İqtisadçıdan Gömrük Komitəsinə sərt ittiham: Ölkədə bahalaşmanın ən böyük baiskarı sizsiniz!
7-04-2021, 17:52
35

İqtisadçıdan Gömrük Komitəsinə sərt ittiham: Ölkədə bahalaşmanın ən böyük baiskarı sizsiniz!

“Ölkədə qiymət artımının ən böyük baiskarlarından biri Gömrük Komitəsidir. Bir çox iş adamlarıdan aldığım məlumata görə, yanvar ayından başlayaraq Gömrük Komitəsi rəsmi qaimələri tanımaqdan tam imtina edib, özündən yeni sxem icad edib”.
Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
“Sadə dildə izah etməyə çalışım. Məsələn, Kamal dayı mal gətirir, Almaniyadan alıb, rəsmi qaimədə malın ədədinin (ya bir kq-nın) qiyməti 6 avrodur (12 manat). Gömrük isə “Mən bu qaiməyə inanmıram, həm də Kamal dayının gətirdiyi mal bazarda 18 manata satılır, ona görə də malın dəyərini 12 manatdan yox, 18 manatdan hesablayacam”, - deyir. Kamal dayı da öz növbəsində, “A kişi, atan yaxşı, anan yaxşı, bazarda 18 manatdırsa, sən 18 manat qiymət qoyub daha çox rüsum alacaqsansa, mən qiyməti artırmalı olacam axı”, - deyir. Gömrük də cavab verir ki, “Bunun mənə dəxli yoxdur, uzaq başı 1 manat güzəşt edib qiyməti 17 manata rəsmiləşdirə bilərəm”. Kamal dayı məcbur qalıb razı olur, malını çıxardır, malın maya dəyəri şişir, Kamal kişi bazara əvvəl eyni malı topdan 16 manata verirdi, mal da 18 manata satılırdı, indi bütün xərclər, o cümlədən gömrüyün yeni qaimə qiyməti malın üzərinə gələndə mayası 17 manat olur, Kamal kişi məcbur olub malını topdan 18 manata satır, o zamanda malın pərakəndə qiyməti artıq 20 manata qalxır.
Hə, indi məsələnin ardı da var axı, gələn ay eyni malı Kamal kişi yenə sifarış edib gətirir, adamın işi budur, gəlir gömrüyə və ona deyirlər ki, “Qaiməni boş ver, baxdıq bazara, satış qiyməti artıq 18 deyil, 20 manatdır, deməli, 19 manatdan rəsmiləşdirəcəyik”.
Bax beləcə, Gömrük spiralvari qiymət artımına təkan verir, sonra da Komitə sədri pandemiya şəraitində, iqtisadi aktivliyin çökdüyü dövrdə hər ay çıxıb deyir ki, “Biz daha çox pul yığmışıq”. Elə bil ayaqqabı istehsal edib pul qazanırlar, yığdıqları hər manatın son ödəyicisi bizik - vətəndaşlardır”.

Oxşar xəbərlər

Gömrük Komitəsi iş adamlarını belə soyur – Ekspert talan mexanizmini izah etdi
Dövlət Gömrük Komitəsinə maraqlı sual: " Atam, soyğunçuluq nə vaxtdan ekoloji aksiya sayılır ki?"
Səfər Mehdiyevin yeni “icadı”: Gömrükdə 1.91 müəmması
Bahalaşmanın arxasında məmurlar və deputatlar dayanır
Marketlərdə qiymət artımı başladı - Siyahı
Bu maşınların gömrük rüsumu sıfırlansın! – “Üç qat artıq pul alınır”
Səfər Mehdiyevin "kor" dediyi xalq nəyi görmür? — ƏTRAFLI
Gömrük Komitəsi “Pepsico Azərbaycan”ı CƏRİMƏLƏDİ
Gömrük Komitəsinin qarşısında aksiya başladı  - Video
Səfər Mehdiyev bahalaşmaya necə rəvac verir... - DGK-nin ləğvi yenidən gündəmdə...
Gömrük Komitəsi kimin marağını güdür - Dövlətin, xalqın, yoxsa komitə rəhbərliyinin?
Azərbaycan gömrüyü dünya avtomobil nəhənglərinin şərikinə çevrilib – Vətəndaşlar imdad diləyir
"Baku Electronics" bu qaydanı POZDU
Gömrükdəki özbaşınalığı məhkəmə də təsbit edir, amma... - Səfər Mehdiyevin işçiləri İNAD EDİR
Səfər Mehdiyev əgər tezliklə YOLA SALINMASA... - Sahibkarla bir siif kimi məhv ola bilər!
Azərbaycanda bahalaşmanı kim yaradır? – Gömrük Komitəsi buraxılmalıdır...
Azərbaycana keçmək istəyən şəxsin bel çantasında narkotik aşkarlandı
Ölkəyə qanunsuz yollarla siqaret keçirilməsinin qarşısı alındı
"Araz Supermarket” CƏRİMƏLƏNDİ
Gömrük şefi 30 milyonluq binada oturacaq, Rusiyada isə – Foto
Səfər Mehdiyev gömrüyü hardan haraya daşıyıb... - QƏRAR VERİLMƏLİDİR...
Gömrük Akademiyasının sözçüsü koronavirusa yoluxub
Səfər Mehdiyev büdcəyə hər gün daha az ödəyir
Dövlət Gömrük Komitəsi üçün 30 milyonluq yeni bina tikilir
“Gömrük elə işləsin ki, ölkəmizi xaricilərə rüşvətxor və talançı yer kimi təqdim etməsin”
"Cənnət Park" tikinti şirkəti bu qaydanı pozdu
“Azərbaycan xalqı dünyanın ən çox dərman yeyənləri siyahısındadır” – Qubad İbadoğlu
Bakı Baş Gömrük İdarəsində nə baş verir?
“Yeni bahalaşma dalğası gəlir” - NƏ BAŞ VERİR?
Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO