Azərbaycanda daha bir vəzifəli şəxs HƏBS EDİLDİ
8-04-2021, 13:00
77

Azərbaycanda daha bir vəzifəli şəxs HƏBS EDİLDİ

"NVC” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən Cəmiyyətin mülkiyyətində olan pul vəsaitlərinin əməkhaqqı təyinatı ilə ayrı-ayrı kənar fiziki şəxslərin hesablarına köçürülərək mənimsənilməsi barədə həmin cəmiyyətin direktorunun müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaqla Hüseynova Samirə Əzizağa qızının 2018-2020-ci illərdə “NVC” MMC-də baş mühasib vəzifəsində işləyən zaman həmin cəmiyyətlə arasında hər hansı bir müqavilə olmadığı halda özünə və yaxın qohumlarına məxsus cəmiyyətlərə və xarici hesablara müxtəlif məbləğlərdə pullar köçürməklə, həmçinin müxtəlif cəmiyyətlərdən müxtəlif çeşidli mallar alaraq “NVC” MMC-nin bank hesablarından həmin mallara görə fiziki və hüqüqi şəxslərin bank hesablarına ümumilikdə 275 min 400 manat pul vəsaitini onlayn qaydada köçürməsinə, aldığı malları öz şəxsi ehtiyaclarına sərf etməsinə, habelə cəmiyyətin bank hesabından müxtəlif vaxtlarda öz hesabına və tanışlarının hesabına ümumilikdə 340 min 700 manat məbləğində köçürmələr edərək pul vəsaitlərini nağdlaşdırıb talamasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilənlərlə bağlı Samirə Hüseynovaya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda - mənimsəmə və ya israf etmə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməklə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər

Özünü məmur kimi təqdim edib dələduzluq edən şəxs HƏBS EDİLDİ
“Zaminbank”ın həbs edilən vəzifəli şəxsindən XƏBƏR VAR
“Güllübulağ”ın rəhbəri həbs edildi
Lisey direktorunun həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Özünü vəzifəli şəxsi kimi təqdim edən şəxs həbs edildi
Baş həkim həbs edildi
Bakıda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edilib
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı - RƏSMİ
İki milyondan çox pul mənimsəyən direktorun işi məhkəmədə
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən həbs olundu
Masallının baş həkimi HƏBS EDİLDİ
Rüşvətə görə həbs olunan baş həkimdən XƏBƏR VAR
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Azərbaycanda vəzifəli şəxsin mülkinə həbs qoyuldu
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi
3,2 milyon manat mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Dələduzluq edən "vəzifəli şəxs" SAXLANILDI
“Azərxalça”nın rəhbəri HƏBS EDİLDİ
Baş Prokurorluqdan şirkət rəhbərinin həbsi ilə bağlı AÇIQLAMA
DSMF-nin 7 vəzifəli şəxsi hakim qarşısında
Azərbaycanda bu vəizfəli şəxslər barəsində cinayət işi başlanıldı - RƏSMİ
“Cənnət bağı”nda minlərlə ağac kəsilib - Cinayət işi başlandı
Prokurorluq Daşkəsəndəki əməliyyatla bağlı MƏLUMAT YAYDI
“VTEK“ əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
Daşkəsəndə həbs olunan vəzifəli şəxslərdən XƏBƏR VAR
Direktor rüşvətə görə həbs edildi