Elman Rüstəmovun qızı ilə Əhmədzadənin oğluna məxsus Londondakı şirkətin 12,5 milyonluq borcu… - FOTOFAKT
31-03-2021, 14:59
294

Elman Rüstəmovun qızı ilə Əhmədzadənin oğluna məxsus Londondakı şirkətin 12,5 milyonluq borcu… - FOTOFAKT

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun Londonda yaşayan qızı Günel Rüstəmovanın direktoru olduğu “Gyunel Limited” şirkəti maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, Mərkəzi Bank sədrinin qızına məxsus olan “Gyunel Limited” şirkətinin borcu son bir ildə 178,1 min funt-sterlinq artaraq 6,1 milyon funt-sterlinqə (12,5 milyon manat) yüksəlib.
Qeyd edək ki, 28 aprel 2005-ci ildə “Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçən “Gyunel Limited” şirkətinin sonuncu maliyyə hesabatının bu ilin yanvar ayının 31-ə kimi təqdim etməli olduğu halda vaxtında təqdim etməyib. Gecikmə ilə təqdim edilən hesabatda isə şirkətin 2020-ci ildə zərərlə işlədiyi məlum olub. Hesabatda qeyd olunur ki, son bir ildə şirkətin aktivləri 3% aşağı düşüb.
Onu da bildirək ki, bu şirkətin digər bir rəhbəri Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadədir.
Mərkəzi Bank sədrinin 1981-ci il təvəllüdlü qızı Günel Rüstəmova Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 1979-cu il təvəllüdlü oğlu ilə evlidilər. 
Günel Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. O, London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan “Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib. Günel Rüstəmova hazırda Londonda  modelyer kimi fəaliyyət göstərir.

Oxşar xəbərlər

Elman Rüstəmovun qızı Londondakı şirkətinin maliyyə hesabatını vaxtında təqdim etmədi – Fotofakt
Məmur uşaqlarının şirkəti BÖHRANLA ÜZ-ÜZƏ... - İLGİNC
Deputat Ülvi Quliyevin oğlu Londonda 2 milyonluq borca düşüb - FOTOFAKT
Abid Şərifovun ailə üzvlərinə aid şirkətlərin 100 minlərlə vergi borcu var - Siyahı
Cahangir Əsgərov Londondakı şirkətinin adını dəyişdi - İZ AZDIRIR?
Əsgərovların Londondakı şirkətində şübhəli ad dəyişikliyi - İz qarışdırır? (FOTOFAKT)
Sabiq nazir kürəkəninin Londondakı yeni mülkləri - FOTOLAR
Rüstəmovlar və Əhmədzadələr: Azərbaycanda ən böyük klan...
Əhmədzadə üçün “əcəl zəngi” – “Baron” bu dəfə vəzifəsini qoruya biləcəkmi?
AZAL prezidentinin qızınin Londonda növbəti şirkəti
Keçmiş nazirin oğlu İsveçrədə şirkət açıb
Həbs edildiyi deyilən Rasim Məmmədovun 3,3 milyon manat vergi borcu var - İLGİNC
Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar
Azərbaycan səmasının Cahangiri - milyardlar necə "uçur"?
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı (SİYAHI)
Eldar Mahmudovun oğlu Londandakı şirkətini bağlayır - 3 ay əvvəl fəaliyyətini dayandırıb
AZAL şefinin həyat yoldaşından 7.7 milyonluq yatırım - SİYAHI
Sabiq nazir müflis ola bilər... - Avropadakı biznesi çökür
Talanan Azərbaycan: Əhmədzadənin müavini ərəb şeyxlərindən də varlıdır... - Fotofakt
Vahid  Ələkbərovun “Yelo Bank”ında nələr  baş verir?- Baş bankir  Elman Rüstəmovun ''yarıtmaz''  siyasəti nəticəsində banklar sıradan çıxır
Cahangir Hacıyevin həyat yoldaşı əmlakını itirə bilər
Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır
"Azsığorta"nın sədri dəyişib
Azərbaycanın bank sektoru aktivlərini 8% artırıb
Bir ildə 39 milyonluq xalis zərər: Yelo Bankda nə baş verir?
“Azərbaycan Sənaye Korporasiyası”na daxil olan şirkətin dövlətə - 77 min manat borcu var
Baş metroçunun milyonçu oğlu... - Londonda qurulan biznes imperiyası
Beynəlxalq Bankın mənfəəti 57%-dən çox AZALDI
Nəcməddin Sadıxovun oğlunun 636 min manatlıq borcu … - FOTOFAKT