Abid Şərifovun ailə üzvlərinə məxsus biznes çökür? - FOTOFAKT
6-04-2021, 11:32
54

Abid Şərifovun ailə üzvlərinə məxsus biznes çökür? - FOTOFAKT

Son zamanlar Baş nazirin sabiq müavini Abid Şərifovun ailə üzvlərinə məxsus şirkətlərlə bağlı qalmaqallı məlumatlar yayılır.
Yeniavaz.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsus “Abeona Global Limited” şirkəti 4 ay əvvəl öz fəaliyyətini dondurub.
Qeyd edək ki, Nicat Mahmudovun rəhbərlik etdiyi “Abeona Global Limited” şirkətinin açıqlanan sonuncu maliyyə hesabatında şirkətinin aktivlərinin son bir ildə 260 min funt-sterlinq (345 min dollar) azalaraq 16 funt-sterlinqə (21 dollar) düşüb. Şirkətin 3,1 min funt-sterlinq borcunun da olduğu qeyd olunub.
Məlumat üçün bildirək ki, “Abeona Global Limited” şirkəti 22 iyun 2017-ci ildə İngiltərədə qeydiyyatdan keçib. 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun nəvəsi Nicat Mahmudov şirkətin yeganə direktorudur.
Bundan başqa əsas səhimdarlarından (12%-dən çox paya sahib) biri Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olan Azərbaycanın nəhəng tikinti şirkətlərindən “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-yə qarşı son günlər bir sıra məhkəmə iddiaları qaldırılır.
Ötən həftə 2010-2020-ci illərdə Milli Məclisin deputatı olan Nəriman Əliyevə məxsus olduğu bildirilən “Ştutqart” MMC “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON"  ASC-yə qarşı məhkəmə iddiası qaldırıb. İki gün əvvəl isə daha bir tanınmış şirkət – “Ramco” MMC Abid Şərifovun həyat yoldaşına məxsus şirkətə qarşı iddia qaldırıb. İddialara Bakı Kommersiya Məhkəməsində hakimlər Fərrux Qasımov və Aytən Əliyeva tərəfindən baxılacaq.
Onu da bildirək ki, “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-nin 2 ay əvvəl dövlət büdcəsinə böyük həcmdə vergi borcu (1,5 milyon manat) yaranmışdı. Bu borc son bir ay ərzində ödənilib.
Baş nazirin sabiq müavininin həyat yoldaşı eyni zamanda 27.07. 2001-ci ildə dövlət qeydiyyatına alınan “Kəpəz-S” Firmasının da 3 ortağından biridir. Hazırda bu şirkətin də dövlət büdcəsinə 1 739 manat 91 qəpik borcu var. 
Abid Şərifovun həyat yoldaşından başqa qızının da dövlət büdcəsinə vergi borcu var.  Baş nazirin sabiq müavini qızı – Mahmudova Təranə Abid qızının qanuni təmsilçi olduğu “Güvən 2017” MMC-nin də dövlət büdcəsinə 240 manat vergi borcu var. 
Abid Şərifovu qızı 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun həyat yoldaşıdır. Təranə Mahmudova Azərbaycanda 2 şirkətin qanuni təmsilçisidir. Bu şirkətlər 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan "GÜVƏN 2017" MMC-dir. Təranə Mahmudovanın həkim olduğu bildirilir. Təranə Mahmudova hazırda Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin də direktorudur. Bu mərkəzin fəaliyyətində də son zamanlar durğunluq müşahidə edilir. 1 oktyabr 2020-ci il tarixindən sonra  heç bir məlumat paylaşılmayıb.


Oxşar xəbərlər

Abid Şərifovun ailə üzvlərinə aid şirkətlərin 100 minlərlə vergi borcu var - Siyahı
Abid Şərifovun nəvəsinin cənnət kimi istirahət mərkəzi - Fotolar
Deputat Ülvi Quliyevin oğlu Londonda 2 milyonluq borca düşüb - FOTOFAKT
Abid Şərifov nəvəsinin otelindən danışdı: "Bunu böyütmək nəyə lazımdır?"
Elman Rüstəmovun qızı ilə Əhmədzadənin oğluna məxsus Londondakı şirkətin 12,5 milyonluq borcu… - FOTOFAKT
“Abid Şərifov, oğurluğun xırdası və irisi olmur, hamısı oğurluqdur…”
Eldar Mahmudovun oğlu Londandakı şirkətini bağlayır - 3 ay əvvəl fəaliyyətini dayandırıb
Sabiq nazir kürəkəninin Londondakı yeni mülkləri - FOTOLAR
Keçmiş nazirin oğlu İsveçrədə şirkət açıb
Elman Rüstəmovun qızı Londondakı şirkətinin maliyyə hesabatını vaxtında təqdim etmədi – Fotofakt
Məmur uşaqlarının şirkəti BÖHRANLA ÜZ-ÜZƏ... - İLGİNC
AĞALAR Vəliyev tikinti sektorunu AĞLAR günə qoyub-Ağalar Vəliyev kimdir ?
AZAL prezidentinin qızınin Londonda növbəti şirkəti
Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar
Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri AÇIQLANDI – Moskvada...
Əsgərovların Londondakı şirkətində şübhəli ad dəyişikliyi - İz qarışdırır? (FOTOFAKT)
Cahangir Əsgərov Londondakı şirkətinin adını dəyişdi - İZ AZDIRIR?
Sabiq nazir müflis ola bilər... - Avropadakı biznesi çökür
Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
Səlim Müslümovun həbsinin yaratdığı qorxu - Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
Deputat Ülvi Quliyevin 3000 şəhidimiz yaşında oğlunun milyonluq villası - VİDEO və FOTOLAR
“Ramiz Mehdiyev dövlətə meydan oxuyursa ...” - Abid Şərifov
Həbs olunduğu deyilən Səlim Müslümovun bahalı silah mağazası - FOTO
Əli Həsənov bağlanan şirkətlərin ona aid olduğunu etiraf etdi - FOTO
Tarix müəllimi 20 dəqiqəyə milyonçu oldu - VİDEO
Talanan Azərbaycan: Əhmədzadənin müavini ərəb şeyxlərindən də varlıdır... - Fotofakt
Hüseynqulu Bağırovun gizlətdiyi yeni şirkətlər aşkarlandı – Siyahı
Ülvi Quliyevi bitirəcək iddia: deputatın siyasi mühacirətlə əlaqəsi, oğlunun müharibə macəraları – VİDEO
MY transferlər üçün kredit götürdü - 140 milyon
Gömrük generalının oğlunun İngiltərədəki şirkətləri - Fotolar