Azərbaycanda Ramazan ayı bu vaxt başlayacaq
29-03-2021, 10:40
103

Azərbaycanda Ramazan ayı bu vaxt başlayacaq

Azərbaycanda Ramazan ayının başlama tarixi məlum olub.
Bu il ölkə ərazisində Ramazan ayının 1-i miladi təqvimlə aprelin 14-nə təsadüf edəcək. "Ramazan ayının hilalı Azərbaycan üfiqində 13 aprel 2021-ci ildə görünəcək", - Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.
Beləliklə, niyyət gecəsi aprelin 13-dən 14-nə keçən gecəyə düşür, Ramazan ayının ilk günü aprelin 14-dür. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir. (Report)
Məlumat üçün bildirək ki, Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər.
Bu ay ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.

Oxşar xəbərlər

Azərbaycanda Ramazan ayı nə vaxt başlayacaq?
Bu gecə üçüncü Qədr gecəsidir
2021-ci ilin bayram günləri AÇIQLANDI
Koronavirusa görə bayram namazı evlərdə qılınacaq
QMİ Ramazan ayı ilə bağlı fitva verdi
İyun ayına şadlıq evlərində boş yer yoxdur - VİDEO
Gələn ay 6 gün İŞ OLMAYACAQ
Ramiz Mehdiyevin daha bir ortağı: Hacı Ramazan... - "İnpeks N" MMC ilə bağlı müəmmalar...
Sabahdan Novruz tətili başlayır - 9 gün ardıcıl iş olmayacaq
Novruz bayramında 9 gün ardıcıl qeyri-iş günü olacaq
Korona xəstəsinin tüpürcəyini pulla alıb, müdirinin çayına qatdı
Çeçenistanda Ramazan bayramı günlərində evdən çıxmaq qadağan edildi
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq
Bu gün Məhərrəm ayı başlayıb
Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı - TƏQVİM
Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat etdi
Martda 14 gün iş olmayacaq
Zəlzələ nəticəsində onların evləri ciddi xəsarət alsa da... - Şəhid ailəsindən NARAZILIQ
Fransada məscidlər bağlanılır - Qərar verildi
Bakıda maşından meyit tapıldı
Azərbaycanda rəsmi iş günü nə vaxtdır?
Azərbaycandan bu il Həcc ziyarətinə gedən OLMAYACAQ – İLGİNC SƏBƏB
Bərdədə 86 yaşlı kişi özünü güllələdi
Demet Akalından nazirə sərt mesaj - FOTO
Biləsuvarda dəhşətli qəza - traktorla yük avtomobili toqquşdu (FOTO)
Xaricdə olan vətəndaşların Azərbaycana gələ biləcəkləri VAXT AÇIQLANDI
Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır
Ötən ay Azərbaycanda neçə nəfər intihar edib?
Azərbaycanda əsgərlik 2 il olacaq? - Polkovnikdən AÇIQLAMA
Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı YENİLİK - Aprelin 1-dən qüvvəyə minəcək