Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur?
28-05-2020, 11:00
162

Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur?

Xəbər verdiyimiz kimi dünən Azərbaycanda koronavirusa yoluxanların sayı keçən günlərə nisbətən daha çox olub. Belə ki, 165 nəfərdə yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ölkə ərazisində koronavirusa yoluxanların sayı çoxalma dinamikası ilə davam edərsə bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyula bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bununla bağlı qərarları Operativ Qərargah verir:

"Hər kəsin ekspert kimi çıxış edərək yol göstərməsi pandemiya ilə mübarizəyə maneə ola bilər. Çünki Operativ Qərargahda daha geniş məlumatlar var. Onlar bilirlər ki, yoluxma həddi, ağır, yüngül xəstələrin sayı və ölənlərin sayı nə qədərdir, proqnoz necədir. Bizim vətəndaş kimi borcumuz qoyulan qaydalara əməl etmək, tövsiyyələri yerinə yetirmək, sosial məsafəni qorumaq, qoruyucu tibbi maskalardan və əlcəklərdən istifadə etmək, sanitar-gigyenik normaları qorumalıyıq. Koronavirusun nə qədər ki, vaksini tapılmayıb, biz hamımız özümüzü və yaxınlarımızı qorumalıyıq. Təbii ki, qərarları hökumət və Operativ Qərargah verəcək. Bu barədə nəyisə fikir söyləməyimiz doğru olmaz. Amma mən bu barədə nikbinəm. Çünki yoluxanların sayı artsa da, müşahidələr onu göstərir ki, çoxusu ağır xəstələr deyil. Artıq Operativ Qərargahın nəzarəti altında proses gedir. Sağalanların da sayı artır. Əsas məsələ prosesin nəzarət altında olmasıdır. Amma hansı tədbirlər görülə biləcəyi Operativ Qərargahın səlahiyyətindədir".

Oxşar xəbərlər

Koronavirusa yoluxanların sayı kəskin artdı - GÜNÜN STATİSTİKASI
Rayonlarda da həftə sonu sərt karantin rejimi tətbiq ediləcək?
Koronavirusa yoluxanların sayı açıqlandı - GÜNÜN STATİSTİKASI
Yoluxanların sayı yenə 100-ü keçdi, 2 nəfər öldü
Koronavirusa yoluxanların sayı artdı - GÜNÜN STATİSTİKASI
Azərbaycanda karantin rejimi ləğv edilir? - TƏBİB-dən açıqlama
Azərbaycanda koronaya yoluxanların sayı 100-dən AŞAĞI DÜŞDÜ - STATİSTİKA
Azərbaycanda daha 139 yoluxma qeydə alınıb, 1 nəfər ölüb
Reanimasiyada olan və tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin sayı açıqlanıb
Azərbaycanda koronavirusa yoluxanların sayı artır - ölən də var
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Ərəb ölkələrində koronavirusa yoluxma halları artır
Azərbaycanda gündəlik koronavirusa yoluxma sayı azaldı - Ölən var
Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - AÇIQLAMA
Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi - STATİSTİKA
Azərbaycanda daha 161 nəfər COVID-19-a yoluxub, 146 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycanda gündəlik koronavirusa yoluxma sayı azaldı - Ölənlər var
Koronavirus Qafqazda: Hansı ölkə daha çox “dirənir? - ARAŞDIRMA
Dünyada koronavirusa yoluxanların sayı 25 milyonu ötdü
Azərbaycanda koronavirusa yoluxma sayı azaldı - Ölən yoxdur
Azərbaycanda daha 76 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda daha 119 yeni yoluxma faktı qeydə alınıb - 2 nəfər vəfat edib
Dünyada koronavirusdan ölənlərin sayı 900 mini keçdi - STATİSTİKA
Gürcüstanda koronavirusa yoluxanların sayı 1 600-ü ötdü
Azərbaycanda daha 38 nəfərdə koronavirus aşkarlanıb, 30 nəfər sağalıb
Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı - Ölənlər də var
Reanimasiyada olan xəstələrin sayı açıqlanıb
Gələn həftə kafelər açılır? – Baş infeksionistdən açıqlama
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Gürcüstanda daha 165 nəfər koronavirusa yoluxdu