Ramin Quluzadənin “boz kardinal” sevgisi - ARAŞDIRMA
6-04-2021, 10:59
51

Ramin Quluzadənin “boz kardinal” sevgisi - ARAŞDIRMA

Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda AMEA-ya prezidentlik edən Ramiz Mehdiyev yenidən gündəmdədir. 
Ali hakimiyyət rəhbərliyindən uzaqlaşdırılsa da dövlət strukturlarına təsir imkanlarını saxlayan sabiq PA rəhbəri zaman-zaman hakimiyyəti təhdid və şantajları ilə də hədəfə məruz qoyur.
Hakimiyyətdə yüksək vəzifə tutdugu müddət ərzində qohum-əqrabasını dövlət orqanlarına yerləşdirilən Ramiz Mehdiyevin həmin adamları son zamanlar bu strukturlardan yola salınır.
Bu prosesdə isə bir məqam gözdən yayınmayıb.  Belə ki, hələ də Ramiz Mehdiyevə sevgi bəsləyən, onun yaxınlarını himayə edən məmurlar var. 
Onları “boz kardinal”dan çəkindirən məqam isə nədən ibarətdir, bunu yəqin ki, özləri bilir. 
Azərbaycanın Rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Ramin Quluzadə də belələrindəndir.
Ramiz Mehdiyev
Bu o Ramin Quluzadədir ki, ilk dəfə nazir kimi təyinatından sonra Ramiz Mehdiyev öz qəbulunda onu ələ salmışdı. Çünki, bu təyinat Mehdiyevin iradəsindən kənar idi.
Xatırladaq ki, nazir təyinatına qədər heç bir yüksək vəzifə tutmayan Ramin Quluzadəyə Ramiz Mehdiyev “eşitmişəm, böyük kollektivlə çalışmısan, sənin sektorunda neçə nəfər çalışırdı” deyə ona sual edir.
“4 nəfər” cavabını eşidən Mehdiyev bu dəfə Ramin Quluzadəni ələ salmaqdan da çəkinmir. Belə ki, ona “səninlə 4 nəfər idi, ya sənsiz” deyə sual edən Ramiz Mehdiyev cavab gözləmədən “get-get, görək, ortaya nə çıxaracaqsan” deyə yeni naziri ilk günündə “sındırır”.
Görünür, Ramin Quluzadə nazir kimi çalışdığı dönəm ərzində Ramiz Mehdiyevin bu kinayəli sözlərinin təsirindən çıxa bilməyib.
Mehdiyev “vurulandan” sonra da onun qohum -əqrabası nazirlikdə çalışmağa davam etdi.
Bu şəxslərdən biri də nazirlikdə yüksək vəzifə tutan Zahid Mehdiyev idi. Hətta Ramiz Mehdiyevin bir aralar ali hakimiyyəti açıq şantajla hədələməsi də Ramin Quluzadənin “tükünü tərpətmədi”.

Baxmayaraq ki, həmin dövrdə bir sıra nazirlər öz tabeçiliklərində çalışan mehdiyevləri kənarlaşdıra bildi.
Ramin Quluzadədən sonra nazir postuna gətirilən Rəşad Nəbiyev Zahid Mehdiyevi dərhal kənarlaşdırdı.
Hazırda Prezidentin İşlər İdarəsinin rəisi olan Ramin Quluzadə bu gün də eyni əməli  davam etdirir.
Uzun illər Ramiz Mehdiyevin əsas qələm tutanlarından biri olan “Səs” qəzetinin sabiq baş redaktoru Ağabəy Əsgərov bu gün də “Azərbaycan” Nəşriyyatının direktorudur.
Qeyd edək ki, “Azərbaycan” Nəşriyyatı Prezidentin İşlər İdarəsinin tabeçiliyindədir.
Görəsən, Ramiz Mehdiyev hakimiyyətə  daha hansı təhdidləri yağdırmalıdır ki, Ramin Quluzadə məhşur mehdiyevçi Ağabəy Əsgərovu kənarlaşdırsın.
Ağabəy Əsgərov isə Ramiz Mehdiyev vəzifədə olduğu kimi öz işinin başındadır. Nəşriyyatın mövcud acınacaqlı durumundan isə danışmaq isə ayrıca müzakirənin mövzusudur.
Gununsesi.info

Oxşar xəbərlər

Ramiz Mehdiyev keçmiş nazirə yeni vəzifə verdi
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Nazir Ramin Quluzadənin qaynını işdən çıxardı
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Ramiz Mehdiyevin qohumu işdən çıxarıldı
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
“Nankor olduqlarını bilə-bilə niyə onları ətrafına yığırdın?!” - Eldar Namazovdan Ramiz Mehdiyevə SUAL
Ramiz Mehdiyev AMEA-nı Prezident Administrasiyasına çevirir - Elm, yoxsa siyasət ocağı?
Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb - FOTO
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
Ramiz Mehdiyev vətəndaşları qəbul etməkdən imtina etdi — FOTOFAKT
Ramin Quluzadə yeni vəzifəyə TƏYİN EDİLDİ - Belə deyirlər...
Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü yayıldı - VİDEO
Ramin Quluzadə VƏZİFƏSİNDƏN AZAD EDİLDİ -SƏRƏNCAM
Bəyanat verən Ramiz Mehdiyev nədən narahatdır?
Ramiz Mehdiyevin kürəkəni özünə BMW X6 aldı - FOTO
Ramiz Mehdiyev Zəfər paradında tək qaldı - Fotolar
Ramiz Mehdiyev vəzifədən AZAD EDİLDİ
Onların vəzifədən azad edilməsinin səbəbi açıqlanıb
Ramiz Mehdiyev Elton Məmmədovu kimlərə elçi salıb? - GİZLİ PLAN
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Mehdiyevin kürəkəninin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə TƏYİN EDİLİB?
“Ramiz Mehdiyev isterik vəziyyətdədir” – Hafiz Hacıyev
“Ramiz Mehdiyev dövlətə meydan oxuyursa ...” - Abid Şərifov
Ramin Quluzadə rəisi vəzifəsindən AZAD ETDİ
"Ramiz Mehdiyev təcili həbs edilsin!" - PARTİYA SƏDRİ
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
Deputat Ramiz Mehdiyevin AMEA -dakı işini tənqid etdi
Ramiz Mehdiyevin kürəkəni YAP-dakı vəzifəsini itirə bilər