Qubada icra başçısına söykənən ÖZBAŞINALIQ... - GİLEY
7-04-2021, 11:18
54

Qubada icra başçısına söykənən ÖZBAŞINALIQ... - GİLEY

Azərbaycanda ən çox qarşılaşılan xoşagəlməz hallardan biri də bələdiyyə-vətəndaş məsələsidir.

Bugün bir çox bölgələrdə müxtəlif səbəblərlə bələdiyyələrdən narazılıqlar mütəmadi olaraq redaksiyamıza vətəndaşlar tərəfindən müraciətlər olunur.Növbəti şikayət Quba rayonu, Gədik kəndi, Vəlvələ bələdiyyəsinin sədrindəndir.

Bununla bağlı Gədik kəndinin sakini Rəsul Mehrəliyevin “Yeni Gündəm”ə daxil olan şikayətini təqdim edirik:

“Bir müddət öncə icarəyə torpaq götürmək üçün Vəlvələ bələdiyyəsinə aidiyatı üzrə müraciət etdim. Bələdiyyə sədri Tahirmirzə Məmmədov mənə o torpağı yalnız müəyyən ödəniş edəcəyim təqdirdə verəcəyimi bildirdi. Bundan sonra cənab Prezident İlham Əliyevə məktub ünvanladım.

Prezidentimizə təşəkkürümü bildirirəm, məktubumu dəyərləndirdi və mənə icarəyə torpaq verilməsi haqda müvafiq göstəriş verdi. Buna baxmayaraq, bələdiyyə sədri məndən əl çəkmir, məndən 600 manat pul istəyir, etiraz edəndə isə arxasında Quba Rayon İcra Hakimiyyətinin durduğunu bildirir. Qanunsuz olaraq torpaqları müxtəlif qiymətlərə satır, şikayət edəcəyimizi bildirəndə isə təhqir edir, “kimə istəyirsiz edin” deyir.
İcra Hakimiyyətinə müraciət edəndə isə müxtəlif formalarda sadəcə bəhanələrlə baxıldığını bildirirlər. Demək olar ki, burada yaşayanların çoxu bu problemlərlə qarşılaşır. Bilmirik dərdimizi kimə deyək.”
Qeyd edək ki, bundan öncə də müxtəlif səbəblərlə Vəlvələ bələdiyyəsinə tabe olan Gədik və digər kəndlərlə bağlı mətbuatda yazılar dərc olunub.

Məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyətinin birinci müavini Tariyel İbrahimov “Yeni Gündəm”ə bildirib ki,
Vətəndaşa ötən ilin 8 dekabr tarixində kənd təsərrüfatı istifadəsi məqsədilə 1 hektar torpaq verilib. Rüşvət kimi pul istənməsi cəfəngiyyatdır, sadəcə müvafiq rüsumlarla bağlı ödəniş istənilib.

Vəlvələ bələdiyyəsinin sədri Tahirmirzə Məmmədov “Yeni Gündəm”ə açıqlamasında bildirib ki, 2020-ci il dekabr ayında Rəsul Mehrəliyevə müraciətinə əsasən torpaq verildi. Bundan öncə də müxtəlif qurumlara şikayət edib.
Ondan rüşvətə pul istəmək tamamilə əsassızdır. 1hektar torpaq əvəzində aylıq icarə haqqı 20 manat verməli olsa da, bugünə kimi onu da verməyib. Ümumiyyətlə məndən öncə çalışanlara da müxtəlif formalarda qarayaxma, şər, böhtan formalı şikayətlər edib.

Yenigundem.az

Oxşar xəbərlər

Keçmiş bələdiyyə sədrinin rüşvət qalmaqalı - Müavini gizlinləri açır...
Şəmkirdə özbaşınalıq... - NARAZILIQ!
"Bura icra başçısının yerləridir..." - GİLEY
"Torpaq sahəsini Mərdan Camalovun sifarişi ilə əlimdən aldılar" - Şəhid atasından ŞİKAYƏT
Qubada ekoloji terror: Vəlvələ çayı qurudulur - Video
Azərbaycanda bələdiyyə sədri koronavirusdan öldü
Cəlilabadda nələr baş verir? - İTTİHAM
"İcra başçısı görüşdə sanki baxışlarıyla bizi qovurdu..." - GİLEY
Şəki şəhər İcra Hakimiyyəti bələdiyyə üzvünə yarım milyonluq tender "verdi"? - FOTO
Həbs edilən sabiq icra başçısının kadırından şikayət - İkinci qrup əlili qanunsuz işdən çıxardı
Ucarda otlaq sahələrini kimlər zəbt edib? - GİLEY
Bu rayonun bələdiyyə sədrinə cinayət işi açıldı
Samuxda məskunlaşan kəlbəcərli köçkünlər 72 yaşlı icra başçısının əlindən fəryad edir - NARAZILIQ!
Bələdiyyə sədrinə cinayət işi açıldı
“Bələdiyyə sədri atasıyla birlikdə şəhidin adından sui-istifadə edərək torpaq satır” - Cəlilabadda NARAZILIQ
Keçmiş bələdiyyə sədri İTTİHAM OLUNUR - SƏNƏD
Örüş sahələri işğal olunan Ağsu kəndliləri Prezidentə müraciət etdi
Daha bir sabiq məmura cinayət işi açıldı
Biləsuvarın icra başçısından şikayətçiyə “özünəməxsus” cavab: - “Niyə bu qədər heyvan saxlayırsan?”
Keçmiş bələdiyyə sədri şoran torpaqlara qanunsuz subsidiya yazaraq 19700 manat pulu necə mənimsəyib?-ŞOK SƏNƏD…
Bələdiyyə sədri koronavirusa yoluxdu
Qəbiristanlığı zibilliyə çevirən bələdiyyə sədri cərimələndi
Zaqatalanın icra başçısından ÖZBAŞINALIQ... - Qardaşı bir yandan, özü də bir yandan...
“Qonşu kəndin sakinləri bələdiyyə ilə əlbir olub örüş sahəmizi hasarlayıb” - Ağdaşda NARAZILIQ...
Bələdiyyə sədri şəhid atasını təhqir etdi: “Sənin başın işləmir...”
Qubada icra başçısı sakinləri niyə qəbul etmir? - GİLEY
Ağsuda "örüş qalmaqalı" böyüyür - Kəndin torpağını satan vəzifəlilər kimlərdir?
Xudatda Qazi ailəsini incidən kimdir? - torpaq dələduzluğu...
Biləsuvarda məmur özbaşınalığı - "Həyətyanı torpaq istədim, əkin sahəmi satdılar"
İcra başçısı 73 qazinin torpaq sahəsini satdırıb: Yerli məmurların başına “dəmir yumruq” vurulmalıdır