Deputat Etibar Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin fəaliyyətini tənqid edib. 
“Qafqazinfo”nun məlumatına görə, Milli Məclisdə çıxış edən E. Əliyev qeyd edib ki, Ramiz Mehdiyev AMEA-nı özünün istədiyi inzibati bir sistemə çevirib: 
“Belə ki, Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb. Xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işçiləri işdən azad edir. Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da da bu işləri keçmiş Rasim Ağasiyev adlı polis işçisinə həvalə edib”.