Hərarəti 38 dərəcədən aşağı olanlardan niyə test götürülmür?
7-04-2021, 18:13
42

Hərarəti 38 dərəcədən aşağı olanlardan niyə test götürülmür?

Son günlər sosial şəbəkələrdə hərarəti 38 dərəcədən aşağı olan şəxslərdən COVİD-19 testinin götürülməməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, vətəndaşlar koronavirus şübhəsi ilə təcili yardım çağırsalar da, briqada həkimləri yalnız temperatur 38 dərəcədən yuxarı olduğu hallarda analiz götürüldüyünü deyərək test götürməkdən imtina edirlər.
"Qafqazinfo" xəbər verir ki, bir çox həkimlər də mövzu ilə bağlı sosial şəbəkələrdəki müzakirələrə qoşularaq bu yanaşmanın doğru olmadığını, nə qədər çox test götürülərsə, daha çox xəstəni aşkarlamağın mümkünlüyünü qeyd edirlər. 
Həkim Aydın Əliyevin sözlərinə görə, daha çox test etməklə pandemiyanı məhdudlaşdırmaq olar:
““Temperaturu 38-dən aşağı olanlardan test götürməyə qoymurlar" nə deməkdir? Kim qoymur? Kimdir o qərarı verən? Bu nə biabırçılıqdır? Ümumiyyətlə, temperaturu oldu, olmadı, bütün müraciət edənlərdən test götürülməlidir! Hələ onlara müraciətinə görə “çox sağ ol” da deyilməlidir! Nə olan şeydir bu test? Qəpik-quruşdur da! İnsan həyatından artıqdır? Çin necə məhdudlaşdırdı pandemiyanı? Çoxlu test etməklə! Çoxlu test edib pozitivləri aşkar etməklə!”
Səhiyyə Nazirliyi isə temperaturu 38 dərəcədən aşağı olan vətəndaşların poliklinikalara müraciət etməli olduğunu deyir.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Baş həkiminin müavini İradə Əliyevanın sözlərinə görə, hərarəti 38 dərəcədən yüksək xəstələrdən təcili tibbi yardım briqadası tərəfindən analiz götürülür:
“Səhiyyə Nazirliyinin tapşırığı ilə poliklinikalar gücləndirilmiş iş rejiminə keçirildikdən sonra, hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, müalicəsi və dərman təminatı bu tibb müəssisələri tərəfindən icra edilməyə başlandı. Bu da öz növbəsində COVID-19-a yoluxmuşlarda ağırlaşmaların sayının və təcili yardımın yükünün azalmasına səbəb oldu.
Hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrə təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilərək, laborator müayinə materialı götürülür”.

Oxşar xəbərlər

Azərbaycanda 336 nəfərdə koronavirus aşkarlandı, 5 nəfər öldü, 183 nəfər xəstə sağaldı
Tramp koronavirusu qısa müddətdə müəyyən edən test təqdim etdi
Korona xəstələrinin adı niyə 14 gün sonra sistemdən çıxarılır?
Səhiyyə sistemimiz koronavirus qarşısında AĞ BAYRAQ QALDIRIB? - GİLEY
Azərbaycanda qadın aptekdə hamiləlik testi etdi - VİDEO
"Müəllimlər kütləvi COVID-19 testindən keçirilməyəcək" - Nazir
Koronavirus testi ölkəyə neçəyə gətirilir? - TƏBİB sualları cavabsız qoyur
Azərbaycanda daha 15 nəfər koronavirusdan öldü
Bu koronavirus xəstələri evdə müalicə olunur
Test qiymətləri 30 manata qədər endirilməlidir... – Millət vəkili
Meymunlar koronavirus analizlərini oğurlayıb qaçdı - VİDEO
Azərbaycanda daha 7 şagird koronavirusa yoluxub
Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü, 162 yeni yoluxma
Ən uğursuz model olan TƏBİB-in əlində qalan səhiyyə sistemimiz... - Zorla deyil ki... ALINMIR!
Tanınmış həkim: “Karantinə ehtiyac yoxdur. Bu rəqəmlə oynamaqdır”
Azərbaycanda koronavirusa yoluxma faizi kəskin azalıb
Direktor olmaq istəyənlər imtahanlarda biabırçı nəticə göstərdilər
Şimali Koreya koronavirus hesabatını AÇIQLADI: 1 nəfər də yoluxmayıb!
Daha 10 şagirddə koronavirus aşkarlanıb
"Özümüzdə soyuqlama əlaməti hiss etsək, sanki COVİD-19 var kimi düşünməliyik"
Təcili yardımın yalnız bu hallarda yaxma analizi götürəcək - RƏSMİ
Bu ölkə sərhədlərini açır
Gürcüstanda karantin müddəti qısaldıldı
Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedə biləcək
Avstraliyada hazırlanan vaksinlərdən HİV antikorları tapıldı
Bu gün 3 506 nəfər imtahan verəcək
Pul tələsi, yoxsa rahatlıq: Apteklərdə 3 dəfə ucuz satılan testlər... - “Nəticə dəqiq olsaydı, apteklərə verməz, özləri pul qazanardı”
Karantin sərtliyi geri qaytarılmalıdır - Diqqət, TƏHLÜKƏ!
Müəllim olmaq istəyən 2396 namizəd bu gün imtahan verir
Azərbaycanda daha 19 şagird koronavirusa yoluxdu - Rəsmi