Neftçalanın gənc başçısı sakinlərlə yola getmir
1-06-2020, 11:00
590

Neftçalanın gənc başçısı sakinlərlə yola getmir

Bir neçə gün əvvəl Neftçala rayonunda qəribə olay baş verib.

Sakinlərin Bizimxeber.az-a verdiyi məlumata görə, rayonun yeni və gənc icra başçısı ilə sakinlərdən biri arasında mübahisə yarandığı deyilir.

Bildirilir ki, icra başçısı Mirhəsən Seyidov rayon mərkəzində gəzinti zamanı maska taxmayan yaşlı bir qadına yaxınlaşaraq niyə maska taxmadığını irad tutub. Yaşlı qadın isə evinin yanında olduğunu və bundan sonra nəzərə alacağını deyib.

Daha sonra yaşlı qadının fotogörüntülərini çəkən və çəkdirən icra başçısı Mirhəsən Seyidov maska taxmayan qadının şəkillərini sosial şəbəkədə paylaşıb. Müzakirələr başlayıb və... İcra başçısının bu hərəkəti qadının ailə üzvləri arasında ciddi narazılıqla qarşılanıb.

Bir neçə gün sonra "Neftçala" Market deyilən mağazada alış-veriş edən Mirhəsən Seyidova qadının oğlu yaxınlaşaraq anasının fotosunu paylaşdığı üçün ona iradını bildirib, bu halın doğru olmadığını deyib.

Marketdə icra başçısı, onun köməkçisi və narazı sakin arasında mübahisə yarandığı deyilir.

Hətta qeyd olunur ki, marketdən çıxan icra başçısının köməkçisi maşınını narazı sakinin üzərinə sürüb. Bu hal rayon sakinləri arasında yaxşı qarşılanmayıb və icra başçısına etirazlarını bildiriblər. Son nəticədə qadının fotosu sosial şəbəkədən silinib.

Bu arada rayon sakinlərinin verdiyi məlumata görə, Mirhəsən Seyidov "Neftçala" Marketdə alış veriş edən zaman marketin qapıları bağlanır, polis nəzarəti gücləndirilir. Bu zaman marketin qarşısında növbə yaranır.

Bizimxeber.az bildirir ki, hadisənin daha dəqiq təfərrüatları barədə ətraflı məlumat verməyə çalışacağıq.

Qarşı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd edək ki, rayona yeni təyin olunan gənc icra başçısına qarşı sakinlərin böyük ehtiram və diqqəti varkən belə halların baş verməsi heç də xoş hal deyil.

Oxşar xəbərlər

Gənc icra başçısı baş redaktoru cərimələtdi
İcra başçısı karantin qaydalarını belə pozdu - FOTO
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Karonovirusdan ölmüş anasının yanında 16 saat keçirən uşaq
İcra başçısı məhkəməyə verildi
Gənc icra başçısı prezidentin etimadını belə doğruldur? – Dəniz sahilində özünə İstirahət Mərkəzi tikdirir...
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
İcra başçısı şikayət edən sakinlərlə görüşdü – Fotolar
İcra başçısı şikayət edən sakinlərlə görüşdü – Fotolar
Almaniyada ana beş uşağını öldürüb
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Saatlıya təyin olunan icra başçısı kimdir?
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
İcra başçısı həbsindən əvvəl “əliəyriləri” belə asıb-kəsirdi - Video
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Deputat icra başçılarını tənqid etdi
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Dövlət başçısının tələblərinə bu rayonda əhəmiyyət verilmir- İbrahim Mustafayev nə iş görür bilən yoxdur
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video
Yeni icra başçısı İTV-nin əməkdaşı olub
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
Prezident Ənvər Seyidəliyevi vəzifəsindən AZAD ETDİ
Yasamalın icra başçısı obyektlərdən pul yığdırır? - Sahibkar pul vermədiyinə görə obyekti dağıdılıb...
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?