Müştərilər “Bank Respublika”dan əmanətlərini geri çəkdilər - NƏ BAŞ VERİR?
31-03-2021, 14:02
135

Müştərilər “Bank Respublika”dan əmanətlərini geri çəkdilər - NƏ BAŞ VERİR?

"Bank Respublika”nın İdarə Heyyətinin sədri Tariyel İsmayılov 2019-cu ildən etibarən banka sədrlik edir. Aviatorun banka sədr təyin olunduğu gündən “Bank Respublika”nın qarşıda olan hədəfi yerlə yeksan olub. Belə ki, səhmdarlarının arasında Almaniyanın 2 nəhəng şirkəti olan bankın strategiyası dəyişdirilib və yeni hədəflərə yelkən açılıb. Buna görə də bankın cəmiyyətdə olan nüfuzu zərər görüb, müştəriləri isə öz pullarını geri çəkib. “Bank Respublika”nın 3 il üçün əsas strateji hədəfləri kiçik və orta biznes həmçinin, mikro kreditləşmə sahələrində lider bank olaraq, riteyl bankçılıq sahəsində ilk 5 bank sırasında öz mövqeyini qoruyub saxlamaq idi. Tariyel İsmayılovun təyinatından sonra isə bankın biznes kreditləri 23 milyon 689 min manat və ya 6.6% azaldı. Hədəfini istehlak kreditləri üzərində quran sədrin arzuları baş tutmayıb.

Pravda.az-ın verdiyi xəbərə görə, 1 il ərzində bankın istehlak kreditləri 17 milyon 504 min manat və ya 22.6% azalıb. Aviatoru banka təqdim edən Şakir Rəhimov isə quzunu qurda tapşırıb desək, yanılmarıq. Çünki T.İsmayılovun təyinatından dərhal sonra müştərilər depozitlərini geri çəkməyə başladı. 2020 –ci ilin yekununda bankın depozit portfeli 140 milyon 199 min manat və ya 37.3% azalma ilə təqdim olundu.

3 illik strategiyanın üstündən xətt çəkən T.İsmayılovun fəaliyyəti dönəmində bank korporativ müştərilərini itirməyə başladı. Belə ki, bankda yerləşdirilən depozitlərdə hüquqi şəxslərin əmanətləri 2 dəfədən çox azalıb. Müştərilər “Bank Respublika”dan 1 il ərzində 416 milyon 583 min manatlıq əmanətini geri çəkib.

T.İsmayılovun maliyyə siyasəti nəticəsində bankın xalis mənfəəti 14 milyon 402 min manat və ya 3 dəfədən çox azalaraq 6 milyon 21 min manata enib. İstisna deyil ki, bank bundan sonrakı illərdə xalis mənfəətini zərərlə əvəz edə bilər.

2005-ci ildən etibarən bankın səhmdar kapitalının “20,7%” paketinə sahib olan Almaniya təşkilatları aviatorun sədrliyi nəticəsində ciddi pul itkisi ilə üzləşib. Belə ki, hüquqi şəxslərin depozitlərini geri çəkməsi nəticəsində sözügedən səhmdarlar 86 milyon 233 milyon manat itiriblər.

Oxşar xəbərlər

“Bank of Baku”nın xalis mənfəəti 48%-dən çox azaldı
“UniBank”ın xalis mənfəəti 54%-dən çox azaldı - RƏQƏMLƏR
“Muğan Bank”ın lisenziyası ləğv olunacaq? - GƏLİŞMƏ
“Express Bank” koronavirusa yoluxsa, reanimasiyaya düşəcək - BÖHRAN
“AFB Bank” 3 dəfədən çox kiçilib - RƏQƏMLƏR
"Ziraat Bank”ın xalis mənfəəti 33% azalıb
"Access Bank" yığılmış zərəri ilə nə edəcək? - Səhmdarlar kömək edəcəkmi?
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
"Bank BTB”-dən 9 milyondan çox zərər - HESABAT
Bir ildə 39 milyonluq xalis zərər: Yelo Bankda nə baş verir?
"Muğan Bank"ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?
"Bank Respublika"da - Yeni Təyinatlar
“Bank VTb Azərbaycan” 2020-ci ili zərərlə başa vurdu - RƏQƏMLƏR
“Günay Bank” BAĞLANMA YOLUNDA... - BÖHRAN
Deputatdan Elman Rüstəmova ağır ittihamlar: “Mərkəzi Bankın fəaliyyəti araşdırılsın”
“Azər Türk Bank” kritik həddə - RƏQƏMLƏR
"Günay Bank" ötən ili 81% azalma ilə başa vurdu - RƏQƏMLƏR
Əhməd Vəliyev iflas ərəfəsində: “İmperiya” çökür
Əhməd Vəliyevin qızının bankı ağır vəziyyətdə - ARAŞDIRMA
“Bank of Baku”nun xalis mənfəəti azalıb, əməliyyat mənfəəti artıb - RƏQƏMLƏR
"AccessBank" bağlanır?
"Express Bank”da qanun pozuntuları aşkarlandı
AZAL prezidentinin həyat yoldaşını məhkəməyə verdilər - SƏBƏB
Beynəlxalq Bankın mənfəəti 57%-dən çox AZALDI
Ramiz Mehdiyevin bankı bağlanır?
“Günay Bank”a yeni sədr təyin edildi
"Bank BTB"nin 2 filial, 1 şöbəsi bağlandı
“Günay Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib