Azərbaycanda 84 yaşlı məktəb direktoru koronavirusdan ölüb
7-04-2021, 21:22
46

Azərbaycanda 84 yaşlı məktəb direktoru koronavirusdan ölüb

Qax rayonunda məktəb direktoru koronavirusdan dünyasını dəyişib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu, Qax şəhər 2 saylı məktəb-liseyin direktoru, 1937-ci il təvəllüdlü Şəkər Abdullayevadır.

Qeyd edək ki, 84 yaşlı məktəb direktoru bir müddət əvvəl koronavirusa yoluxub. O, Bakıdakı xəstəxanalardan birində müalicə olunurdu.

Ş.Abdullayeva 1959-cu ildən pedaqoji fəaliyyətinə başlayıb, işlədiyi müddət ərzində 69-a qədər diplom və fəxri fərmanlarla təltif olunub. O, 1979-cu ildən ömrünün sonuna qədər rayonun ən böyük məktəbinə rəhbərlik edib. Ş.Abdullayeva 2005-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Oxşar xəbərlər

Daha bir məktəb koronavirusa görə bağlandı
Azərbaycanda məktəb direktoru koronavirusdan vəfat edib
Məktəb direktoru qəfil dünyasını dəyişdi
Gəncədə məktəb direktoru koronavirusdan vəfat etdi
Kafedra müdiri koronavirusdan vəfat edib
Direktor koronavirusa yoluxdu - Məktəb bağlandı
Onlarla məktəb direktoru cəzalandırılıb - SƏBƏB
Qazaxda 6 məktəb koronavirusa görə bağlandı - direktor öldü
Bakı Dövlət Sirkinin keçmiş direktoru vəfat etdi
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır
Bakıda məktəb direktoru vəfat etdi
Qaxda övladlarımıza təhsili KİMLƏR VERİR? - Biabırçılıq
Əməkdar müəllim vəfat edti - FOTO
Azərbaycanda Xalq artisti koronavirusdan öldü
“Əməkdar müəllim” koronavirusdan öldü
Məktəb direktoru yoxsa, fotomodel?
Gəncədə əməkdar müəllimlərə qarşı hörmətsizlik
Gəncə təhsilində nələr baş verir? - GİLEY
Daha bir məktəb distant təhsilə keçdi
“ASAN xidmət”in mərkəz direktoru yeni vəzifəyə təyin edildi
Məhkəmə hakimi koronavirusdan vəfat etdi
Azərbaycanda daha bir jurnalist koronavirusdan vəfat etdi
Əməkdar incəsənət xadimi təltif edildi
Azərbaycanda daha 2 məktəb koronavirusa görə bağlandı
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
Azərbaycanda daha bir məmur koronavirusdan vəfat edib
Əməkdar jurnalist Qüdrət Məlikov vəfat edib
Məktəb direktoru dəm qazından boğularaq öldü - Foto
Əməkdar artist koronavirusdan vəfat etdi - Foto
Bakıda məktəb direktoru karantin qaydalarını pozub özünə dəbdəbəli ad günü keçirdi