Vilyam Hacıyev bu pulları kimə verəcəkdi? - İDDİA
7-04-2021, 11:29
40

Vilyam Hacıyev bu pulları kimə verəcəkdi? - İDDİA

İcra başçılarının rüşvət üstündə yaxalanması getdikcə adi hala çevrilsə də, DTX əməliyyatları nəticəsində məmurların "ilişmə" prosesinin rəngarəngliyi-yəni, pulların verilməsi və qəbul olunması anları, görüntülərin müxtəif rakurslardan çəkilməsi, açığı deyək ki, həmişə xüsusi maraq oyadıb və cəmiyyət üçün göstərilən video kadrlarda pul əskinaslarının markaları, düzülüşü və işarələnməsi hər dəfə yenilik kimi qarşılanıb.

Moderator.az-ın yazdığına görə, İmişli icra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin yaxalanması anı, onun saxlancığından çıxan səliqə ilə bükülmüş, yapışqanlanmış pul dağarcıqları əvvəlkilərdən həm həcmcə, həm də çox olması ilə fərqlənirdi. Ona görə cəmiyyətdə belə bir sual yaranırdı: bu icra baçcısı pulları niyə büküb saxlayıb?

Adətən, Azərbaycandan oğurlanan pullar ya daxildə, ya xaricdə obyekt almağa sərf edilib. Son günlər İngiltərə Cinayət agentliyinə minnətdar olmalıyıq ki, Azərbaycan məmurlarının Londonda yatırdıqları milyonların kimlərə mənsub olduğunu açıqladı. Əcəba, bəlkə Vilyam Hacıyev də pul bağlamalarını Londona aparmaq niyyətində olub?

Hakimiyyətdəki yuxarı eşalona yaxın mənbələrdən birinin verdiyi məlumata görə V.Hacıyevin topladığı pullar yuxarılarda sözü keçən səlahiyyətli şəxslərdən birinə çatmalıymış. Hədiyyə kimi yox, bu milyonların əvəzində V.Hacıyevin Prezident Administrasiyasında yüksək posta təyin olunması gözlənilirmiş. Son anda bu niyyətdən xəbərdar olan yüksək vəzifəli şəxs bu "əməliyyat”ın qarşısını ala bilib...

Xatırlatmaq yerinə düşər ki, V.Hacıyevin ardınca Göy-göl rayon icra hakimiyyətinin başçısı da vəzifədən azad edildi. Mənbənin məlumatına görə əslən Göy-göl rayonundan olan V.Hacıyev o rayonun baççısı Arif Seyidovu da bu işə qoşubmuş. O Arif Seyidovdan da vəsait toplayıb ki, daha yüksək vəzifəyə gedir, əvəzində yerinə 14 il Göy-göl rayonuna başçılıq etmiş Arif Seyidovu gətirir, Göy-göl rayonunun icra başçısının yerinə isə özlərinə yaxın yeni bir şəxsin təyinat almasına çalışırlar. DTX əməliyyatı isə bütün bu planları alt-üst edir...

Mənbə V.Hacıyevin həbsinə qərar verən məhkəmə prosesi bitəndən sonra, çıxışda V.Hacıyevin yaxınlarına müraciət edərək "Narahat olmayın, tezliklə haqq-ədalət öz yerini tutacaq” deməsi havayı deyil. V.Hacıyevin bu mesajı daha çox başqasına ünvanladığı barədə həqiqətə yaxın söz-söhbətlər dolaşmaqda davam edir.

V.Hacıyev Bakıda hansı vəzifəni tutmaq üçün çalışırdı və bunun üçün toplanan pul kimə çatacaq idi? Bu və digər suallar hələlik açıq qalır.

Oxşar xəbərlər

Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
DTX Vilyam Hacıyevi belə həbs edib - VİDEO
Vilyam Hacıyevin çökdürdüyü sahibkar DANIŞDI
80 saylı İmişli-Beyləqan seçki dairəsindəki nəticələrin ləğvində Vilyam Hacıyevin hansı rolu olub?
Həbsdəki sabiq icra başçısı koronavirusa yoluxdu
Həbs edilən sabiq icra başçısından XƏBƏR VAR
Vilyam Hacıyevə rüşvət verən şəxs necə oldu təkrar vəzifəyə qaytarıldı... - İLGİNC FAKT
Məhkəmə həbsdə olan sabiq icra başçısı barədə qərar verdi - Yenilənib
Məhkəmə Vilyam Hacıyevin şikayətini təmin etmədi
Bu gün Vilyam Hacıyevin şikayətinə baxılacaq
İmişlidə başçı dəyişsə də, tender oyunbazlığı davam edir... - FAKT
İcra Hakimiyyəti Vilyam Haciyevin adamı ilə müqavilə bağladı – Yarım milyondan çox…
Maşallah Əhmədov DTX-yə çağırılıb? - AÇIQLAMA
Həbs olunan məmurlar: “Yatıb çıxanlar" da var, hökm gözləyənlər də... - İLGİNC ARAŞDIRMA
DTX İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirir
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
Göygölün başsız icra hakimiyyəti "qonaq evi"ni talayaraq satmaq istəyir - Özbaşınalıq
“Azərişıq” DTX-nın saxladığı məmura vəzifə verdi – Vilyam işi…
Həbs edilən icra başçıları: Nizaməddin Quliyevin və müavininin işi məhkəməyə göndərildi
“Qara maskalı”lar icra başçılarını yenə “ziyarət edəcək”: - “Dövlətin qaydalarına əməl etmirlər”
Həbsdəki icra başçılarının övladları niyə vəzifəyə təyin edildi?
35854 başlıq qoyun ferması və 300 minlik Range Roveri olan icra başçısı da həbs oluna bilər
Binəqədinin icra başçısı sınaq qarşısında: - "Ayrılan pulları hara xərcləyirsən?"
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
İcra başçısının otağından 50 min pul oğurlandı: Yevlaxda görünməmiş olay-VİDEO
Həbsdə olan sabiq icra başçısının məhkəməsi başlayır
Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
"Balaca padşah"ların yeni QÜRUB DÖNƏMİ... - Bu dəfə kimlərin "başı kötüyə qoyulacaq"...
Həbs olunan daha bir yüksək vəzifəli məmur YAP-dan çıxarıldı