“Azərsun Holdinq”də halal adı altında haram məhsulların istehsal olunub istehlakçılara satıldığı iddia olunur.
AzToday.az-a daxil olan məlumatlarda iddia olunur ki, ölkənin qida sektorunda ən böyük istehsalçı olan “Azərsun Holding”in məhsullarına halal sertifikatı formal əsaslarda verilir. Belə ki,”Azərsun”da halal adı ilə satılan məhsulların istehsalında movcud normativlər gözlənilmir.
İddialara görə, “Azesert halal” MMC “Azərsun”un istehsal etdiyi məhsulların əsas tərkib hissəsi olan ətin halal qaydalara uyğun olmadığı və heç bir beynəlxalq qurumdan halallıq sertifikatı olmadığı halda qida məhsullarına formal əsaslarla halal sertifikatı verib.
Qeyd edək ki, halallıq üzrə sertifikatın istehsal müəsissələrinə verməsi səlahiyyətini verən orqan Azərbaycan Akkreditasiya Mərkəzidir. Səlahiyyətli dövlət qurumu halallıq sertifikatını verən şirkətlərin fəaliyyətini dövrü yoxlamalıdır və halal məhsullar istehsal edən şirkətlərdə istehsal prosesinin bütün mərhələlərini nəzarətdə saxlamalıdır.
Halal sertifikatlaşdırma sistemi, halal qida istehlak etmək istəyən müştərilər üçün vacibdir. Praktikada halal məhsullar haqqında fərqli şərhlər edilir. Ancaq buna baxmayaraq, bir çox təşkilat halal sertifikatı verir. Halal sertifikatlaşdırma işlərində məhsul və ya xidmət mənbəyi həm müəssisələr, həm də istehlakçılar üçün son dərəcə vacib hesab olunur.
Halal üsullarla istehsal olunan halal məhsulların istehlak edilməsi, harada yaşamalarından asılı olmayaraq müsəlmanlar üçün vacib bir borcdur. İslam prinsiplərinə görə, müsəlmanların gündəlik həyatlarında kitab və hədislərdə yer alan norma və dəyərlərə ən yaxşı şəkildə əməl etmələri onların məsuliyyətidir.
Hazırda müsəlmanlar İslamı rəsmi bir din olaraq tətbiq etməyən Hindistan, Avstraliya, Banqladeş, Çin, Avropa ölkələri, ABŞ və Kanada kimi müxtəlif ölkələrdə yaşayırlar. Bu səbəbdən müsəlman əhali əhəmiyyətli bir bazar seqmentini təşkil edir. Bu baxımdan bir-çox ölkələrdə halal məhsul sənayesi sürətlə inkişaf etməkdədir.
Xüsusilə Malayziya, İndoneziya və bəzi Asiya ölkələrində halal istehsal standartların inkişafı istiqamətində təşəbbüslər göstərirlər. Buna paralel olaraq Avropa qida sənayesi də halal məhsulların inkişafına sərmayə qoyur. Bəzi Avropa pərakəndə satıcıları qida növlərinə təzə halal ət əlavə ediblər. Bəzi Avropa şirkətləri halal məhsullarını müsəlman ölkələrinə ixrac edirlər. Hollandiya, dünya miqyasında bir halal tədarük zəncirinin inkişafını təşviq edən və ilk dəfə halal məhsulları saxlayan müəssisələrə sahib bir ölkədir.
Dünyada qida təhlükəsizliyi və xəstəlik təhlükəsi kimi geniş yayılmış təhlükəsizlik qorxularına görə qeyri-müsəlmanlar da təhlükəsizlik, gigiyena və keyfiyyət təminatı xüsusiyyətləri üçün halal qidaları seçirlər. İnanılır ki, halal qida istehsalı qatı maddələr tələb edir və bu səbəbdən də çirklənmə ehtimalını azaldır. Bu səbəbdən halal məhsul və xidmətlərə tələbat artır.
Halal sektor artıq İslam qanunlarına uyğun olaraq heyvan kəsməklə kifayətlənmir, eyni zamanda halal qida, halal həyat tərzi və hətta halal xidmətləri da əhatə edir.
Bu gün Malayziya dünyada Halal Sertifikat verilməsinə başlayan ilk ölkədir. Bu ölkədə halal qida tədqiqatları Malayziya Hökümətinin İslam İnkişafı Departamenti (JAKIM) tərəfindən aparılır. Birləşmiş Millətlər Təşkilatı tərəfindən akkreditə olunmuş və dünya miqyasında etibarlı halal qida standartları, Malayziyada yerləşən Dünya Halal Fondu tərəfindən hazırlanmışdır. Bu fondun təxminən 60 üzvü var.
"Azərsun"da halal biznes adı altında haram məhsullar istehsal olunur… - İTTİHAM
05
aprel
12:14

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Best beef” kolbasasından görün nə çıxdı-FOTO
"Azərsun”un yük maşını Ukraynada yenə yoxa çıxdı – 20 ton yağ oğurlandı
“Azərsun Holdinq” Sumqayıtda uşaqlara qurdlu "yumurta şokolad" yedirir - FOTOLAR
İş adamı “McDonald's“la bağlı dəhşətli faktlar AÇIQLADI
Təhsil Nazirliyinin əməkdaşı şəhid olub
Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır - FOTOFAKT
Bu müğənnimizə "halal olsun" deməmək mümkünsüzdür...
“Azərsun” ölkədə süni bahalaşma dalğası yaradıb – Ekspert/Foto
“Azərsun” kanalizasiya suyu axıdılan göldən duz çıxardır – İTTİHAM
“Azərsun Holdinq”də kadr dəyişikliyi baş verib
“Azərsun”dan Prezidentə sabotaj: bayramqabağı bahalaşma - FOTO
"Veysəloğlu"nun şirniyyatı təhlükəlidir... - FOTOFAKT
İnam Kərimov HARA BAXIR: "Ölkəni texniki sort Pakistan, İran kartofu bürüyüb" - Alverçilər "at oynadır"
“Azərsun” həyatımızı necə təhlükəyə atır... - VİDEOFAKT
"Azərsun Holdinq" "qara buxalteriya"nı necə yaradıb? - İDDİA
“Oba” market malların istehsal tarixlərini dəyişirmiş – AQTA rəsmən açıqladı
Tərtərdə pendir istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
“Azərsun Holdinq”in qəzəb yaradan qiymət artımı: - Buna hüququ varmı?
Sabiq deputat DTX-da dindirilib
ARB-nin aparıcısında koronavirus aşkarlandı - Hamıdan halallıq istədi
Azərbaycanda pikap tipli avtomobillər istehsal olunacaq
"Azərsun”, “Veysəloğlu” kimi monopolist şirkətlər qiymətləri hər gün artırırlar - Bəs bu duruma hökümət niyə səssiz qalır?..
Bu ay 8 milyon tibbi maska istehsal olunacaq
Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur - İTTİHAM
“İtirdiyimiz torpaqları indi oğullarımız geri qaytarır” - Əsgər atası - Video
"Asan imza" sertifikatlarıyla bağlı YENİLİK
“LC Waikiki Azərbaycan”-da saxta məhsullar BREND kimi satılır-Görəsən “Qosstandart” adlı dövlət qurumu hara baxır ?
Bakıda yeni zavod istifadəyə verilir
Növbəti bahalaşma!Çörək bu qiymətə olacaq – SON DƏQİQƏ AÇIQLAMASI
İllərlə yağı düşmən əlində əsir olan yurd yerinə qayıdış - Video
- Zəngilanda 1 tondan artıq çətənə məhv edildi
- Mövlud Çavuşoğlu: "Finlandiya və İsveçlə bəzi məsələlərdə fikir ayırılıqları qalır"
- "Son 2 həftədə Ukraynanın 5 469 itkisi olub" - Şoyqu
- Qazaxıstan klubu millimizin qapıçısı ilə yollarını ayırdı
- Yeni doğulmuş körpə 150 manata satıldı - Hindistanda
- Bu məmulatlardan istifadə xərçəng xəstəliyi yarada bilir - ŞOK XƏBƏRDARLIQ
- "Bolqarıstandakı səfirliyimiz fəaliyyətini davam etdirə bilməz" - Lavrov
- İran vətəndaşları dövlət sərhədini pozdu - FOTOLAR
- "Anam deyir ki, sarışın xanımlardan uzaq dur" - Serdar Ortaç
- Ukraynanın itkiləri açıqlandı
- Şoyqu Ukraynadakı əməliyyatın nə qədər davam edəcəyini açıqladı
- Dövlət büdcəsinin gəlirləri AÇIQLANDI
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?