Sahibə Qafarova Misir səfiri ilə görüşdü
7-04-2021, 17:54
38

Sahibə Qafarova Misir səfiri ilə görüşdü

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, spiker Misirin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayıb.
O, ölkəmizin Misirlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə əhəmiyyət verdiyini bildirərək, tərəflər arasında imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib.
İki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın əhəmiyyətini bildirən Sahibə Qafarova deyib ki, Milli Məclisdə Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Görüşdə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi böyük qələbə haqqında da məlumat verilib.
Ölkəmiz üçün yeni mərhələnin başlandığını diqqətə çatdıran Sahibə Qafarova vurğulayıb ki, hazırda  qarşıda duran əsas məqsədlərdən biri azad olunmuş ərazilərimizin ən yüksək səviyyədə yenidən qurulması, şəhər və rayonlarımızın bərpa olunmasıdır.
Görüşdə qeyd olunub ki, ermənilər 30 il ərzində işğal etdikləri Azərbaycan torpaqlarında böyük dağıntılar, vandalizm aktları törədib, şəhərləri, evləri, kəndləri, tarixi, mədəni və dini abidələri, bütün infrastrukturu tamamilə dağıdıb, talan edib. Ermənistan həmçinin həmin əraziləri minalayıb və bu gün bütün çağırışlara baxmayaraq, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda davam edir, minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bunun nəticəsi olaraq, müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Sahibə Qafarova həmin xəritələrin Azərbaycan tərəfinə verilməməsinin hərbi cinayət olduğunu vurğulayıb.
Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ölkəmizdə fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın bütün sahələrdə böyük nailiyyətlər qazandığını və inkişaf etdiyini vurğulayaraq hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdiyini bildirib.
Səfir iki ölkənin parlamentləri arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Britaniyalı nazir Sahibə Qafarova ilə görüşdü
Sahibə Qafarova Rəcəb Tayyib Ərdoğanla görüşüb
Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
Sahibə Qafarova Rusiyaya rəsmi səfər edib - FOTO
Sahibə Qafarova Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü
Spiker Sahibə Qafarova daha bir vəzifəyə seçildi
Sahibə Qafarova türkiyəli həmkarı ilə danışdı
Sahibə Qafarova onu özünə köməkçi TƏYİN ETDİ
Sahibə Qafarova italiyalı deputatlarla görüşdü
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik ünvanladı
Ceyhun Əli vəzifəsindən azad olundu
Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI
Şəhid və qazi ailələri diqqət mərkəzində olacaq - Spiker
Sahibə Qafarovadan Milli Məclisin otaqları ilə bağlı SƏRƏNCAM
Qarabağdakı son vəziyyət müzakirə olundu
Türkiyəli nazir Milli Məclisə gəldi
Akif Təvəkküloğlu koronavirusa yoluxdu
Deputatlar sabah koronavirus testindən keçəcəklər
“Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”
Spikerdən sərəncam – dörd şöbə birləşdirildi
Bəzi deputatlar və Aparatı əməkdaşları koronavirusa yoluxdu
Naxçıvan Azərbaycanın bizə əmanətidir - Türkiyəli nazir
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşdü
Milli Məclisdə şəhidlərin xatirəsi yad edildi
Sahibə Qafarovaya ağır itki
“Onların adlarını açıqlamaq lazımdır” – Spikerdən şəhid ailələrini incidənlərə reaksiya
Səfa Mirzəyev şöbə müdirlərini toplayır – Rəhbərliyə təqdim edəcək
Sahibə Qafarova yüksək bal toplayan abituriyentlərlə görüşdü - Foto