Sahibə Qafarova Türkiyə səfiri ilə görüşdü
8-04-2021, 18:41
32

Sahibə Qafarova Türkiyə səfiri ilə görüşdü

Aprelin 8-də Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanda  diplomatik fəaliyyətini başa çatdıran Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji münasibətlər dərin tarixi köklərə və qardaşlıq ənənələrinə söykənir. 
Spiker Sahibə Qafarova Türkiyə-Azərbaycan əlaqələrinin bu gün ən yüksək zirvədə olduğunu söyləyib. Qeyd edilib ki, Prezident İlham Əliyevin  vurğuladığı kimi, Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Sədr Azərbaycanla Türkiyənin təşəbbüskarı və iştirakçısı olduğu layihələrin əhəmiyyətindən danışaraq, bu layihələrin iki qardaş ölkənin inkişafına mühüm töhfələr verdiyini, regionda sabitlik və əməkdaşlığın genişlənməsində vacib rol oynadığını deyib.
Sahibə Qafarova ölkələrimizin parlamentləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyib. Bildirilib ki, deputatlarımızın müxtəlif nüfuzlu beynəlxalq platformalarda görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.
Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli münasibətlərin inkişafında hər iki ölkədə fəaliyyət göstərən diplomatik korpusların rəhbərlərinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirən Milli Məclisin Sədri səfir Erkan Özoralın ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə əlaqələrimizin daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib. 
Söhbətdə Erkan Özoral Azərbaycanda çox tarixi bir dövrdə səfir kimi fəaliyyət göstərməsindən böyük şərəf duyduğunu qeyd edib. Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm əsaslara malik olduğunu vurğulayan səfir bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Sahibə Qafarova Misir səfiri ilə görüşdü
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Sahibə Qafarova Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü
Britaniyalı nazir Sahibə Qafarova ilə görüşdü
Sahibə Qafarova türkiyəli həmkarı ilə danışdı
Sahibə Qafarova Rəcəb Tayyib Ərdoğanla görüşüb
Sahibə Qafarova Rusiyaya rəsmi səfər edib - FOTO
Naxçıvan Azərbaycanın bizə əmanətidir - Türkiyəli nazir
Əli Əsədov Türkiyənin ticarət naziri ilə görüşdü
Spiker Sahibə Qafarova daha bir vəzifəyə seçildi
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik ünvanladı
Sahibə Qafarova italiyalı deputatlarla görüşdü
Türkiyəli nazir Milli Məclisə gəldi
Vilayət Eyvazov Pakistan səfirini qəbul etdi
Qarabağdakı son vəziyyət müzakirə olundu
Sahibə Qafarova onu özünə köməkçi TƏYİN ETDİ
Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI
“Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”
Ceyhun Əli vəzifəsindən azad olundu
Azərbaycanla Türkiyə arasında 11 saziş imzalandı
Deputatlar sabah koronavirus testindən keçəcəklər
Türkiyə Azərbaycanda hərbi baza quracaq? - AÇIQLAMA
Ərdoğan Azərbaycanın Baş prokuroru ilə görüşdü
Şəhid və qazi ailələri diqqət mərkəzində olacaq - Spiker
Sahibə Qafarovadan Milli Məclisin otaqları ilə bağlı SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Ərdoğan İlham Əliyevə zəng etdi
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb