sərt karantin qaydalarının yüngülləşdirmək üçün dörd mərhələli plan açıqlayıb. İspaniyada koronavirus (COVID-19) infeksiyasına yoluxma və ölənlərin sayı durmadan azalmaqdadır, lakin fBaş nazir Sançes fövqəladə vəziyyət rejimini daha iki həftə - iyunun 6-na qədər uzatmaq üçün parlamentin dəstəyini qazanıb və İspaniyada beşinci dəfə "həyəcan vəziyyəti" yenilənib. Xatırladaq ki, İspaniya koronavirus pandemiyasından ciddi təsirlənən ölkələr arasındadır. İndiyədək ölkədə ümumilikdə 282 852 nəfər infeksiyaya yoluxub, 28 752 nəfər vəfat edib.

*İtaliya da 3 iyundan etibarən sərhədləri açacaq. Eyni zamanda, regionlararası hərəkət bərpa olunacaq. Bu barədə qərar hökumətin saytında yer alıb. Məlumata görə, məhdudiyyət ancaq yoluxma faizi yüksək olan ölkələr və ya regionlarla bağlı ola bilər. Lakin bu ölkə və regionların siyahısı hələ müəyyənləşdirilməyib. Xatırladaq ki, apreldə İtaliyada virusa yoluxmada azalma qeydə alınıb. Buna görə də ölkədə karatin qaydaları yumaşaldılıb. Son məlumatlara görə, İtaliyada 229 min yoluxma faktı qeydə alınıb. 32 mindən çox insan ölüb. Hazıda ölkə virusa yoluxmaya görə dünyada 5-ci yeri tutur.

*İran da Türkmənistan, Özbəkistan və Əfqanıstanla sərhədlərini açır. Bu barədə İranın Türkmənistandakı səfiri Qulaməli Ərbab Xalis bildirib. Onun sözlərinə görə, koronavirus səbəbindən 2 aydan çoxdur ki, bağlanan sərhədlər iyun ayının 1-dən həm yük, həm də sərnişin daşımaları üçün açılacaq. Səfir deyib ki, sərhədlərin açılması üçün son bir neçə həftədə Türkmənistan və Özbəkistan rəsmiləri ilə müzakirələr aparılıb. Bu məqsədlə 3 ölkənin dəmir yolları idarə rəhbərlərinin görüşü keçirilib. Qərara alınıb ki, İncəburun, Sərəxs və Lütfabad sərhədləri tranzit və gediş-gəliş üçün açılsın.

*Avstriya hökuməti iyunun 15-dən etibarən Almaniya, Lixtenşteyn və İsveçrə ilə sərhədləri açacaq. Bunu ölkənin kansleri Sebastyan Kurts deyib. O bildirib ki, hazırda digər həmsərhəd ölkələrlə danışıqlar davam edir. Qeyd edək ki, Avstriya koronavirus pandemiyası ilə əlaqədar sərhədlərdə sanitar nəzarət tətbiq etmişdi. Rəsmi Vyana iyunun 14-dək bir sıra ölkələrlə aviaəlaqəni dayandırıb. Avstriyaya gələn şəxslər 14 gün müddətində özünütəcrid rejiminə əməl etməlidir.

*Serbiya iyunun 1-dən etibarən Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya və Monteneqro ilə sərhədləri açacaq. Bu barədə ölkənin Xarici İşlər naziri İvitsa Daçiç həmsərhəd ölkələrin nazirləri ilə videokonfrans zamanı deyib. O bildirib ki, digər həmsərhəd ölkələr olan Yunanıstan, Bolqarıstan, Rumıniya, Sloveniya və Xorvatiya ilə sərhədlər epidemioloji vəziyyət düzəldikcə açılacaq. Qeyd edək ki, Serbiya koronavirus pandemiyası ilə əlaqədar sərhədləri martın 15-də bağlayıb. Ölkədə bu günədək 10 mindən çox şəxs koronavirusa yoluxub, 200-dən çox insan ölüb.

*Estoniyada koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən fövqəladə vəziyyət rejimi 17 maydan ləğv edilib. Bunu baş nazir Yuri Ratasa bəyan edib. O vurğulayıb ki, fövqəladə vəziyyət rejiminin ləğvi pandemiyanın yayılması ilə əlaqədar qoyulmuş bütün qadağaların aradan qaldırılması demək deyil. Xüsusilə, restoranların, barların və kazinoların fəaliyyəti, habelə idman yarışların tamaşaçılarla keçirilməsi bağlı məhdudiyyətlər qüvvədədir.

Qeyd edək ki, Latviya, Estoniya və Litva xarici sərhədlərini bağlı saxlayaraq öz aralarında daxili sərhədləri açmağa qərar veriblər.

*Koronavirus pandemiyası ilə əlaqədar Avstriya və Almaniyanın sərhədindəki məhdudiyyət iyunun 15-də qaldırılacaq. Avstriyanın Turizm naziri Elizabet Kestinqer bu barədə məlumat verib. Bildirib ki, iyunun 15-dən etibarən Almaniya ilə Avstriya arasındakı sərhədi açmaq mümkün olacaq. Onun sözlərinə görə, Avstriya kansleri Sebastiyan Kurz və Almaniya kansleri Angela Merkel sərhədi açmaq üçün iki mərhələli plan barədə razılığa gəliblər. Qismənsərhəd bu həftə açıq olacaq. Qeyd edək ki, Avstriya daha əvvəl sərhəd nəzarətini 31 may tarixinədək uzatmışdı.

*Gürcüstan ilk olaraq İsrail vətəndaşları üçün sərhədləri aça bilər. Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxariya açıqlama verib.

O bildirib ki, Gürcüstanın koronavirus pandemiyasına qarşı uğurlu mübarizəsi sayəsində hökumət iyunun 15-də ölkədaxili turizm mövsümünün başladılmasına, iyulun 1-dən isə xarici turistlər üçün sərhədlərin açılmasına qərar verib.

Qaxariya sərhədlərin açılacağı ilk ölkənin İsrail ola biləcəyini vurğulayıb: “Biz bir neçə ölkə ilə uğurlu danışıqlar aparırıq, hansılar ki, bizim üçün məqbul nəticə ilə sona çatacaq. İlk belə ölkə yəqin ki, İsrail olacaq, biz qonaqların qəbulu üçün “yaşıl dəhliz” quracağıq. Onları ölkəmizə yaraşan şəkildə qəbul etmək və sağlamlıqlarına qayğı göstərmək üçün əlimizdən gələni edəcəyik”.

Onun sözlərinə görə, Gürcüstan hökuməti iyulun 1-dən etibarən istirahət üçün xüsusi “yaşıl zonalar” təklif etmək niyyətindədir. Nazir qeyd edib ki, həmin zonalarda yerli əhalinin və həmçinin turistlərin epidemiyadan qorunması üçün bütün təhlükəsizlik tədbirləri görüləcək.

Qeyd edək ki, bu yaxınlarda İsrail hökuməti səyahət üçün 8 təhlükəsiz ölkə siyahısına Gürcüstanı da daxil edib.

*Azərbaycanda da beynəlxaq uçuşlar və sərhədlərin açılması müzakirə olunur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində “Daxildəki stabilləşmə və qonşu ölkələrdəki vəziyyət təhlil olunur. Aviaşirkətlərin yürüdəcəyi siyasət təqib olunur. 15 iyun tarixinə bu mümkün ola bilər”,-deyə açıqlama verib.

Oxşar xəbərlər

İspaniyanın keçmiş kralı Birləşmiş Ərəb Əmirliklərindədir
"Barselona"nın sabiq qapıçısı İspaniya klubunun baş məşqçisi oldu
Çin koronavirusdan sonra pik həddə turist axını gözləyir
Virusla bağlı kritik məqam: - “Azərbaycanda ilk dalğa hələ bitməyib”
Ötən ay Azərbaycana ən çox bu ölkələrdən qonaq gəlib
Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb
Prezident İlham Əliyev İspaniya kralını təbrik edib
“Lənkəran yenidən turizm zonasına çevrilir” - MÜSAHİBƏ
Finlandiya mayın ortasında sərhədlərini açacaq
Koronavirus Qafqazda: Hansı ölkə daha çox “dirənir? - ARAŞDIRMA
İndoneziyalılara Ümrə ziyarətinə Azərbaycandan getmək təklif olunub
Hotellərə xüsusi loqo vurulacaq - RƏSMİ
Restoranlar açılır, dərslər başlayır - Karantin rejimini yumşaldan ÖLKƏLƏR
Ukrayna sərhədlərini xarici ölkələrin vətəndaşlarına bağlayır
Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
Rusiyaya gedib-gəlmək istəyənlərin nəzərinə: Sərhədlər açılır
Yay səyahəti üçün alınmış tur paketləri qaytarmağa tələsməyin - VİDEO
35 yaşlı hücumçu ilə müqavilə uzadıldı
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
"Xüsusi karantin rejimi hələ bir müddət də davam etməlidir" - Deputat
Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA
Azərbaycanda problemli kreditlər artmaqda davam edir
Xarici borcumuz böhranlı həddən iki dəfə azdır - ekspert danışır
Fransa turizmi necə bərpa edəcəyini açıqladı
“Sərhədlərin nə vaxt açılacağını demək çətindir” - Prezident
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
XİN: Polşalı baş redaktorun adı "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb
“Azərbaycan dostumuzdur, Türkiyə tərəfdaşımız”
Gürcüstan fövqəladə vəziyyət rejimini uzatmayacaq
Koronavirusa yoluxanlara 3000 dollar veriləcək