''Əlvida dostlar, intihar edirəm. Bezmişəm" - VİDEO
8-04-2021, 15:54
101

''Əlvida dostlar, intihar edirəm. Bezmişəm" - VİDEO

''Əlvida dostlar, intihar edirəm. Övladım da yetim qalsın. Günahkar da səhiyyə sistemi olsun. Haqqımı hamınıza halal edirəm. Bezmişəm''.
Xezerxeber.az bildirir ki, bu sözləri paytaxt sakini Günel Hakimxocayeva adlı şəxs öz feysbuk səhifəsində ötən gecə paylaşıb.
Onun bu paylaşımından sonra dostları Daxili İşlər Nazirliyinin ''102-xidməti'' nə məlumat veriblər. Polis dərhal onunla bağlı araşdırmalara başlayıb və çox çəkməyib ki, Günel Hakimxocayevanın yaşadığı Nərimanov rayonu, Fətəli Xan Xoyski prospektindəki evinə gəliblər. Qadın qapını açmadığından polis xilasedicilərə məlumat verib. Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə mənzilə daxil olunub və intahara cəhdin qarşısı alınıb.
Günel Hakimxocayeva intihara cəhd etməsinə koronavirus infeksiyasının ilkin əlamətlərini özündə hiss etdiyini və həkimlərin ondan analiz götürməməsini səbəb göstərib. Qadın iddia edir ki, özündə bu xəstəliyin ilkin simptomları olduğundan dəfələrlə təcili tibbi yardıma müraciət edib.
Günel Hakimxocayeva deyir ki, hər keçən gün temperaturu qalxır. Himayəsində azyaşlı uşağı olan Bakı sakini getdikcə özünü narahat hiss etməyə başlayıb. Onun sözlərinə görə, özündə bu virusun əlamətləri olduğu üçün iş yerindən test cavabı tələb edilib. Hər bir cəhdi boşa çıxdığından qadın əlacsız qalaraq intihar etmək istəyib.
Qeyd edək ki, polis və xilasedicilər qadını tibb müəssisəsinə aparıb. Orda həkimlər ondan yaxma götürüblər. Hazırda onun həyati təhlükəsi yoxdur. Qadının ittihamlarına cavab olaraq ərazi üzrə 8 saylı poliklinikadan bildirdilər ki, Günel Hakimxocayeva ümumiyyətlə onlara müraciət etməyib.
Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Nuridə Fərzəliyeva da təsdiq edib ki, Günel Hakimxocayeva ötən gün bir dəfə 103-ə temperaturunun olması ilə bağlı məlumat verib. İkinci dəfə isə onun intihar etməsi ilə bağlı əraziyə təcili yardım briqadası çağırılıb.
Nuridə Fərzəliyeva onu da bildirib ki, çağırışlar əvvəlki günlərlə müqayisədə həddindən artıq çoxdur. Ona görə də yüngül xəstəliyi olanlar və temperaturla bağlı müraciət edənlərin ərazi üzrə poliklinikalara getmələri tövsiyə edilir. 103 xidmətinin əməkdaşları pandemiya səbəbindən daha ağır xəstələrə yardım etmək üçün gedir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
7News.Az

 

Oxşar xəbərlər

Azərbaycanda polis intihar etdi - YENİLƏNİB + FOTO
DİN-dən intihar etmək istəyən hərbi formalı şəxslə bağlı AÇIQLAMA (VİDEO)
Günel Gözəlova vəzifəsindən ayrıldı
Bakıda karantini pozan model cərimələndi -
Bakıda yeniyetmə qardaşına görə intihara cəhd etdi
Polis əməliyyat keçirdi: Bakıda qadın narkotacir saxlanıldı
Avtomobil yoluna çıxan naməlum qadının şəxsiyyəti müəyyən olunub
Günel ikinci dəfə burun əməliyyatı etdirdi - Foto
Bakıda qadının özünü 8-ci mərtəbədən atması ilə bağlı görüntülər yayılıb - VİDEO
Bakıda kirayədə qalan qız ev sahibini döydü
Bakıda daha bir intihar hadisəsi - Kişi özünü 8-ci mərtəbədən ATDI
Bakıda qadını şantaj edən şəxs saxlanılıb
“Atam dedi ki, özünü öldür” - İntihar edən qızın mesajları sosial şəbəkədə gündəm oldu...
Qubada yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi saxlanılıb
Bakıda daha bir qadın intihar etdi
Sevgilisini öldürən Günelə hökm oxundu - 10 il cəza verildi
İntihara cəhd edən 23 yaşlı oğlan xilas edildi
İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ
Biləsuvarda 37 yaşlı qadın intihar etdi
Çantasını daşla doldurub özünü dənizə atdı - FOTO
Azərbaycanda nişanlı qız intim fotoları ilə şantaj olunur — FOTO
Gəncə sakininin intiharı ilə bağlı rəsmi açıqlama
Sərxoş sürücü avtobusla ər və arvadı vurdu - Qadın öldü
Bakıda qəza törədərək qaçan qadın sürücü saxlanıldı
Bakıda dəmirəritmə sexində partlayış - VİDEO
Bərdədə qadın həmkəndlisini güllələyib
Bakıda koronavirus xəstəsi küçədə saxlanıldı
Azərbaycanlı model karantin qaydalarını pozdu - VİDEO
Xaçmazda gənc qadın intihar etdi
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb