“Qaçqınkom” 42 minə zibilqabı alır
5-04-2021, 12:50
79

“Qaçqınkom” 42 minə zibilqabı alır

Qaçqınların və Məcburi Köçkünlərın İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti “AZMON-1” MMC ilə maliyyə dəyəri 42 018.03 AZN təşkil edən müqavilə bağlayıb. 
Gündəlik Bakı xəbər verir ki, müqavilədə 240 litrlik yeni dəmir tullantı qutularının alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından qeyd edilir ki, “AZMON-1” MMC 15 sentyabr 2009-cu il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanının Bakı şəhəri Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi, məhəllə 4042/4060, ev 7, mənzil 21-də yerləşir. Şirkətin qanuni təmsilçisi Həsənov Heydər Bayram oğludur.
Açıq mənbələrdə Heydər Həsənov barədə hər hansı məlumat yoxdur.
“AZMON-1” MMC-yə gəlincə, araşdırmalar zamanı məlum olub ki, bu şirkət vaxtaşırı Qaçqınların və Məcburi Köçkünlərın İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olur.
2019-cu ildə qurum şirkətlə 49 845.12 AZN dəyərində müqavilə imzalayıb. Müqavilədə “AZMON-1” MMC məcburi köçkünlər üçün salınmış qəsəbələrdə söhbətgahlar quraşdırılması nəzərdə tutulub.
2 aprel 2020-ci il tarixdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti yenə də “AZMON-1” MMC ilə müqavilə bağlayıb. Maliyyə dəyəri 49 755.41 AZN təşkil edən bu müqavilədə də söhbətgahların quruaşdırılması nəzərdə tutulur. Əvvəlki tenderdən fərqli olaraq burada söhbərgahların sayı da açıqlanıb: 8 ədəd. 
Sadə hesablama aparsaq, 1 söhbətgahın quraşdırılmasının 6219 AZN-ə gəldiyini görərik. Bunun nə dərəcədə real olduğuna artıq  Komitə aydınlıq gətiməlidir./Hit.az/

Oxşar xəbərlər

Nazirlik 48 min manata bayraq aldı
"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
Qoşqar Təhməzovun 50 minlik piarı - İLGİNC FAKT
Əhməd Əhmədzadənin 2 manatlıq şirkətlə sövdələşməsi - Şübhəli tenderlər
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
Sahil Babayevin “Avalon”u – Yaxud dövlət qurumunun iri məbləğli şübhəli tenderləri
Eldar Əzizov quzunu qurda tapşırdı - Meriyadan yarım milyonluq tender
Fond rəhbəri 19 milyonluq müqavilə bağladı – Bakıda məcburi köçkünlərə bina tikilir
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
BNA 2.8 milyonluq “zapçast” alır
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
BNA rəhbərinin 3 milyonluq şübhəli tenderi: Dövlətin pulu dəniz...
“Qaçqınkom” fərdi yaşayış evlərinin təmirinə orta hesabla nə qədər vəsait ayırır,nə qədər silir?
İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət...
Neftçalada Hacı Qurban RÜZGARI... - Milyonlar belə yeyilir...
Azərbaycanda İpəkqurdu toxumu zavodu tikilir – Nazirlik 30 minlik müqavilə imzalayıb
Nazirlik 154 minə iki maşın alacaq - Tender
Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - VİDEO
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər
İsmayıllı icra başçısından “parlaq” tender – Faktlar
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
“Qaçqınkom” 4700-ə yaxın mənzili ƏƏSMN-nin balansına verdi
Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə
“Babək-CK” MMC niyə belə matah olub... - ŞÜBHƏ...
BNA-nın “çoxprofilli” şirkəti – Daha bir şübhəli tenderin izi ilə
Milyonları “udan” idman kompleksi – Gəncədə milyonluq tenderlərin izi ilə