Bölgələrdə də məktəblər bağlanacaq? - Nazirlikdən açıqlama
2-04-2021, 13:13
89

Bölgələrdə də məktəblər bağlanacaq? - Nazirlikdən açıqlama

Tədrisin qismən ənənəvi formada təşkili digər bölgələrdə əvvəlki qaydada qalır. Bu qərar yalnız nəzərdə tutulmuş şəhər və rayonlara aiddir.
Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, tədrisin təşkili ilə bağlı qərar olduqda Təhsil Nazirliyi onu dərhal öz resursları üzərindən paylaşır və ictimaiyyətə bu barədə məlumat verir:
"Təhsil Nazirliyi pandemiya şəraitində tədrisin təşkili ilə bağlı hansı imkanlar, resurslar varsa, onları təqdim etməyə çalışır. Bununla bağlı müxtəlif həllər təklif edir. Distant tədrisin təşkili ilə təkmilləşdirmələr getdikcə artır. Düşünürəm ki, bizim bu məsələ ilə bağlı builki nəticələrimiz keçən ilkindən xeyli yaxşıdır".
Qeyd edək ki, pandemiya ilə əlaqədar oktyabrdan fevraladək ölkədə ənənəvi tədrisin təşkili dayandırılmışdı. Bu il fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olundu.
Lakin mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi müvəqqəti olaraq, distant (məsafədən) formaya keçirilməsi ilə bağlı qərar verilib.

Oxşar xəbərlər

Məktəblərdə dərslər yenidən dayandırılır? - RƏSMİ CAVAB
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
Aprelin 5-dən bu şəhər və rayonlarda məktəblər BAĞLANIR
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası məlum oldu
Bağçalarla bağlı hansı qərar qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
Yuxarı sinif şagirdləri üçün dərs başlayır?
Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən açıqlama
Məktəblər yenə bağlanır? - AÇIQLAMA
Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB
Tədrisin davamlı olması qaydalara riayət etməyimizdən asılı olacaq - Təhsil naziri
Bu tarixdən dərslər bərpa edilir - Nazir AÇIQLADI
Bədbin proqnoz: “Ənənəvi təhsil yenidən dayandırıla bilər“
Məktəblərdə ənənəvi təhsil qismən bərpa olunur
Bu gün əyani dərsə başlayan şagirdlərin sayı açıqlandı
Yeni tədris ilində dərslər necə keçiriləcək? - İki ssenari var
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Məktəblərdə mütəmadi monitorinqlər aparılacaq
Qış tətili ləğv olunub? - Təhsil Nazirliyindən AÇIQLAMA
Sabah məktəblərdə dərslər dayandırılacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün V-IX siniflərdə ənənəvi tədris qismən bərpa olunur
Sentyabrın 15-dən ali məktəblər distant qaydada fəaliyyətə başlayacaq
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - RƏSMİ
Məktəblər bağlanacaq? - Rəsmi açıqlama
Tədris başladı, avtobuslarda sıxlıq artır: metro açılacaqmı?
Azərbaycanda əyani dərslər bərpa olunur
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
Yaşı 65-dən yuxarı olan müəllimlərin nəzərinə - Nazirlik qərar verdi
Təhsil Nazirliyindən dərslərlə bağlı açıqlama
"Əgər yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflərdə..." - Təhsil Nazirliyi
Məktəblər yenidən bağlanır? — Təhsil Nazirliyindən AÇIQLAMA