İlham Əliyev Türkiyəyə və Ərdoğana təşəkkür etdi
1-04-2021, 10:09
131

İlham Əliyev Türkiyəyə və Ərdoğana təşəkkür etdi

“Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi”. 
Bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi: “Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm. Müharibə dövründə və müxtəlif dövrlərdə Prezident Ərdoğanın və Türkiyənin digər rəsmi şəxslərinin çoxsaylı bəyanatları məsələnin həllində xüsusi önəmli rol oynamışdır. Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır. Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk. Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizə öz siyasi dəstəyini göstərmişlər”.

Oxşar xəbərlər

İlham Əliyev Türk Şurasının Zirvə toplantısında çıxış etdi
İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
İlham Əliyev Ərdoğana zəng etdi
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
İlham Əliyev Ərdoğana başsağlığı verib
Ərdoğan İlham Əliyevi Türkiyəyə dəvət etdi
İlham Əliyevlə Ərdoğanla danışdı
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
İlham Əliyev Ərdoğana təşəkkür etdi
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
"Türkiyə bölgədə çox önəmli sabitləşdirici rol oynayır” - İlham Əliyev
Ərdoğan İlham Əliyevə zəng etdi
“Bu Zəfər Gününüzdə sizinlə bərabər olmaqdan bəxtiyar oluruq" - Ərdoğan
Ərdoğan danışdı, onlar güldülər
Ərdoğan Azərbaycana TƏŞƏKKÜR ETDİ
İlham Əliyev Zəngəzur dəhlizindən danışdı: “Çox fəal çalışırıq”
"Azərbaycan İlham Əliyevin liderliyi altında dastan yazmağa davam edəcək" - Ərdoğan
Ərdoğan Minsk qrupunu tənqid etdi
İlham Əliyevdən Ərdoğana ad günü TƏBRİKİ
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Ərdoğan Putinlə telefon danışığının detallarını AÇIQLADI
Ərdoğan Şuşaya səfər edəcək
“Minsk qrupunun nəticəsi sıfra bərabər olub” - Prezident
Ərdoğan İlham Əliyevə zəng etdi
Abdullah Gül İlham Əliyevə təbrik məktubu göndərib
Şuşadakı məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı qoyacaq
“Onda güldü bəxtimiz, bizim prezidentimiz İlham Heydəroğludur...”
"Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur" - İlham Əliyev